Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                 

Baba Rzayev qanunların ÜSTÜNDƏ OTURUB? - Bunun BAŞQA ADI YOXDUR...
Tarix: 19-05-2023, 05:37 | Çap et
Baba Rzayev qanunların ÜSTÜNDƏ OTURUB?
Xətai rayonunun hüquq-mühafizə orqanları ilə bağlı qəribə mənzərə yaranıb. Artıq bir neçə ildir, məhkəmə, polis və prokurorluq orqanları sahibkar Anar Qəribovun “Azur” ticarət mərkəzinin sahiblərinə qarşı şikayəti ilə bağlı vahid mövqeyə gələ bilmirlər.

Bu işlə bağlı qısaca onu demək olar ki, sahibkar ticarət mərkəzində kifayət qədər böyük ərazini icarəyə götürüb, oranı təmir etdirib, ora bahalı avadanlıqlar və geniş çeşiddə brend geyimlər gətirib. Ancaq təmirdən sonra ciddi şəkildə dəyişən obyekt oranı icarəyə verənlərin özlərinin xoşuna gəlib. Üstündən iki ay keçməmiş “Azur” sahibləri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq icarə haqqını dəfələrlə artırdıqlarını elan ediblər. (Pressklub.az bu barədə “Sahibkarı belə müflis etdilər – Milyon yarımlıq QALMAQAL” (https://pressklub.az/ekskluziv/sahibkari-bele-muflis-etdiler-milyon-yarimliq-qalmaqal/) məqaləsində yazıb).

Ticarət obyektinin təmiri və təchizatına bir milyon manata yaxın sərmayə qoyan sahibkarın sözlərinə görə, o, yeni şərtləri qəbul edə bilməzdi. Ona görə yox ki, bu, tərəflərin hüquqi olaraq bağladıqları sənədə zidd olub. İlk növbədə ona görə ki, o, yenicə ticarət qurmağa, kreditləri ödəməyə başlayıb və ərazini icarəyə verənlərin heç nəyə əsaslanmayan, havadan götürdükləri məbləği hər ay ödəyə bilməzdi. Və ümumiyyətlə, heç bir özünə hörmət edən iş adamı daha çox quldurluğu xatırladan bu cür yanaşma ilə razılaşmaz.

Yaranmış münaqişənin sülh yolu ilə həlli mümkün olmayıb. Ərazini icarəyə verənlər sahibkarı onların tələbinə boyun əyməyə və ya sadəcə olaraq, ticarət mərkəzini tərk etməyə məcbur etmək üçün müxtəlif üsullara əl atmağa başlayıblar. Qəribovun sözlərinə görə, onlar işığı kəsiblər, ticarət obyektinə kanalizasiya suları axıdıblar, reklam lövhələrini çıxarıblar, mağaza işçilərinə maneələr yaradıblar, axırda isə özbaşına şəkildə obyekti özləri üçün yenidən qurmağa başlayıblar. Və bir gün işə gələn sahibkar öz mağazasını tanımayıb – bütün avadanlıqlar mallarla birlikdə yoxa çıxıb. Qəribov bunu kimin etməsi və əmlaklarının harada olması barədə suala cavab ala bilməyib.

Sahibkar hüquq-mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalıb. Düşünüb ki, onlar problemi tez bir zamanda həll edəcəklər. Axı hər şey o qədər aydındır ki, nəyisə uzun müddət axtarmağa ehtiyac qalmayacaq. Tamamilə aydın idi ki, ticarət mərkəzinin rəhbərliyinin xəbəri olmadan heç kim bunu edə bilməzdi.

Amma Qəribov hesablamalarında ciddi səhvə yol verib. Hüquq-mühafizə orqanları sahibkarın təkidi ilə beş dəfə araşdırmaya başlayıblar və hər dəfə cinayət işi açmaqdan imtina ediblər.

İcarəyə götürənin sonda müraciət etdiyi Xətai rayon məhkəməsi yaşananlara hüquqi qiymət verib və Cinayət Məcəlləsinin 158.3, 177.2.3, 177.2.4, 186.3, 190.2-ci maddələrinin açıq-aşkar pozulduğunu müəyyən edib. Lakin hakim Bəxtiyar Məmmədovun şikayət üzrə cinayət işinin başlanmasından imtina edilməsi barədə əvvəlki qərarın ləğvi ilə bağlı çıxardığı hökm heç nəyi dəyişməyib. Xətai Rayon Polis İdarəsinin rəisinin cinayət işinin başlanması ilə bağlı imzaladığı müvafiq məktuba prokurorluq yenidən rədd cavabı verib.

Ən anlaşılmaz olanı isə budur ki, Xətai Prokurorluğunun bu imtina qərarını daha yüksək nəzarət orqanları – həm Bakı şəhər Prokurorluğu, həm də Baş Prokurorluq dəstəkləyir. Və ona görə yox ki, bu işdə icarəyə verənlərin addımlarına haqq qazandıran məqamlar var. Bəlkə onlar üçün mundir şərəfi qorumalı olduqları həqiqətdən daha önəmlidir? Axı kim bilməsə də, onlar bilirlər ki, məhkəmə qərarı olmadan başqasının əmlakını naməlum istiqamətdə aparıb aylarla gizlətməyə, sahibini ona yaxın buraxmamağa heç kimin hüququ yoxdur. Yeri gəlmişkən, uzun və davamlı axtarışlardan sonra tapılan məhsulun bir hissəsi düzgün saxlanma şəraiti olmadığından qismən çürüyüb, qalanı isə ciddi zədələnib.

Düzdür, icarəyə verənlər iddia edirlər ki, onlar icarədara binanı tərk etməklə bağlı dəfələrlə xəbərdarlıq ediblər, “köçürülmə” prosesi isə şahidlər, yəni öz işçilərinin gözü qarşısında aparılıb və videoya çəkilib. Amma məsələ ondadır ki, bu zaman artıq işə məhkəmədə baxılırmış və məhkəmə ticarət mərkəzinin sahiblərinə prosesin sonuna qədər mağazada heç nəyə toxunmamaq barədə ciddi xəbərdarlıq edib. Bəlkə onlar elə buna görə də arzuedilməz icarədarın özünəməxsus “köçürülməsinə” məhkəmə icraçıları dəvət edilməyiblər? Axı bu cür addımlar onların iştirakı olmadan həyata keçirilmir.

Müxtəlif versiyalar qura, fərziyyələr irəli sürə, icarəyə verənlərin atdıqları addımların səbəblərini və bu münaqişə ilə bağlı hüquq-mühafizə orqanlarının qərarlarının məntiqini anlamağa çalışmaq olar. Amma biləndə ki, ticarət mərkəzinin sahiblərindən biri olan Fuad Rzayev “Azərenerji” ASC-nin hamıya yaxşı tanış olan prezidenti Baba Rzayevin oğludur, bununla məşğul olmaq istəyi yox olur. Belə bir amil bir çox başqa versiyaların üstündən xətt çəkə bilər və istisna deyil ki, hətta məhkəmə, polis və prokurorluq orqanlarının arqumentlərini üstələyir.

Hüquqşünas Əkrəm Həsənov deyir: “Məhkəmə qərarında açıq-aydın göstərilib ki, şahid kimi binanın sahibi Fuad Rzayev ifadə verməyə borcludur. Onun əvəzinə izahatı nümayəndəsi Axundovanın yazması isə cinayət-prosessual qanunvericiliyin tələblərinin birbaşa pozulmasıdır. Cinayət-Prosessual Məcəlləsinin 9.4.1-ci maddəsinə əsasən, şahid, vasitəçi olmadan, özü ifadə verməyə borcludur. Cinayət Prosessual Məcəlləsinin 105-ci maddəsinə əsasən, şahidin nümayəndəsi yalnız ifadə verərkən ona hüquqi məsləhət verə bilər. Qəribədir ki, prosessual nəzarəti həyata keçirən prokurorluq Cinayət Məcəlləsinin belə kobud pozuntusunu görmür”.

Vəkilin sözlərinə görə, məhkəmə bu cinayət işinin icrasında məqsədlərdən biri ilə bağlı pozuntu qeydə alıb: cinayətin tez biz zamanda açılması, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv aydınlaşdırılması. Hüquq-mühafizə orqanları cinayət əlamətlərini əks etdirən əməllər barədə məlumat alan kimi cinayətin izlərinin qorunması və müsadirə edilməsi üçün tədbirlər görməyə, habelə dərhal dindirmə və ya təhqiqat aparmağa borcludurlar.

Vəkil Əkrəm Həsənov məhkəmənin bu mövqeyi ilə razılaşaraq əlavə edir:

– Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi özü-özlüyündə cinayət kimi qiymətləndirilə bilər. Axı qanun dərhal hərəkətə keçməyi elə-belə tələb etmir. Çünki zaman keçdikcə sübutları müəyyən etmək və qanunu pozan şəxsi məsuliyyətə cəlb etmək xeyli çətinləşir. Baxılan iş həm də ona görə suallar doğurur ki, belə davranış Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları üçün qeyri-adidir. Adətən onlar qonşuların bir-birindən daha az şikayətləri üzrə belə, dərhal cinayət işi açırlar. Burada isə Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə qanun pozuntuları var: 158 (Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma), 177 (oğurluq), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 190 (qanuni sahibkarlıq fəaliyyətinə mane olma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 322 (özbaşınalıq). Və bu dövlət başçısının sahibkarların müdafiəsi ilə bağlı daim çağırışlar etdiyi bir vaxtda baş verir. Amma biznesə belə yanaşma davam etsə, ölkədə sadəcə olaraq məmurlara məxsus olmayan biznes əvvəlcədən uğursuzluğa məhkum olacaq.

Qanun hamı üçün eynidir deyirlər. Amma adamda belə bir təəssürat yaranır ki, Xətai rayonunda hüquq-mühafizə orqanlarının hərəsinin öz Femidası var. Hətta pandemiyadan da əvvəl başlayan və illərdir bir instansiyadan digərinə sürünən bu məsələyə aydınlıq gətirməyin vaxtı çatıb.
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru