Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gədəbəy Şəhər İnzibatı Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin elan etdiyi satınalma ləğv edilib.
Qlobal.az xəbər verir ki, ləğv edilən satınalma "Gədəbəy şəhəri, Mehdi Quliyev küçəsində yerləşən 16 mənzilli binada (bina 2) təmir işləri" lotu üzrə olub.
Satınalma nəzarət orqanının qərarı ilə ləğv edilib.
Qeyd edək ki, nəzarət orqanının qərarı ilə ötən gün Gədəbəy rayon icra Hakimiyyətinin keçirdiyi daha bir satınalma ləğv edilib.
Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur.