“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                 

Ağstafada təhsil adına BAZAR... - BU NƏDİ BELƏ?!
Tarix: 20-05-2024, 08:52 | Çap et
Ağstafada təhsil adına BAZAR...
“Dəryaz” qəzeti redaksiyasına Ağstafa rayon Elçin Mustafayev adına Yenigün kənd tam orta məktəbində korrupsiya və direktor özbaşınalığının baş alıb getdiyi barədə məlumatlar daxil olub. Qəzetin elektron poçtuna göndərilən video-görüntülər və səs yazılarından bəlli olur ki, təhsil müəssisəsinin rəhbəri Tamella Bayramova kollektivə sözün həqiqi mənasında qan uddurur.

Müəllimlər gileylənirlər ki, T.Bayamova həm müəllimlərdən, həm də texniki işçilərdən hər vəchlə rüşvət qoparmaq üçün istədiyi yola əl atır. Direktor özbaşınalığı o həddə çatıb ki, müəllimləri ən adi qüsur üstündə, çox vaxt da əsası olmayan arqumentlərlə şagirdlərin gözü qarşısındaca təhqir edir, onlara ağzına gələni deyir. Onun kobud rəftarı bir çox müəllimi xəstə salıb. Məlumatda qeyd olunur ki, son vaxtlar direktorun əsəbləşdirdiyi 3 müəllimin üstünə təcili tibbi yardım maşını çağırılıb. Hətta direktor müavini, şəhid Milli Qəhrəman İlham Həsənovun bacısı Aygün Həsənovanın direktorun təhqirinə məruz qalandan sonra ürəyi sıxılıb, dili qatlanıb.

Aygün müəllimənin həyatının həmin həyəcanları dəqiqələrinin qeydə alındığı görüntülər də redaksiyaya təqdim olunub. İnsident ondan başlayıb ki, bir neçə şagird sinif otağının pəncərəsini açaraq dərsdən qaçıbmış. Direktor buna görə haqsız yerə acığını müavinin üstünə töküb. Eynən onun kimi Rəna adlı başqa bir müəllimə də direktorun yersiz hücumundan şok yaşayıb, təcili yardıma ehtiyaclı duruma düşüb.

T.Bayramovanın məktəbdə tətbiq etdiyi despotik idarə üsulunun çox əcaib cəhətləri vardır. Təqdim olunan görüntülərdən bəlli olur ki, səhər dərsə bir neçə dəqiqə gecikən şagirdlər məktəbə buraxılmır, soyuqda-sazaqda qapı ağzında qalıb titrəyirlər. Bununla belə, direktor şagirdlərin dərsə davamiyyətinin aşağılığına görə fənn müəllimlərini tənbeh edir, “sən dərs keçmirsən, ona görə dərsinə uşaq gəlmir” deyir.

Halbuki, bəzi dərslər, hətta riyaziyyat kimi vacib fənn belə onları tədris edən fənn müəllimlərinin direktorla anlaşıb məktəbə gəlmədiklərinə görə boş keçir, uşaqlar ya sinif otaqlarında başlı-başına qalır, ya da psixoloq və ya başqa qeyri-profilli müəllimlər ixtisası düz gəlməyən dərsləri “keçirlər”. Ən əsas narazılıq da elə dərs saatlarının, xüsusilə də əvəzçilik üzrə saatların ədalətsiz bölgüsündən, direktorun həmin saatların haqqının ödənişinə yarıbayarı şərik çıxmasındandır.



Dərs vəsaitləri və ləvazimatları ilə təchizat məsələsi də problemdir. Belə ki, dövlətin ayırdığı vəsaitdən müəllim və şagirdlər faydalana bilmirlər. Adicə A4 formatlı kağız, marker tapılmır. Summativ vərəqləri verilmədiyindən, müəllimlər bundan ötrü valideynlərdən kömək istəmək məcburiyyətində qalırlar. Təxmin edilir ki, direktor ayrılan vəsaitləri məktəbə çatmadan “xırıd eləyir”, mağazalara verib satdırır, pulunu mənimsəyir. Özünün sinif rəhbəri olduğu şagirdlərin hərəsindən 8 manat yığıb şəxsi printer alıb. 40 müəllimin hərəsindən 20 manat yığaraq məktəbə aldığı səsgücləndirici qurğu da məktəbin işinə yaramır. Kabinetindən idarə etdiyi həmin qurğudan indiyədək bircə nəfər şagirdin oxuduğu şeir, nəğmə eşidilməyib. Hərçənd, direktorun kefi duranda öz mobil telefonundan qurğuya qoşub əlaqələndirdiyi, şəxsi zövqünə uyğun əcaib musiqi səsi ətrafa yayılaraq hamıya başağrı verir.



Dinlədiyimiz səs yazılarında müəllimlər bir-birinə şikayətlənirlər ki, T.Bayramova xeyir-şər üçün icazəni də onlara pulla satır, hətta əzizi ölənə də güzəştə getmir. Pul tələbini ödəməyən xidmətçi personal üzvlərini bir yolla şərləyib işdən çıaxarır, sosial durumu ağır, ailə vəziyyəti acınacaqlı olanları, azyaşlı uşağı olan başsız qadınları belə qətiyyən nəzərə almır.

Məlumatlarda qeyd olunur ki, T.Bayramova rəhbərlik etdiyi 3 ildən artıq müddət ərzində kollektivin monolit birliyini pozub, hədələdiyi müəllimlərə deyir ki, “sizin aranızdan 7-8 nəfər mənə işləyən, xəbər daşıyan həmkarınız var, nə edirsiniz, nə danışırsınız, hamısını mənə çatdırılar”. Gərginlik, despotizm o həddə çatıb ki, müəllimlərdən kimsə T.Bayramovanın ərşə çıxmış zülmünə qarşı etiraz edəndə ertəsi gün məktəbə gəldiyində həmkarları həmin şəxsə salam verməyə, kəlmə kəsməyə çəkinirlər ki, xəbərçilər bunun üstünə beşini də qoyub direktora çatdırarlar.

Bildirildiyinə görə, T.Bayramova hamını vaxtilə ali təhsil müəssisələri sırasında aşağı reputasiyaya malik olmuş San-Marino Universitetinin nəzdindəki kolleci bitirmiş, hazırda Bakıda “hüquq xidməti” göstərən qardaşı Şamil Bayramovla hədələyir.

O da bildirilir ki, T.Bayramova 8 mart – Qadınlar Günündə 40 müəllimdən hərəyə 50 manat, 5 oktyabr – Müəllimlər Günündə isə hərədən 100 manat pul yığıb. Təkcə elə bu iki tədbirdən 6000 manat mənimsəyib. Ən rüsvayçı faktlar isə ötən ilin fevralında qardaş Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım adı ilə toplanan 500 manatdan çox pulu və natura halında ərzaq yardımını təyinatı üzrə vaxtında çatdırmayıb sonradan mənimsəməsidir. Bir şəhid ailəsinə kömək üçün yığılan 5 manatların da aqibəti bəlli omayıb. Çünki şəhid ailəsi həmin ianəni qəbul etməkdən imtina edib, lakin direktor yığdığı pulu geri qaytarmayıb.

Redaksiyaya daxil olan məlumatları dəqiqləşdirmək üçün Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevıə, müavini Nizaməddin Babanlıya, Ağstafa Təhsil sektorunun müdiri Mədəd Zeynalova etdiyimiz müraciətlər də cavabsız qaldı.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru