Şahin Bağırovun TAM FİASKOSU... .....                     Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? .....                     İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir .....                     “Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” .....                     “Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” .....                     Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     “İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” .....                     Cavan olmam bir də mən... .....                     Ermənistan silahlı münaqişə ilə üzləşə bilər .....                     Makronun Bakıya qarşı oyunu pozuldu: .....                     Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq .....                     Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu .....                     Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var .....                     Daha bir vətəndaş “TikTok”da aldandı: .....                     Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı .....                     Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? .....                     İşğaldakı 3 kənd Azərbaycana qaytarılır .....                     Neft ölkələri üçün SOS! .....                     Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu .....                     Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: .....                     Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək .....                     Hökumənin həyat yoldaşı kompensasiyadan .....                     "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, .....                     Paşinyan separatçıları ona görə müdafiə etmir ki... .....                     "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" .....                     Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib .....                     Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA .....                     Ermənistanın ikibaşlı oyunu: .....                     “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, .....                     AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib .....                     Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: .....                     Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? .....                     Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış .....                     “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu .....                     Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: .....                     “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib .....                     Nazirlik Salyan rayonunda 103 minə .....                     Üzeyirin 3 övladı var imiş .....                     Kukla teatrına müdir düzəldən rəis .....                 

''Sobsan'dakı yanğın mənə 100 minlik ziyan vurdu' - NARAZILIQ!
Tarix: 2-07-2021, 09:57 | Çap et
''Sobsan'dakı yanğın mənə 100 minlik ziyan vurdu'
"Sobsan" boya fabrikində bir il öncə baş vermiş yanğın vaxtı qonşuluqdakı Məhyəddin Alməmmədovun evinə də külli miqdarda ziyan dəyib. Evin özündən tutmuş, əşyalara, həyətdəki ağaclara qədər xeyli daşınar və daşınmaz əmlak yanıb. Onun sözlərinə görə, dəymiş ziyan hələ də qarşılanmayıb. Amma Alməmmədov hazırda daha çox istintaqdan və ekspertizadan narazıdır. Deyir ki, səlahiyyətli orqanlar üzərilərinə düşən vəzifəni yerinə yetirmirlər.

Yanğın 2020-ci il iyulun 4-də baş verib. Faktla bağlı cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırmalar aparılıb. Dekabrda iş üzrə icraata xitam verilib. Bundan narazı qalan Alməmmədov qərarın ləğvindən ötrü məhkəməyə üz tutub: ""Sobsan"dakı yanğın mənə 100 minlik ziyan vurdu. Amma məni aldatdılar, dedilər şikayət eləmə, sənə dəymiş ziyan tam ödəniləcək. Ziyanı dəfələrlə az göstərdilər. Hətta ağacların sayını belə azaltdılar, 26 ağacın əvəzinə 14 ağacın məhv olduğunu yazıblar. Ev, içindəki əşyaların hamısı məhv olub, onları nəzərə almırlar".

Bu ilin mayında Nərimanov rayon Məhkəməsi Alməmmədovun şikayətinə baxıb. O, məhkəməyə Mərkəzı Bank yanında sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş şəxslərin hazırladığı rəyi təqdim edib. Həmin rəyə əsasən, Alməmmədova daşınar əmlak üzrə 67 min 747 manat, daşınmaz əmlak üzrə 29 min 950 manat (cəmi 97 min 697 manat) ziyan dəyib.

O, şikayətində xitam qərarının ləğvini, təkrar ekspertizanın keçirilməsini istəyib.

Məhkəmədə dindirilən müstəntiq Camaləddin İdrisov xitam qərarının əsaslı olduğunu bildirib. O, əlavə edib ki, Alməmmədova 23 min 227 manat ödənilib.

Hakim Tural Ələkbərov müstəntiqlə razılaşmayıb və xitam qərarını ləğv edib.

"Göründüyü kimi, Məhyəddin Alməmmədovun əmlakına dəyən ziyanla bağlı iddia etdiyi məbləğlə ekspert rəyində müəyyən olunan məbləğlər arasında fərq var. Məhyəddin Alməmmədovun həmin ekspert rəyi ilə razı olmaması, həmçinin onun sağlamlığına ziyan dəyməsi kimi amillərə qiymət verilməyib, bu istiqamətdə hərəkətsizlik göstərilib", - hakim qərarında belə yazıb.

Alməmmədov AzadlıqRadiosuna danışır ki, məhkəmə qərarının çıxarılmasından ay yarımdan çox vaxt keçib, hələ də ekspertlər hadisə yerinə baxış keçirməyib. Onun sözlərinə görə, dəfələrlə Ekspertiza Mərkəzinə gedib, amma kimsə onu qəbul etmir: "Deyirlər ki, rəisi işdən çıxarıblar, müavin də yerində yoxdur. Ekspertlərin sayı azdır, hadisə yerinə gəlməyə işçi yoxdur. Qərarın icrası yubanır. Ödəniş olunmadığına görə mən də yanan evimi təmir eləyə bilmirəm. Halbuki, ekspertiza ilə bağlı qərar bir ay ərzində icra olunmalıydı".

Ədliyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, vətəndaş onun narazılığına səbəb olan problemlə əlaqədar nazirliyin "Qaynar Xətt"inə müraciət etsə, məsələ mütləq araşdırılıb ona cavab veriləcək.

"Sobsan"dan isə bildirilib ki, yanğınla əlaqədar bütün halları səlahiyyətli orqanlar obyektiv araşdırıb: "Səlahiyyətli orqanların yerinə nə bizim, nə də digərlərinin hansısa halları müəyyən etmək, qərar vermək səlahiyyətimiz var".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Bağırovun TAM FİASKOSU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 03:32
Trampın yeni sanksiya təhdidinə laqeyd görünən Kreml narahat olmalıdırmı? - GƏLİŞMƏ
Bu gün, 03:19
İrəvanın KTMT oyunu: həm çıxmaq istəyir, həm risk etmir - Görünəni odur ki...
Bu gün, 03:12
“Bayden Azərbaycana qarşı hər zaman qərəz nümayiş etdirdi” - deputat
Bu gün, 03:10
“Əsəbi vaxtıma düşəndə efirdən baxıb onları söyürəm də...” - Ofeliya Sənani
Bu gün, 03:05
Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır - Trampın nümayəndəsi
Bu gün, 00:27
Əfv və ya amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 00:02
“İran ABŞ-dən mütəxəssislərin Ermənistana gələcəyindən narahat deyil” - Ovhannisyan
Dünən, 23:33
Cavan olmam bir də mən... - VİDEO
Dünən, 23:29
Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Dünən, 21:00
Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Dünən, 20:56
Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Dünən, 20:46
Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 20:40
Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Dünən, 19:39
Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Dünən, 19:28
Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Dünən, 19:15
Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Dünən, 19:07
İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Dünən, 19:02
Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Dünən, 19:00
Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Dünən, 18:58
Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Dünən, 18:35
Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Dünən, 18:29
Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Dünən, 18:26
"Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Dünən, 18:24
Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Dünən, 18:12
"Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Dünən, 18:07
Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Dünən, 17:58
Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Dünən, 17:53
Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Dünən, 17:41
“İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Dünən, 17:39
AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Dünən, 17:27
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Dünən, 17:22
Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:19
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Dünən, 17:09
“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Dünən, 17:08
Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Dünən, 17:04
“Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Dünən, 16:58
Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Dünən, 16:48
Üzeyirin 3 övladı var imiş
Dünən, 16:45
Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Dünən, 16:43
“Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Dünən, 16:39
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Dünən, 16:35
Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Dünən, 16:32
"Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Dünən, 16:25
Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Dünən, 16:23
Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Dünən, 16:00
ETSN təftiş olundu VƏ... - DETALLAR
Dünən, 15:55
Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Dünən, 15:44
OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Dünən, 14:15
Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru