Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                 

Kürdəmirdə fermerlər dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Tarix: 21-03-2024, 09:14 | Çap et
Kürdəmirdə fermerlər dərdlərini KİMƏ DESİNLƏR...
Ölkədə suvarma sistemləri və su çatışmazlığı ilə bağlı uzun illərdir ki, problemlər yaşanır. Xüsusən də, yaz və yay aylarında Aran zonasındakı sakinlər bu problemlə qarşılaşırlar. Kürdəmirli fermer Allahverən Allahverənov Meydan TV-yə deyib ki, su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv ediblər.

15 hektar əkin sahəsi olan vətəndaş deyir ki, ilbəil artan quraqlıq ərazinin azalmasına səbəb olur:

“Məcburuq ki, azaldaq. Son beş ildə su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv etmişik. Əziyyət çəkib hektarla əkirdik, yazda, yayda su tapmırdıq ki, suvaraq. Saralıb yanırdı, torpaq çat olurdu. İndi ildə az suvarılan əkinlərə üstünlük veririk. Taxıl əkini ildə iki dəfə ilə dözür, bostan ən azı 3-4 dəfə, soğan 15-20 dəfə suvarılmalıdır”.

“Suvarma çətin olduğu üçün itkini də hiss etmirik”

Fermer deyir ki, kəndlərdəki mövcud beton kanallar istifadəsiz qaldığından və təmirsizlikdən dağılıb. Bunun əvəzinə salınan torpaq kanallar və nəzarətsiz suvarma illərdir ki, su itkisinə səbəb olur.

Onun sözlərinə görə, əvvəllər iri kəndlərdə 10-15 min hektarlıq əkin sahələri artıq yarıya enib. Torpaqlarda şoranlaşma isə 20-25 faiz artıb.

Müasir suvarma sistemlərindən istifadə isə nəinki kəndli, fermerlər üçün belə əlçatmazdır:

“Suvaranda insanlar səhlənkarlığa və tərəfkeşliyə yol verirlər. Öncə rayondakı iri şirkətlər suyu öz sahələrinə verir, sonra kəndlərdə növbəlilik yaranır. Bizim kənddə su varmı ki, itkiyə getsin? Suvarma çətin olduğu üçün itkini də hiss etmirik. Beton kanalları illərdir təmir etməyib su idarələri deyə gözdən kənarda qalıb. Ötən il 25-30 sentner məhsul gözlədiyim halda normal suvarma getmədiyi üçün 15 sentner götürdüm. “Pivot layihə” məqsədilə nazirlik bizi yığıb yarmarkaya topladı. Məlum oldu ki, 50-100 hektarda nəzərdə tutulan “Pivot” sistemə 70-80 min manat hətta, daha çox məbləğdə pul lazımdır. Şərtlərə biz fermerlərə yaxın düşə bilmərik, o ki, qalsın kəndlilər. 60-70 min güzəştli kredit götür, icra et deyirlər. Ancaq o pulu işlərlə təsərrüfatdan qazana bilmirik. Gərək 20 il onlara işləyim ki, krediti ödəyim”.

“Quru məsləhətlə müasir suvarma sistemi qurulmur”

Kürdəmir sakini Elxan Usubov da 4 hektar taxıl və yonca əkib. O da bahalığa görə kəndlilərin həyətyanı sahələrdə əkini artırdığını, ancaq günlərlə su üstündə mübarizə apardıqlarını deyir:

“Bizim Sovla və Söyüdlər kəndində 872 hektar pay torpağında əkin var. Quraq hava şəraitinə arada yağan yağıntı kömək etməz, suvarma qaçılmazdır. Vaxtında da suvarma olmayanda hektarına 10-15 % məhsuldarlıq aşağı düşür. Kəndin bir hissəsi suvaranda, digər hissəsi aydan çox gözləməli olur. Bu da kütləvi suvarma dövründə əkinə mənfi təsir göstərir. Kəndə su Kür çayından motorla vurulub torpaq kanallar vasitəsilə gətirilir. Suvun səviyyəsi aşağı düşməsi ilə kəndlərə su gəlişi kəsilir. Ötən il buna görə ay yarım su tapmadıq. Bizdə üçüncü kateqoriya torpaqdır, suvarılması vaxtında getməlidir. Nazirlik səviyyəsində gəlib təbliğat aparırlar, ancaq vəsait olmayandan sonra quru məsləhət ilə müasir suvarma sistemi qurulmur. Dörd hektar əkinim var, hektarına 220 manat subsidiya alıram ki, onun da 25 faizi nəğd olur, qalanı gübrəyə gedir. Ondansa 70-ci illərdə çəkilən beton kanallar bərpa olunsun və su israfına yol verilməsin, suvarma vaxtı da nəzarət edilsin”.

“Niyə vaxtında təmir etmədilər, məhv olub qaldılar? Müasir suvarma sistemlərindən iri şirkətlər istifadə edir ki, 50-100-500 hektarları əhatə edirlər. Dövlətin imkanları və güzəştləri də onlar üçündür. Ötən il 10 ton arpa, buğda götürdüm, ancaq toxumu bir manatdan aldım, satanda 30-35 qəpik oldu. Biçin əkini ödəmir, o ki qaldı suvarma sistemi olsun”, – deyə əkinçi vurğulayır.

Yeri gəlmişkən, bu problem təkcə Kürdəmirdə deyil, digər rayonlarda da su çatışmazlığı sindromu yaşanır.

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, ölkə üzrə mövcud 4.78 mln hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 1.48 milyon hektar sahəsi suvarılır.
Mövcud 1.88 mln əkin sahəsindən isə ancaq 1.15 mln hektarında suvarma həyata keçirilir. İldən ilə isə suvarmada itki göstəricisi artır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ötən il üçün bu itkinin 50 faizdən çox olduğunu bildirib.

Ölkədə su resursu 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb.

Bunun da 70 faizi transsərhəd çayların, 30 faizi daxili suların hesabına formalaşır. Son illər yağıntıların az olması, illik orta temperaturun yüksəlməsi, mövcud suvarmada itkilər su ehtiyatını azaldır, quraqlığı daha da artırır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru