Çiçəyi burnunda olan nazirin kövrək özünüməşğulluq siyasəti... - İlk addımdaca büdrədi...
Tarix: 6-02-2019, 08:46 | Çap et
Ötən ilin aprelində keçirilən prezident seçkilərindən sonra hökumət komandasında edilən dəyişikliklər ictimaiyyət arasında xeyli razılıqla qarşılandı. Vəzifəyə təyin olunan yeni məmurların gənc olması onların fəaliyyətində əvvəlki nöqsanların təkrarlamayacağına böyük ümidlər yaratdı.
Belə gənc nazirlərdən biri də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
O, vəzifəyə təyin olunandan sonra nazirlik strukturlarında korrupsiya və qanunsuzluq ehtimalı yüksək olan sahələrdə islahatlara başladı. Xüsusilə əlilliyin təyinatı, pensiya təyinatı, məşğulluq orqanlarının fəaliyyəti ilə bağlı araşdırmalar aparıldı, xeyli sayda məmur vəzifəsindən alındı. S.Babayev eyni zamanda nazirliyin təqdim etdiyi xidmətlərin elektronlaşdırılması istiqamətində ciddi addımlar atmağa başladı.
Yeni nazirin diqqət yetirdiyi sahələrdən biri də özünəməşğulluq proqramın icrası idi. Bu proqram prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamın icrası məqsədilə tətbiq olunur. Özünənəşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrı-seçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiri kimi qiymətləndirilir. Dünyanın bir çox ölkələrində uğurla tətbiq olunan bu tədbirin həyata keçirilməsi sosial ədalət prinsipinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, özünəməşğulluq proqramına həssas hesab olunan əhali qrupu - gənclər, övladlarını tək böyüdən valideynlər, pensiya yaşına az qalmış insanlar və sair cəlb olunur. Bu baxımdan, Azərbaycanda həyata keçirilən özünəməşğulluq proqramını bu kateqoriyadan olan insanların aktiv şəkildə sosial müdafiəsini təmin etmək üçün dövlətin atdığı addım hesab etmək olar. Özünəməşğulluğun digər amili iqtisadi faktordur ki, bununla biznes potensialı olan, özünün kiçik sahibkarlığını təşkil etmək istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Bu da həmin şəxsin gələcəkdə sosial müdafiəsinin təmin olunmasına zəmanət yaradır.
Prezidentin sərəncamını icra etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mexanizm formalaşdırılıb. Belə ki, nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur, biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb edilirlər. Nazirlikdən verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilir.
2018-ci il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri özü məlumat verib. O bildirib ki, 2018-ci ildə bu istiqamətdə nazirliyə 7800 vətəndaş müraciəti qəbul olunub: “Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Artıq 5500 nəfər aktivlərini alıblar”.
S.Babayevin sözlərinə görə, özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır: “Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Burda da bizim ciddi potensialımız var. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafelər açmaq, iaşə xidmətləri göstərmək istəyənlər də olur. Eyni zamanda müxtəlif oyma, sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var. Bu il proqramın daha da genişləndirilməsi nəzərdə tutulur”.
Bütün mərhələlərdən ən ağırı olan aktivlərlə təminat sahəsində S.Babayev ciddi problemlərlə üzləşib. Belə ki, ötən ilin oktyabrından etibarən nazirliyin aktivlərlə təminata cəlb etdiyi özəl şirkətlərin fəaliyyətindən ciddi narazılıqlar yaranıb. Ölkənin bir çox rayonlarından olan narazı vətəndaşlar mətbuata, sosial şəbəkələr vasitəsilə ictimaiyyətə müraciət edərək verilən mal-qaranın, xırdabuynuzlu heyvanların qoca, arıq və xəstə olmasından şikayətləniblər. Bu yaxınlarda isə məlum olub ki, şikayətlər əsasında yoxlamalar aparılarkən bir çox hallarda vətəndaşların haqlı olduqları üzə çıxıb. Belə ki, iki gün əvvəl Real.TV-yə danışan S.Babayev bildirib ki, ötən ilin noyabr-dekabr ayları ərzində 29 min baş heyvan vətəndaşlara paylanıb: “Bu böyük rəqəmdir. Bizə bu günədək gələn bütün şikayətləri araşdırırıq. 119 hal üzrə şikayətçinin haqlı olduğu qənaətinə gəlinib və verilən heyvanlar yeniləri ilə əvəz olunub. Bu, ümumi verilən heyvanların 0,4 faizi edir. Bu 0,4 faizə görə proqrama kölgə salmağa çalışmaq məsuliyyətsiz yanaşmadır”. Nazirin dediyinə görə, bəzən vətəndaş heyvana 2 ay yaxşı baxmır, yaxud satır: “Sonra başlayır ki, mənə yaxşı heyvan verilməyib. Biz bütün bu halları araşdırırıq, rüblük monitorinqlər həyata keçirilir. İlin sonunda monitorinqlərin nəticəsi əsasında yekun qiymətləndirmə aparılacaq”. S.Babayev onu da bildirib ki, ötən il proqram çərçivəsində 5 min kiçik müəssisə yaradılıb, bu il 7-8 min belə müəssisə yaradılacaq: “Ötən il 1200 vətəndaş istehsal və emal sektoruna müraciət edib. Hazırda onlara aktivlərin verilməsi prosesi gedir”.
Qeyd edək ki, ƏƏSMN ötən ilin avqustunda “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumunu proqram çərçivəsində aktivlərin alınaraq vətəndaşlara çatdırılması üçün podratçı seçib. Bu MMC-lər 2018-ci ilin iyulunda yaradılıb və həmin ilin avqustunda ƏƏSMN MMC-ləri podratçı olaraq seçib. Görünür, yeni yaradılan şirkətlərin təcrübəsizliyi, yaxud başqa maraqları ucbatından əhalinin, elə ölkə rəhbərliyinin də yüksək həssaslıqla yanaşdığı bir prosesə qismən kölgə salınıb. Bu kölgə həm də yeni nazirin fəaliyyətinə, imicinə zərbə kimi qiymətləndirilə bilər.
S.Babayev əsaslı olan şikayətlərin sayının az olduğunu bildirir, lakin nəzərə almaq lazımdır ki, araşdırılan müxtəlif vasitələrlə ictimailəşdirilən şikayətlərdir. Rayonlarda yüzlərlə vətəndaşın şikayətini ictimailəşdirmək imkanı yoxdur. Digər tərəfdən, nazir deyir ki, vətəndaş aparıb heyvana yaxşı baxmır, təcrübəsi olmur və sair. Bu halda sual yaranır ki, heyvana baxmaq təcrübəsi olmayan şəxs proqrama necə seçilib? Yaxud ona 2 aylıq təlim zamanı nə öyrədilib? Bu kimi sualların yaranması o deməkdir ki, proses ciddi ictimai nəzarət altına alınmalıdır. Mümkündür ki, podratçı şirkətlər, yaxud başqa qüvvələr əhalinin həssas təbəqəsinə ünvanlanmış proqrama qəsdən xələl gətirirlər. Bunun birbaşa S.Babayevə qarşı yönəlmiş bir addım olmasını iddia edənlər də kifayət qədərdir.
Bütün bunlara görə, S.Babayev ən azı bundan sonra proqramın və ən əsası da özünün imicinə düşən kölgəni ortadan qaldırmaq üçün ictimaiyyət nümayəndələrinin proqramın icra prosesinə nəzarətini təşkil etməlidir. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
|