“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                     Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... .....                     Beyləqanda Şəhid ailəsinin iztirabları... .....                     İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? .....                     "ABB-də bundan da biabırçı hallar var imiş..." .....                     İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... .....                     Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? .....                     Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar .....                     “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər” .....                     Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi .....                     DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? .....                     Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA .....                     "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." .....                     Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı .....                     Daşaltı əməliyyatından 33 il ötür .....                     Metroda SÜNİ QİYMƏT ARTIMI: .....                     “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” .....                     "Musa küsəyəndir, çantası da qapının ağzındadır" .....                     Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək .....                     AZAL-ın sabiq prezidenti yeni məqamları açdı .....                     Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır .....                     “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” .....                     Çin İrəvana "sarı işıq" yandırıb .....                     Vasif Xatirədən incidiyini etiraf etdi .....                     Əli Əhmədov HƏBS OLUNDU .....                     Qonşularımız pisdir, AMMA... .....                     1 milyonluq dələduzluqdan bəraət almışdı .....                     Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... .....                     Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb .....                     USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı .....                     Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş .....                     İran ÖZÜNƏ YIĞIŞMADI .....                 

"Mən bir gün işləməsəm, hamı pis günə qalır..." - Göyçayda bir ailənin FACİƏLİ DURUMU
Tarix: 31-07-2021, 09:25 | Çap et
"Mən bir gün işləməsəm, hamı pis günə qalır..."
Göyçayın Bığır kəndində yaşayan İbrahimovlar ailəsinin 5 üzvündən ikisinin əlillik dərəcəsi var. Üç uşaq atası Kamil İbrahimov sağlamlığında problem olduğundan, işləyə bilmir. Ailədəki yeganə oğlan övladı isə hidrosefaliya (hərfi tərcüməsi “beyində su”) xəstəliyindən əziyyət çəkir.

“Demişik, gəlib işıq çəkmirlər”

Kamil İbrahimov özünü sərbəst ifadə etməyə çətinlik çəkir. Köməyə ikinci qrup əlilin qardaşı Tural İbrahimov çatır. 27 yaşlı kənd sakini deyir ki, qardaşının ailəsi böyük çətinliklərlə üz-üzə qalır:

“Uşağın beyninə su yığılır. Özünün vəziyyəti də göz qabağındadı. Uşağa 150 manat pensiya verirlər, bu, heç müalicə pulu eləmir. Kamil özü də 130 manat alır. Bununla ailə dolanmaz. Mən valideynlərimlə yaşayıram. Əvvəl bizimlə qalırdılar. Atamın səhhətindəki problemlər artandan sonra oradan köçdülər. Onun tamamilə sakitliyə ehtiyacı vardı. Qardaşımgil bundan sonra qaraltdığımız komaya getdi. Amma yeməyi bizdə yeyirlər. Sonra evlərinə gedirlər”.

"Mən bir gün işləməsəm, hamı pis günə qalır..."

O, qardaşına ev tikməyə kömək edib. Ancaq burada lazımi şərait yoxdur.

“Evi əlimizə pul düşdükcə, yavaş-yavaş tikmişik. Şəraitsizlikdi. Su yoxdur. İçməli suyu vedrə ilə daşıyırlar. Halbuki imkan olsa, 150-200 metrdən su çəkmək mümkündür. Evə işıq çəkilməyib. Qaranlıqda yaşayırlar. İşıq idarəsinə demişik, gəlib çəkmirlər. Torpaq özümüzündü, o vaxt bələdiyyədən tikinti üçün icazə almışdıq. Qaz da çəkilsə, pis olmaz. Çünki qabaqdan qış gəlir. Qışı belə vəziyyətdə keçirmək çətin olacaq”.

“Uşaq ayaqüstə güclə dayanır”

İbrahimovlar ailəsi xəstə uşağı müalicə etməyə də böyük güc sərf edib. Tural İbrahimov deyir ki, bunun üçün keçən il bankdan kredit götürüblər:

“3 min manat verdilər. Uşağı müalicəyə apardıq. Amma bu il imkan olmadı. Mütəmadi müalicə görmür deyə, uşaq yaman günə qalır. İnkişaf getmir. Danışır, amma düz-əməlli yeriyə bilmir. Sanki bu dəqiqə yıxılacaq. Ayaqüstə güclə dayanır”.

Tural İbrahimov krediti özü ödədiyini deyir. Bunun üçün günəmuzd fəhlə işləmək lazım gəlir.

“Ayda 146 manat kredit ödəyirəm. 5 manata, 10 manata – neçəyə oldu işləyirəm. Təki pul versinlər, krediti ödəyə bilim. Atamda böyrək çatışmazlığı var. İnkişaf yoxdu, sıradan çıxır. Mən bir gün işləməsəm, hamı pis günə qalır. Yaş ötür. Yaxın gələcəkdə evlənməyim isə mümkünsüz görünür. Çünki yaxınlarımın problemlərini həll eləməyə çalışıram. Bilmirəm bankın kreditini ödəyim, atamın dərmanlarının pulunu qazanım, yoxsa qardaşımgilə əl tutum…”

"Mən bir gün işləməsəm, hamı pis günə qalır..."

“Evi əlimizə pul düşdükcə, yavaş-yavaş tikmişik”

“Aptekdən dərmanı nisyə götürürük”

Bığır kənd sakini başqa çətinliklərdən də danışır. Atasını həftədə üç dəfə Ağdaşa dializ üçün aparır. Xeyli pul xərcləyir. Bu isə işləməyinə mane olur:

“Düzdü, heç hər gün iş də tapılmır. Amma mən mütləq işləməliyəm. Valideynlərim pensiya alır. Onun da bir hissəsini qardaşımın ailəsinə sərf eləyirlər. Kamilgil çox ağır vəziyyətdə yaşayır. Böyük qızı üçüncü sinfə keçib. İmkan olmadığından, dərslərə mütəmadi gedə bilmirdi. Bunun paltarı, çantası var. Məktəb də uzaqdadı. Kamilin evindən ora 3 kilometr məsafədi. Mən maşınla həftədə uzağı iki dəfə apara bilirəm. Vaxt olmur. Atamın müalicəsi ilə məşğul oluram”.

Tural İbrahimov xatırlayır ki, bir dəfə qardaşının ailəsinə baş çəkən olub. Ərzaq, paltar gətiriblər:

“Üç-beş günə qurtardı o ərzaq. Sosial yardım versələr, çox yaxşı olardı. Üç uşağı böyütmək olmur. Evə daimi pul gəlməlidir. Kart açdırmışıq. Bəlkə imkanı olanlar kömək eləyə”.

Hər ayın sonu Tural üçün lap ağır keçir. Çünki Göyçaydakı bir aptekdən dərmanları nisyə götürürlər. Aptek sahibi ayın sonuna qədər vaxt qoyur. Yenə 170 manat borc yığılıb…

İcra nümayəndəsi nə deyir?

Göyçay rayonunun Bığır kənd icra nümayəndəsi Elgünəş Qurbanov Meydan TV-yə bildirib ki, İbrahimovlar ailəsinin durumundan xəbərdardır və imkan olduqca da, bu ailəyə yardım göstərməyə çalışır:

“Evdəki çatışmazlıqlar da bir neçə aya, yavaş-yavaş düzələcək. İcra hakimiyyəti bu cür ağır vəziyyətdə olan ailələri unutmur, əlindən gələn yardımı edir. Bayramlarda sovqat çatdırırıq, ərzaq yardımı olunur. İmkan nəyə çatırsa, dəqiqliyilə hamısı yerinə yetirilir”.

Meydan TV











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19
"Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10
Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07
Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04
Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00
“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46
"Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37
AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23
“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20
Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18
Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16
Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10
Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00
USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09
Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06
İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21
Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05
Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29
Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27
“Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26
"Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru