“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                 

"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Tarix: Bu gün, 08:39 | Çap et
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir"
Ərəb ölkələrinə səfər edən ABŞ Prezidenti Donald Tramp çıxışı ilə yenidən diqqət mərkəzindədir. Birləşmiş Ərəb Əmirliklərində etdiyi çıxışında Ağ Ev rəhbəri ABŞ hakimiyyətinin digər dövlətlərin daxili işlərinə müdaxiləsini kəskin tənqid edib.

Tramp Co Bayden administrasiyasını Yaxın Şərqdə həyata keçirilən hərbi əməliyyatlara görə ittiham edərək, bu müdaxilələrin “dövlət quruculuğu” adı altında ölkələri dağıtdığını vurğulayıb. O, neokonservatorları, “dövlət qurucularını” və liberal QHT-ləri Kabildə və Bağdadda sabitlik yarada bilmədən trilyonlarla dollar xərclədiklərinə görə qınayıb.

Trampın fikrincə, Səudiyyə Ərəbistanı və BƏƏ-də əldə olunan uğurlar Qərbin müdaxilələri ilə deyil, bölgə xalqlarının öz səyləri nəticəsində mümkün olub.

Tramp çıxışında vəd edib ki, ABŞ bundan sonra bu yanlış siyasətdən əl çəkəcək. Onun sözlərinə görə, yeni kurs regional liderlərlə əməkdaşlıq, terrorizmlə mübarizə və qarşılıqlı iqtisadi maraqlara xidmət edəcək layihələrə fokuslanacaq.

Aydındır ki, Bayden-Blinken administrasiyası dövründə digər ölkələrin daxili işlərinə müdaxilə, təzyiq və şantaj siyasəti, USAİD və digər kanallar vasitəsilə “rəngli inqilablar” ABŞ-ın xarici siyasətində əsas prioritetlərdən biri olub. Bu siyasətin təsirlərini Azərbaycan da son illərdə açıq şəkildə hiss etdi. Halbuki Bakı xarici QHT və fondların daxili işlərə müdaxiləsinə qarşı mübarizəyə illər əvvəl başlamışdı. Xarici fondlar və QHT-lər “demokratiyaya dəstək” şüarı altında ölkədə süni gərginlik və qarışıqlıq yaratmağa çalışırdı. Lakin Azərbaycan bu müdaxilələrin qarşısını aldı və onların “əl-ayağını” yığışdırdı.

Bakı nümunəvi bir model təqdim etdi: Xarici təsirlərə qarşı sərt mübarizə və milli sabitliyin qorunması. Bu model o qədər effektiv oldu ki, Gürcüstan belə "Xarici agentlər haqqında" qanun vasitəsilə oxşar siyasəti tətbiq etməyə qərar verdi. Azərbaycanın göstərdiyi bu iradə, regionda xarici müdaxilələrə qarşı daha geniş bir dalğanın başlanğıcı kimi qiymətləndirilə bilər.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ABŞ-ın keçmiş administrasiyalarının hamısı daima özünü təzyiqə məruz qalmış digər xalqların “dostu” kimi qələmə verib. Onun sözlərinə görə, belə bir addım hələ 60-cı illərdə, USAİD-in yeni yaradıldığı vaxtlardan atılıb: “USAİD yardılmışdı ki, ABŞ siyasəti dünyada bərqərar olsun. Sonralar buna bənzər bir çox təşkilatlar ABŞ administrasiyasının razılığı ilə ölkələrin daxili işlərinə müdaxilə etməyə, inqilabları qidalandırmağa başladılar. 50-ci ilin əvvəllərində İranda hökumətin devrilməsində ABŞ birbaşa iştirak etmişdi. Faktiki olaraq bu ənənə Qərb və anqlosaks siyasətində həmişə olub. İndi isə Donald Tramp hər şeyi öz adı ilə çağırır. ABŞ doğrudan da güclü, hegemon dövlət olmaq istəyirsə, gücünü zəifliklərlə yox, layiqli addımlarla təsdiqləsin və nüfuzunu bərpa etsin. Yaxın Şərqdə ABŞ-ın nüfuzu axsaq bir vəziyyətdədir. Xüsusilə Co Baydenin dövründə ABŞ-a olan nifrət daha da artdı. Bu baxımdan Trampın Yaxın Şərq səfəri zamanı etirafları yerinə düşür. Bundan sonra gərək Amerika siyasətçiləri özləri-özlərini islah etsinlər. Trampın prezidentlik dönəmində bu ənənə oturuşacaqsa, sonra onun yerinə başqa adam hakimiyyətə gələndə köhnə hamam, köhnə tas edəcəksə, əlbəttə, bunun mənası olmayacaq. Dünya böyük bir yorğunluq hissinə qapılıb və arxaik yanaşmalardan bezib”.

Politoloq deyir ki, insanlara daha şəffaf və sağlam ruhda olan siyasət lazımdır: "USAİD göstərdi ki, pulsuz pendir siçan tələsində olur. Əgər hansısa bir dövlət bu təşkilata bel bağlayırdısa, bir qədər sonra ondan asılı olurdu. Məqsəd isə ölkələrdə çevriliş etmək, öz adamlarını hakimiyyətə gətirmək idi. Bir çox ölkələrdə buna nail oldular. Lakin Azərbaycan dövlətinin ayıq-sayıqlığı belə bir prosesin ölkəmizdə də baş tutmasına imkan vermədi. Bunun təzahürlərini Ukraynada, Gürcüstanda, Moldovada gördük. Xaos onlara imkan verir ki, istədikləri məqamda ölkələrin daxili işlərinə qarışa bilsinlər. Hökumət rəsmilərinə nə etməli olduqları ilə bağlı təlimat verirdilər. Çalışırdılar ki, bu ölkələrdə düşünən beyinlər fəaliyyət göstərməsin. Təbii ki, Azərbaycan buna etiraz edirdi və bildirirdi ki, bizə heç kim təlimat verə bilməz. Onlara başa salındı ki, Azərbaycan hansı prosesdə nəyi etməli olduğunu özü bilir, dəstəyiniz lazım deyil. Bizim üstünlüyümüz onda idi ki, dövlət başçısı xalqla dialoq apardı və nələrin baş verdiyini anlatdı. Niyə bir qrup adam qəfildən Fəvvarələr meydanında peyda olurdu və plakatlar qaldırırdı? Şüarlar səsləndirən bu adamlar kimlər idi? Onlar xarici institutların maliyyələşdirdiyi adamlar idi. Belə institutlar insanları təsir altına salıb, meydana buraxırdılar.

Bizim o boyda Qarabağ dərdimiz var idi, lakin onun haqqında heç kim danışmırdı. Çağırışlar edirdik, dünyaya səslənirdik, lakin onlardan səs çıxmırdı. Əvəzində Azərbaycanda inqilab məfkurəsi adı altında LGBT, transgenderlər, həmcins evliliklərdən söz açırdılar. Bu, kimə lazım idi? Ona görə də qətiyyətlə belə qızışdırıcılığın qarşısını aldıq".

Politoloq Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, ABŞ tərəfindən Azərbaycanda birbaşa hakimiyyət dəyişikliyinə cəhdlər olmasa da, kobud şəkildə siyasi müdaxilələr edilib: “Azərbaycandakı siyasi partiyalar, QHT-lər, müstəqil siyasətçilərlə bağlı ayrıca proqram hazırlanmışdı. Azərbaycan hakimiyyəti isə bunun qarşısını almaq üçün vaxtında tədbirlər gördü. Xarici təsirləri kənarlaşdırdı. Doğrudur, Azərbaycanda Gürcüstandakı kimi xüsusi qanun qəbul olunmadı, amma xaricdən maliyyələşmə məsələlərini önlədi. İndiki dövrdə ABŞ rəsmilərinin bunu etiraf etməsi müəyyən əhəmiyyətə malikdir. Doğrudur, siyasət dəyişməyib. Əvvəllər ayrı-ayrı ölkələrdə maliyyə xərcləyib qızışdırıcılıq, çevriliş edirdilərsə, indi başqa üsulla ABŞ öz təsir dairəsini genişləndirir. Ukrayna sərvətlərinin istismarı ilə bağlı müqavilə bağlanmasını buna nümunə göstərə bilərəm. Suriyaya sanksiyaların azaldılması müqabilində sərvətlərindən istifadə ilə bağlı müqaviləni də demək olar. Yəni ABŞ bir az yönümünü dəyişib. Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Bu gün, 17:56
3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru