Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? .....                     Bu gün Köhnə Yeni ildir: .....                     “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” .....                     Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                 

Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA - Ali Baş Komandandan KÖMƏK İSTƏDİ
Tarix: 20-04-2023, 08:44 | Çap et
Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA
DİA.AZ: - Keçən günlərdə Göyçay rayonu Məlikkənd kənd sakini Aprel döyüşləri iştirakçısı Mahmudov Sənan Gündüz oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı və biz də DİA.AZ olaraq bir nüsxəsi də redaksiyamıza daxil olan müraciəti təqdim etmişdik:

"Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları Rəşad Cavadov, Tahir Eminov və Şahin Muradov məni Azərbaycanda yaşamağıma peşman edərək intihar həddinə çatdırıblar. Belə ki, gündəlik muzdlu işlərdə çalışaraq qəpik-qəpik pul yığıb, bu ilin avqust ayında "VAZ" 2106 markalı avtomobil almışam. Lakin, avtomobili aldığım vaxtdan etibarən yuxarıda adlarını qeyd etdiyim YPX əməkdaşları əsassız olaraq məni gözüm çıxdıya salmağa başladılar. Tez-tez onlar məni saxlayır, guya idarə etdiyim avtomobildə konstruksiya dəyişikliyi olduğu iddia edirdilər. Heç bir şey tapa bilmədikdə isə "5-10 manat hörmət elə, get" - deyərək rüşvət verməyimi istəyirdilər. Ancaq mən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312-ci maddəsində bildirildiyi kimi, rüşvət verməyin məsuliyyət daşımaq olduğunu nəzərə alaraq onlara heç nə vermirdim. Məhz buna görə də bu gün, yəni 17.04.2023-cü tarixdə saat 10:57 radələrində məni şəhərin Nizami küçəsində saxlayaraq avtomobildən düşməyimi istədilər. Mən də öz növbəmdə bütün sənədlərimin qaydasında olduğunu və avtomobilimdə konstruksiya dəyişikliyi olmadığını bildirərək haqqımı tələb etmək üçün onlara öz etirazımı bildirdim. Bu zaman onlar fiziki zorakılıq göstərərək məni təhdid etdilər və olduqca kobud səslənən sözlər işlətdilər. Beləliklə də mənə içərisindəkindən xəbərsiz olduğum hansısa sənədə zorla imza atdıraraq avtomobilimi "Rəisin əmridir", - deyib Göyçay Rayon Polis Şöbəsinə apardılar. Halbuki bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309-cu maddəsinə əsasən, vəzifə səlahiyyətlərini aşma hesab edilir. Bəlkə də onlar həqiqətən də "Rəisin əmridir", deməsində haqlıdırlar. Çünki Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Vüsal Həsənov demək olar ki, hər gün rayon ərazisində öz şəxsi avtomobili ilə gəzib-dolaşaraq şikarlarını axtarır. Gözünə xoş görünməyən avtomobillər barəsində YPX əməkdaşlarına məlumat verərək həmin şəxsləri polis bölməsinə aparmaları üçün tapşırıq verir. Bunu tək mən iddia etmirəm, sakinlərin əksəriyyəti bilir. Yoxlama aparsanız şahidi olacaqsınız.
Müraciətin əvvəlində bildirdiyim kimi, fəhləlik edərək maddi ehtiyaclarımızı qarşılayıram. Özüm də Aprel döyüşləri iştirakçısıyam. Bu ayın 11-də övladım dünyaya gəlib. Hazırda ailəmin zəruri ehtiyacı olduğu halda, əsassız bəhanələrlə avtomobilimi polis şöbəsində saxlayaraq 150 (yüz əlli) manat cərimə yazıblar. Hansıki bir daha vurğulayıram ki, avtomobilimdə konstruksiya dəyişikliyi etməmişəm və necə almışamsa, elə həmin vəziyyətdədir.
Sizdən çox xahiş edirəm, Vüsal Həsənov başda olmaqla, adlarını qeyd etdiyim YPX əməkdaşları haqqında ciddi tədbirlər görülməsi, əsassız yazılmış 150 (yüz əlli) manat cərimənin silinməsi və mənim təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümid edirəm ki, müraciətimə dərhal baxaraq lazımi tədbirlər görüləcəkdir. Sizə çox minnətdarlığımı bildirirəm."

Bununla bağlı DİA.AZ-a qarşı tərəf olaraqq Daxili İşlər Nazirliyinin müvafiq qurumundan açıqlama göndərilmişdi...

Göyçayda Aprel döyüşçüsü ÇARƏSİZ DURUMDA

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov DİA.AZ-a bildirmişdi ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Sənan Mahmudovun avtomobilinin əsassız yerə saxlanılaraq müvəqqəti duracağa yerləşdirilməsi və ona qarşı qanunsuz tələblər irəli sürülməsi ilə bağlı iddiaları həqiqəti əks etdirmir.
Belə ki, aprelin 17-də S.Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobildə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verildiyi müəyyən edilib və yerində aradan qaldırılması mümkün olmadığından avtomobil sürücünün də iştirakı ilə müvəqqətə duracağa yerləşdirilib, akt tərtib olunub. Daha sonra ekspert dəvət olunaraq avtomobilə baxış keçirilib və arxa yayların kəsilərək normalara uyğun olmaması bir daha əyani şəkildə S.Mahmudova göstərilib. Törətdiyi qayda pozuntularına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1-ci (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və 342.2.3-cü (Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələri ilə protokol tərtib edilərək barəsində inzibati tənbeh tədbiri görülüb.

***

DİA.AZ bildirir ki, bununla bağlı redaksiyamıza şikayətçi düşən Aprel döyüşçüsü Sənan Mahmudov yenidən açıqlama yollayıb:

"Yuxarı instansiyalara şikayət etdiyim üçün Göyçay YPX tərəfindən təziqlərə məruz qalmışam.

Bir daha bildirmək istəyirəm ki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisi əməkdaşları Rəşad Cavadov və Tahir Eminov 17.04.2023-cü il tarixdə əsassız olaraq avtomobilimi rayon polis şöbəsinə aparmışdır. Mən haqsızlığa məruz qaldığım üçün yuxarı instansiyalara video müraciət və yazılı ərizələr ünvanladım. Həmçinin DİN-in 102 qaynar xətt nömrəsinə şikayət verdim. Məni izahat verməyim üçün Göyçay RPŞ-yə dəvət etdilər. Bu zaman müşahidə kameralarından kənara çəkərək rəis Vüsal Həsənovun gözü önündə Tahir Eminov yaxamdan yapışdı, şərəf və vələyaqətimi təhqir etdi. Araya polis mayoru Süleyman İbrahimov girməsəydi, bəlkə də Tahir Eminov məni döyəcəkdi. O, istəyirdi ki, mən də ona əl-qol atım və polis əməkdaşına fiziki zorakılıq göstərməklə məsuliyyətə cəlb edilim. Ancaq istədiyinə layil ola bilmədi.

Mətbuatda gedən müraciətimə gəldikdə isə, Daxili İşlər Nazirliyinin Şəki Regional qrupu saytlarda həqiqətə uyğun olmayan məlumat paylaşdı. Əslində onların heç bir qəbahəti yoxdur. Çünki, Göyçay Rayon Polis Şöbəsinin Yol Polisində çalışan məsul şəxslər onlara yalnış məlumat vermişdilər. Məlumata əsasən, mən təhlükəsizlik kəmərindən istifadə etməmişəm və avtomobilimdə konstruksiya dəyişikliyinə yol vermişəm. Yəni ki, guya arxa yayların kəsilərək normalara uyğun olmaması aşkarlanmışdır. Halbuki mənim avtomobilimin rəngi göy, lakin saytlarda paylaşılan arxa yayların (burjun) rəngi isə qırmızı rəngdədir. Bir sözlə, özləri özlərini ifşa etdilər.

Mən bir daha cənab Prezidentə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Daxili İşlər Nazirliyinə səslənirəm və çox xahiş edirəm, öncə təhlükəsizliyimi təmin edəsiniz. Artıq çox qorxuram. Daha sonra isə Sizlərdən xahiş edirəm, avtomobilim özümə qaytarılmasını və bilərəkdən, haqsız yerə məndən pul (cərimə) qoparmağa çalışan YPX əməkdaşları haqqında qanunlarımız çərçivəsində tədbir görəsiniz. Öncədən təşəkkürlərimi bildirirəm".

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18
Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08
“Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru