“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                     Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır .....                     Moskvadakı erməni biznesmenlər narahatdır .....                 

Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq, özü gizli tenderlər keçirir – Qanunlar yol verməsə də...
Tarix: 20-06-2022, 10:13 | Çap et
Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq, özü gizli tenderlər keçirir
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın iqtisadiyyatında oynadığı mühüm rol haqqında çox yazmaq olar. Bir cümlə ilə ifadə edilərsə, yalnız onu demək olar ki, Azrəbaycan dəmiryolçuları uzun və şərəfli bir yol keçiblər. Sovet dövründə Azərbaycanın dəmiryolunda sərnişin və yük daşımaları çox yüksək səviyyədə inkişaf etmişdi. O zamanın tələblərinə də cavab verirdi. İttifaq dağıldıqandan sonra dəmir yolları sistemi də təbii ki, respublikalar arasında bölünməyə başladı. Elə sovetlər ittifaqı dağıdıldan sonra da Azərbaycanın dəmir yolu sistemi iflic bir vəziyyətə düşdü. Həmin dövrlərdə Azərbaycanda dəmir yolunun rəhbərliyinə gələnlər perspektiv haqda düşünməyiblər və SSRİ-dən miras qalmış vaqon, lokomotiv parkı, bir sözlə, dəmir yoluna aid hər şeyi dağıtmağa başlayıblar.

Azərbaycanın dəmiryolu sistemini dağıdanlardan biri də 2015-2022-ci illərdə bu sahəyə rəhbərlik etmiş Cavid Qurbanov olub. Sözügedən şəxs islahatlar adı altında çoxlu ixtisarlar edib, coxsaylı dəmiryolçu mütəxəssisləri bu sahədən uzaqlasdırıb. Bu mütəxəssislərin əvəzinə isə dəmir yolu sahəsinə kommersantlar və pul mənimsəməyi bacaranları yerləşdirmişdi. Cavid Qurbanovun sayəsində Azərbaycanın dəmir yollarında çalışan on minlərlə peşəkar öz sahəsinə aid işdən uzaqlaşdırılmışdır. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən sonra nəinki peşəkar dəmiryolçuları, hətta quruma tabeli xəstəxana və poliklinakalardakı həkim kontigentinə də müdaxilə edərək öz yaxın adamlarını yerləşdirmişdi. Elə ona görə də təkcə dəmir yolunda deyil, ona tabeli səhiyyə müəssisələrində də korrupsiya baş almışdı.

Azərbaycanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi adlı bir qurumun olmasından bəlkə də çoxlarımız xəbərsizik. Bu mərkəzin fəaliyyəti dəmiryolçuların sağlamlığının mühafizəsi, həmçinin onların əmək qabiliyyətlərinin və peşə uzunömürlülüklərinin qorunub saxlanması məqsədilə stasionar və ambulator tibbi yardım göstərməkdən ibarətdir. Həmçinin Mərkəz dəmir yolu ərazisində yerləşən obyektlərdə, eləcə də yolun tabeliyində olan idarə və müəssisələrdə sanitar-gigiyenik və əks-epidemik tədbirləri həyata keçirir: dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparır; dəmir yolu ilə idxal və ixrac olunan yüklərə sanitar-karantin nəzarəti icra edir; xüsusi təhlükəli xəstəliklərin yayılmasına epidemioloji nəzarət edir; iş yerlərinin attestasiyası komissiyasının işində iştirak edir;müvafiq zəruri hallar zamanı qatar heyəti tərəfindən, həmçinin tibb məntəqələrində sərnişinlərə ilkin tibbi yardımın göstərilməsi məsələlərini təşkil və təmin edir.

Bütün bu işləri həyata keçirmək üçün Yol Gigiyena və Epidemiologiya Mərkəzinə dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Amma bu vəsaitlər heç kimin xəbəri olmadan, gizlin keçirilən satınalmalar yolu ilə təyinatından kənar edilirmiş. Bunu Respublika Hesablama Palatasının məlumatları da təsdiq edir.

Azərbaycan Respublikası Hesablama Palatasının bir neçə il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətində və onun tabeliyində olan tibb müəssisələrində audit zamanı tibb müəssisələri tərəfindən satınalma prosedurlarının keçirildiyi və müqavilələr bağlanıldığı, malların (işlərin və xidmətlərin) satın alınması zamanı qanunvericilik aktlarının tələblərinə bəzi hallarda əməl edilmədiyi, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən olunmadan bəzi malların bazar qiymətindən baha alınması və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan satınalınan malların həcmi və vahidinin qiymətinin dəyişdirildiyindən əlavə xərclərə yol verilməsi barədə məlumatlar yaymışdı.

Aktualinfo.org-un apardığ araşdırmalr zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidməti satınalmalar zamanı qanunsuz əməllərini hələ də davam etdirdiyi bəlli oldu. Belə ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası tərəfindən illik satınalma planlarına uyğun nəzərdə tutlan kotirovka sorğularının keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalında elanlar verilsə də, satınalma prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədiyinə, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verildiyi məlum oldu.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:

Dəftərxana və təsərrüfat malları üzrə 17.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Sair torpaq,tikili və avadanlıqlar üzrə 15.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Laboratoriya tədqiqatları və müayinələri,dezinfeksiyaedici vəsaitlər üzrə 05.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Dəftərxana və təsərrüfat malları üzrə 01.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda 27 160 manat məbləğində satınalma müqaviləsi 20.04.2021-ci il tarixdə “FATEH-2019” MMC ilə bağlanmışdır.
Dezinfeksiyaedici vəsaitlər -yuyucu vasitələr və zərərli kimyəvi maddələr üzrə 15.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda 49 607.2 manat məbləğində satınalma müqaviləsi 18.03.2021-ci il tarixdə “EPİDBİOMED” MMC ilə bağlanmışdır.
Bundan əlavə Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası tərəfindən yumuşaq inventarlar, xüsusi geyimlər (4 ədəd) və yumuşaq inventarlar və xüsusi geyimlər (8 kq) üzrə 2021-ci ilin satınalma planlarına daxil etmiş, lakin bu malların satınalması üzrə kotirovka sorğusu elanı verilməmişdir. Yaxud da gizlin keçirilmiş və bu malların satınalmasına ayrılan vəsaitlər mənimsənilmişdir.
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda tərəfimizdən Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyasının 2020-ci il üzrə keçirdiyi kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verildiyi müəyyən edildi. Belə ki, yumuşaq inventar və xüsusi geyimlər üzrə 43 825.2, dəftərxana və təsərrüfat malları üzrə 25 689.25 manat, dеzinfеksiyaеdici vəsaitlər, müayinələr üçün dərman preparatları üzrə 48 954.19 manat, dеzinfеksiyaеdici vəsaitlər və məsrəfi mal-materialları üzrə 49 860.9 manat məbləğində satınalma müqavilələri bir MMC ilə imzalanmışdır. “EPİDBİOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 168 365 manat məbləğində müavilələr bağlanmışdır ki, burada bir MMC-nin ayrı-ayrı malların və xidmətlərin satınalmasi üzrə keçirilən kotirovka sorğularında iştirakına yol verilmişdir.
Dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası 2021-ci il üzrə nəzərdə tutlan malların və xidmətlərin satın alınmasını illik satınalma planlarına daxil etmiş, yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan vermiş, lakin keçirilmiş bir neçə kotirovka sorğuları üzrə müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları ictimaiyyətə açıqlamamaışdır. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Göründüyü kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq olan tender və kotirovkalarını gizli şəkildə keçirir. Qanunlar buna yol verməsə də, Mərkəzin Tender Komissiyası yol verir.

Bütün bu yuxarıda göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Mərkəzin Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Mərkəzdən redaksiyamıza bildirdilər ki, sorğuya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti cavab verəcək. Lakin bunun sorğuya cavab verilməyəcəyi anlamına gəldiyini dərhal hiss etdik. Odur ki, məlumatları araşdırılması üçün Respublika Hesablama Palatasına, Baş prokurorluq yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də ünvanladıq. Bu qurumlar yəqin ki, araşdırmalar aparacaqlar və nəticələrinin sədası hardansa gələcək.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36
Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru