“HB güvən” klinikasında xəstələrin başına nə oyun açırlar? - "7 min manat pul almaqları bir yana, həm də sağlamlığımı itirdim”
Tarix: 27-12-2014, 11:50 | Çap et
Qəribə parodoksdur: Azərbaycan səhiyyəsinin durmadan inkişafından danışmaq nə qədər sevindiricidirsə, müalicə üçün ölkəmizdən xaricə gedən xəstələrin sayının durmadan artması da o qədər təəssüf hissi doğurur. Niyə belədir? Səbəb nədir ki, Azərbaycan vətəndaşları sağlamlığını öz ölkəsindəki həkimlərə etibar etmirlər?
Türkiyədə özünə iş tapa bilməyən həkimlər Azərbaycana gələrək şöhrətə minirlər... Bir dəfə Türkiyədən olan tanınmış elm adamlarından birindən belə bir suala da cavab istədim. Dedim ki, son vaxtlar Türkiyədən Azərbaycana gəlib işləyən həkimlərin sayı durmadan artır. Bunun səbəbi nədir? Həmsöhbətimin cavabı gözlədiyimin əksinə oldu: “məsələ ondadır ki, Türkiyədə dövlət sektorunda (xəstəxanalarda) həkim işləmək dövlət qulluğu kimi bir məsuliyyətli işdir... Və Türkiyənin tanınmış həkimi heç vaxt ölkəsini tərk edib harasa çörək pulu qazanmağa getməz. Gedənlər öz ölkəsində iş tapa bilməyən, para qazana bilməyənlərdir... Necə ki, sizlərdə də Azərbaycanda özünə yer tapa bilməyib Rusiyaya üz tutanlar çoxluq təşkil edir... Kim öz isti yuvasını qoyub başqa ölkəyə gedər?”. Bəli, Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizdə bir çox sahələrdə olduğu kimi, səhiyyə sistemində də dövlətsizləşmə başladı... Dövlət xəstəxanaları sıradan çıxarıldı, yerində özəl klinikalar yaradılmağa başlanıldı... Səhiyyəmizin nəzarətsizliyindən istifadə edənlər isə fürsəti əldən verməyərək özəl klinikalara Türkiyədən, İrandan... həkimləri dəvət edərək TV-lərdə müntəzəm reklamlar verdirərək xəstələri cəlb etməyə başladılar. Bu həkimlərə elə bəzək-düzək vururdular ki, istər-istəməz hamı sağlamlığını onlara etibar etməyə həvəslənirdi... nəticə bu oldu ki, hazırda özəl klinikalarımızın sayı yüzlərlədir... Amma əvvəllər TV-lərdəki bu reklam-bəzəklərə aldanan və sağlamlığını bu klinikalarda nəinki tapan, əksinə, itirən vətəndaşlar bu dəfə əks yolu tutdular-İrana və Türkiyəyə, bəzi hallarda isə Avropaya gedəsi oldular. Sual olunur: Türkiyədən, İrandan... gələn həkimlər bu qədər savadlı və təcrübəlidirsə, nədən bu ölkələrə üz tutan xəstələrimizin də sayı azalmır? Bütun bunlar başqa və daha geniş mövzunun söhbəti olduğundan keçirik mətləbə... ““HB Güvən” klinikasında məndən üst-üstə 7 min manat pul almaqları bir yana, həm də sağlamlığımı əlimdən aldılar...”
“Təzadlar”a Bakı şəhəri, Binəqədi rayonu, VII mikrorayon, 2 saylı Evtikmə kombinatının həyə-tindəki məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, bina 2, mənzil 48-də məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün Şıxəliyev Cəbrayıl Əli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti: Baş prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili-ombudsman Elmira Süleymanovaya və redaksiyamıza ünvanlı şikayət məktubu daxil olub. Şikayətçi Bakı şəhərində fəaliyyət göstərən “HB Güvən” klinikasında başına gətirilən müsibətlərdən söhbət açır, adi bir cərrahi əməliyyat üçün ondan üst-üstə 7 min manat pul alındığını qeyd edir. Ən dəhşətlisi, bu qədər pulun müqabilində səhhətində nəinki yaxşılığa doğru nəsə dəyişiklik baş verir, əksinə, daha da pisləşir... Şikayət məktubunda adı çəkilən klinikaya qarşı sərt ittihamlar olduğundan şikayətçini redaksiyamıza dəvət etdik... Başına gələnləri geniş şərh edən Cəbrayıl Şıxəliyev Prezident İlham Əliyevə, surəti: Baş prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili-ombudsman Elmira Süleymanovaya ünvanlı müraciətini təqdim etdi. Aşağıda həmin müraciəti təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Surəti: Baş prokuror Zakir Qaralova! Səhiyyə naziri Oqtay Şirəliyevə! Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili-ombudsman Elmira Süleymanovaya! Bakı şəhəri, Binəqədi rayonu, VII mikrorayon, 2 saylı Evtikmə kombinatının həyə-tindəki məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, bina 2, mənzil 48-də məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün Şıxəliyev Cəbrayıl Əli oğlu tərəfindən Şikayət ərizəsi Hörmətli Cənab Prezident! Mən müəlliməm, ömrümün 40 ilini övladlarımızın təhsil və tərbiyəsinə həsr etmişəm. Hal-hazırda Zəngilan rayon 4 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Xidmətimə görə tərəfinizdən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Sizə və ərizədə adları qeyd olunan hörmətli vəzifə sahiblərinə müraciət etməyimə səbəb “HB GÜVƏN” adlı özəl klinika tərəfindən mənə maddi, mənəvi, həmçinin sağlamlığıma vurulan ziyanla bağlıdır. Belə ki, 2013-cü ilin yanvar ayının 2-də Bakı şəhərindəki 1 Saylı Şəhər Kliniki Mərkəzində (keçmiş “Semaşko”) öd daşı əməliyyatına məruz qaldım. 4 gündən sonra məni guya bağırsaq keçməməzliyi adı ilə təkrar əməliyyat etdilər və nəhayət, 2013-cü ilin aprelində bir daha 3-cü dəfə əməliyyat keçirdim. Vəziyyətim düzəlmədi. Məcburən İranın Tehran şəhərində 35 gün müalicə aldıqdan sonra sağlıq durumumdakı problemlərim aradan qalxsa da, əvvəlki əməliyyatların fəsadı olaraq qarın boşluğumda əmələ gələn yırtıq (“qrija”) səbəbindən təkrar xəstəxanaya dönmək məcburiyyətində qaldım. “Sənə güvəndiyim...” “HB Güvən” klinikası, sənə də güvənmək olmazmış... Təsəvvür edin, düzgün diaqnoz qoyulmaması səbəbindən 1 Saylı Şəhər Kliniki Mərkəzində 3 dəfə əməliyyata məruz qaldım... Xəstəlik məni tərk etmədiyindən 2014-cü ilin iyul ayının 22-də özəl tibb mərkəzi olan “HB GÜVƏN” klinikasına müraciət etdim. Məni müayinə edən cərrah Həzi Aslanov keçirəcəyim əməliyyata görə 1500 manat, müayinə xərci kimi 100 manat məbləğində pul ödəməli olduğumu bildirdi. Tələb olunan vəsaiti bütövlükdə ödədim və 23 iyulda qarın boşluğumdakı yırtıq diaqnozu ilə əməliyyat olundum. İyulun 27-də burada da başıma oyun gətirdilər, yenidən bağırsaq keçməməzliyi diaqnozu ilə təkrarən əməliyyat etdilər. 06 avqust 2014-cü ilədək orada stasionar müalicə aldım. Həkim Həzi Aslanov klinikada olduğum müddətdə hər dəfə məni müayinə edərkən qarnımda təkrar yırtıq (qrija) yarana biləcəyini deyirdi. Mən həkimdən bunun necə mümkün olacağını, “Axı mən yırtıq (qrija) səbəbindən əməliyyat olundum, onda 2 əməliyyat məniın nəyimə lazım idi?”, deyə soruşduqda, o, suallar qarşısında aciz qalırdı, fikrini heç cür əsaslandırıb mənə normal cavab verə bilmirdi. Klinikada olduğum müddətdə həkim H.Aslanov mənim təkidli suallarıma yalnız “yırtıq riski qalır, bilirsiz, cərrahiyyədə belə bir termin var: axırıncı bərkitmə əməliyyatı, bax biz onu sənin qarnında köp olması üzündan yerinə yetirə bilmədik, -deyə cavab vermişdi. Belə çıxır ki, həkim M.Aslanov qarnımın yırtığını sonadək tam şəkildə tikməmiş, yırtıq olduğu vəziyyətda saxlanılmışdır. Sual olunur: bu halda keçirdiyim 2 əməliyyyat nəyə lazım idi, onsuz da əvvəldən qarnımda yırtıq mövcud idi! Sonradan başa düşdüm ki, həkim keçirdiyi əməliyyatların xarakterindən irəli gəlir deyə, əməliyyatların uğursuz alındığını anlayıb və çarəsiz vəziyyətə düşüb. Bundan başqa, həkimin təkidi ilə mənə klinikada qaldığım dövr ərzində hər iki ayağıma xüsusi “corablar” geydirilmişdi ki, bu da baldır nahiyəmdə ciddi fəsadların yaranmasına və uzun müddətli müalicəyə gətirib çıxarmışdır. Bu “corabları” adətən əməliyyat prosesində xəstənin ayaqlarına geydirilir ki, gözlənilən trombun qarşısı alınsın. Lakin əməliyyatdan sonra bunun hansı zərurətdən irəli gəldiyini və uzun müddət dəfələrlə yalvarıcı təkidlərdən (ayaqlarım keyləşirdi, ağrılar verirdi) sonra belə yenə də ayaqlarımdan çıxarılmamasının səbəblərini bu günədək anlaya bilmirəm. Bunun da səbəblərini H.Aslanov mənə izah edə bilməmişdi və bu gün də mən həmin ağrıların içərisində qovruluram. Yuxarıda qeyd etdiyim kimi, 1600 manat ödənişdən sonra mənim ağır vəziyyətimdəm sui-istifadə edərək klinikada olduğum müddətdə əlavə razılaşmadan kənar qaydada, dava-dərmana görə 2000 manata yaxın pul aldılar (4 dəfə qan köçürmə, klinikada olmayan dava-dərmanın alınmasına və s.) Mən bu klinikanın baş həkimi İbrahim bəylə (Türkiyədən gəlib) görüşüb vəziyyəti təfsilatı ilə ona danışsam da o, “Xocam, neyləyə bilərik”, deyə həkimə haqq qazandırdı. Mənsə ona “Bəs mən nə etməliyəm? 2 dəfə uğursuz ağır əməliyyat keçirmişəm, əvəzində klinikada 6000 manatadək pul xərcləmişəm (1000 manat da ambulator müalicəyə gedib), nəticədə qarın yırtığı ilə klinikaya daxil olub həmin vəziyyətdə də oradan çıxarılıram. Hələ keçirdiyim iztirablar, fiziki və mənəvi sarsıntıları, ailəmin, yaxınlarımın keçirdikləri narahatçılıqları demirəm”, - dedikdə baş həkim bu vəziyyətdə aciz qaldığını, heç cür köməklik göstərə bilməyəcəyini nümayiş etdirdi. Susmaqla kifayətləndi. Hörmətli cənab Prezident! Diqqətinizə çatdırdığım bu hadisə məhz özəl tibb mərkəzi olan “HB Güvən” klinikasında həkim H.Aslanovun hərəkətləri və klinikaya rəhbərlik edən Türkiyəli İbrahim bəyin hərəkətsizliyi üzündan baş vermişdir. Hələ mən İbrahim bəyin guya bir həkim kimi fetişləşdirilməsini demirəm. Klinikada mənim başımda həkimlərin az qala təcrübə keçirdiklərinin, açıq-aşkar dəllallıq etdiklərinin şahidi oldum. Ehtiyac duyularsa ona da aydınlıq gətirə bilərəm. Ard-arda uğursuz cərrahi əməliyyatların fəsadlarından bu gün də olmazın ağrılarla üz-üzə qalmaqla bərabər, keçirdiyim mənəvi-psixoloji iztirabları heç nə ilə əvəz etmək olmaz. Bu adamlarsa mənim nəyə görə klinikaya bir o qədər pul ödədiyimin fərqində deyillər. Axı mən klinikaya qarnımdakı yırtığın bərpası üçün müraciət etmişdim. Nəticədə fiziki, maddi və mənəvi sasıntılara məruz qalmaqla Sizin-ölkə Rəhbəri cənab İ.Əliyevin dəstəyi və birbaşa iştirakı ilə açılışı həyata keçirilmiş bir məktəbin, o cümlədən 40 illik pedaqoji staja malik, habelə “TƏRƏQQİ” medalı ilə təltif olunmuş bir insan olaraq çarəsiz duruma düşmüşəm. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə görə, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Həmin Qanunun 59-cu maddəsinə görə tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Göstərilənləri nəzərə alaraq mənim sağlamlıq durumumu bu vəziyyətə salmış həkim H.Aslanov, “HB Güvən” klinikasının baş hakimi İbrahim Əliyevin və bununla əlaqədar olan digər şəxslərin barəsində Qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsini və mənim pozulmuş hüquqlarımın bərpa olunmasını Sizdən xahiş edirəm. Sizdən bir ziyalı, ağsaqqal kimi xahiş edirəm ki, mənə vurulan bütün ziyanların ödənilməsinə və günahkarların qanun qarşısında cavab verməsinə göstəriş verəsiniz. Mənim ailəm 7000 manat pulu ordan-burdan borc alaraq həkimlərə verib ki, mən şəfa tapım. Lakin mən bu gün psixoloji sarsıntı içində yaşayıram. Həmçinin bu şikayət ərizəsini ünvanladığım səlahiyyət sahiblərindən xahiş edirəm ki, əlavə məlumatlar üçün məni dəvət edib dinləsinlər. Şıxəliyev Cəbrayıl Əli oğlu, (Əlaqə telefonu: 055 204 99 99) *** Redaksiyadan: Yazı çapa hazırlanarkən klinikanın baş həkimi İbrahim Əliyevlə görüşüb məsələyə aydınlıq gətirməyə çalışdıq. Lakin hər dəfə zəngimizə cavab verən xanım yerində olmadığını bildirdi. Sonra şikayətin, necə deyərlər, əsas qəhrəmanı olan Həzi Aslanovla telefonla danışdıq... Ona şikayətin məzmunu və şikayətçinin tələbi barədə məlumat verdik... Ümumi razılığa gəldik ki, xəstənin özü ilə birlikdə klinikada görüşüb problemə aydınlıq gətirilsin. Çünki şikayətçi bu qədər xərc-xəsarət çəkməsindən, 3 dəfə eyni xəstəlik və diaqnozla əməliyyat olunmasına baxmayaraq hələ də xəstəlikdən əziyyət çəkir. Nəhayət, dünən yenidən Həzi Aslanova zəng edib görüşümüzün vaxtını müəyyənləşdirmək istədik... Amma yenə də telefona cavab verməkdən yayındı... Hətta dəfələrlə zəng etsək də telefona (hətta mobil telefonuna belə tibb bacıları cavab verirdi) həkimin yerində olmadığını deyirdilər. Xahiş etsək də ki, həkimə dəfələrlə etdiyimiz zənglər barədə məlumat verilsin, bəlkə özü vaxt tapanda, girəvəsi olanda əlaqə saxlasın, amma yenə də nəticəsi olmadı... Şikayətlə bağlı artıq aidiyyəti dövlət qurumları ilə əlaqə saxlayırıq. Bu barədə növbəti yazılarda ətraflı bəhs olunacaq. Qarşı tərəfin də əsaslandırılmış mövqeyi olarsa, dərc etməyə hazırıq. (Davamı var) \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|