Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                 

"Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram..." - GİLEY
Tarix: 15-02-2022, 08:42 | Çap et
"Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram..."
Astaranın Kolatan kənd sakini Yaqut Cəfərova elefantiaz (fil xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyini deyir.

O, Meydan TV-yə bildirib ki, on dörd ildir ki, həm də şəkərli diabetlə mübarizə aparır.

Səhhətilə əlaqədar əllillik dərəcəsi almaq istəsə də, Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Oktay Əmənullayevin ona müxtəlif maneələr törətdiyini iddia edir: "Gözlərim görmür, mirvari suyu var. Fil xəstəliyi ilə əlaqədar çəkim gündən-günə artır. Ayaqlarımın arasından irin axır. Xəstəxanada isə buna imkan vermirlər”.

"Camaatın xəstəlik anketlərini oğurlayırlar ki, pensiya işi düzəlməsin. Mənim də anketimi guya itiriblər, illərlə toplanan xəstəlik kağızlarım yoxdur. Etiraz edirsən, baş həkim deyir ki, sənədləri vurmuram. Get, hara istəyirsən, şikayət et”, – o belə deyir.

Yaqut Cəfərova bildirir ki, səhhəti ilə əlaqədar işləyə bilmir. Hər ay müalicəsinə və iynə-dərmanına iki yüz manat pul xərcləyir: "Qardaşımla həyat yoldaşı vəfat edib. Onların dörd övladını zülm-müsibətlə böyütmüşəm. Həyətdə tərəvəz əkirəm, birtəhər dolanırıq. Bütün kənd bilir ki, Oktay Əmənulayev mənə qan uddurur. Xəstəxanaya gedirəm, məni necə əsəbləşdirirlərsə, şəkərim qalxır. Dilim qatlanır, qaşığı ağzıma salıb dilimi çıxarırlar. Bəs yaxşı, mən necə dolanım? Acından ölüm?”

Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Oktay Əmənullayev Meydan TV-yə deyib ki, Yaqut Cəfərovanın sənədləri qaydasında deyil: "Vətəndaşa xəstəxana tərəfindən heç bir maneə yaradılmır. Elefantiaz xəstəliyini təsdiq edən sənədlər olmalıdır. İxtisaslaşmış xəstəxanadan sənəd gətirməlidir. Ambulotar müayinə və stasionar müalicə keçməlidir, xəstəxanada yatmalıdır. Bunlar hamısı olduqdan sonra biz sənədlərini sistemə vura bilərik”.

Qusarın Kuzun kənd sakini Aydın Qırxlarov isə 2014-cü ildə keçirdiyi avtomobil qəzası nəticəsində qapalı kəllə-beyin travması alıb, koma vəziyyətinə düşüb.

Vətəndaş Meydan TV-yə deyir ki, 2002-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmət edib.

Keçirdiyi qəzadan sonra ərizə yazaraq işdən uzaqlaşıb: "Səhhətimlə əlaqədar mənə verilən sosial müavinət dayandırılıb. Özbaşınalıq edirlər, II qrup əlilliyi III qrupla əvəzləmək istəyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bir neçə dəfə olmuşam, şikayətimə baxılmayıb. Nazirlikdə mənə dedilər ki, Sahil Babayev pensiya alanların sayının azaldılması ilə bağlı göstəriş verib. Ona görə də qrupumu dəyişdirmək istəyirlər”.

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Aydın Qırxlarovun əlillik müddətinin uzadılması ilə bağlı tibb müəssisəsi tərəfindən "Əlillik” altsisteminə göndəriş daxil edilib.

Onun sözlərinə görə, şəxsin əlilliyi hərbi səbəblə əlaqədar olduğu üçün o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib: "Müayinə zamanı Aydın Qırxlarovun diaqnozu ilə bağlı ixtisaslaşmış həkim rəyi və müayinəsi olmadığı müəyyən edilib. Buna görə də o, müvafiq rəy və müayinə üçün göndərilib. Həmin sənədlər təqdim edildikdən sonra onun əlilliyi ilə bağlı yekun qərar veriləcək”.

Bakı sakini Tamara Əsədova şəkərli diabet xəstəliyindən əziyyət çəkir.

Meydan TV-yə dediyinə görə, diabet xəstəliyi ayaqlarında ciddi problem yaradıb.

İkinci qrup əlilliyə görə aldığı müavinətin vaxtı 2021-ci il mayında bitib.

1953-cü il təvəllüdlü qardaşı Rauf Nəsirova hemiparez (nevroloji sindrom) xəstəsidir.

Dediyinə görə, qardaşının bir ayaq və bir qolu işləmir, yataq xəstəsidir. Tamara Əsədova qardaşına qulluq etdiyi üçün xəstəxanaya yatıb, təkrar pensiya ala bilmir.

"Mənə deyirlər ki, xəstəxanada yatmalıyam. Mən xəstəxanada yatsam, evdəki xəstəmə kim baxacaq?”, – şikayətçi deyir.

Məsələ ilə bağlı Meydan TV-nin sorğusunu "DOST” Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin direktor müavini Teymur Hacıyev cavablandırıb.

Tamara Əsəsdovanın əlillik müddətinin 31.05.2021-ci il tarixində bitdiyini, vətəndaşın həmin vaxta qədər xəstəliyi ilə əlaqədar hər hansı bir ixtisaslaşmış müalicə müəssisəsində müalicə almadığını bildirib: "Vətəndaşın təqdim etdiyi sənədlərə əsasən, diaqnozuyla əlaqədar stasionar müalicənin, eyni zamanda müayinə və müalicə müddətinin yetərli olmaması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilib. Sağlamlıq vəziyyətinin dəqiqləşdirilməsi üçün Respublika Kardiologiya İnstitutunda müayinə və müalicə keçməsi məsləhət görülüb”.

Teymur Hacıyev həmçinin bildirib ki, mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məlumata əsasən, Rauf Nəsirova bacısı Tamara Nəsirova deyil, digər şəxs qulluq edir. Həmin şəxsə aylıq təqaüd ödənilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2021-ci ildə ümumilikdə əsassız və saxta pensiya işlərinin ləğv edilməsi nəticəsində təqribən 500 milyon manat məbləğində vəsaitə qənaət edildiyini bildirib.

Nazir 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edildiyini deyib.

Bu illər ərzində illərdə 7000-dən çox saxta əlillik təyinatı ləğv edilib.

Nazir həmçinin deyib ki, 2021-ci ildə bir nəfərin də əlilliyi nə kəsilib, nə də dayandırılıb.

Rəsmi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində 45 677 şəxsə əlillik təyin edilib.

Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru