Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: .....                     Bakıda ŞOK: ata 3 il övladını zorladı .....                     BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                     Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib .....                     "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" .....                     Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı .....                     “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? .....                     Bakıda məşhur iş adamı həbs olundu .....                     “MTN işi” üzrə zərərçəkənlər etiraz edir .....                     Diqqət sərhəddə: .....                     Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə .....                     Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: .....                     Azərbaycan ÜST-dən çıxacaq? .....                     Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır .....                     Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... .....                     Hərbçimiz vəfat etdi .....                     Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata .....                     “Çinar Park” icarə haqqını 19% qaldırdı .....                     “Sən kimsən? Mən mikrorayon uşağıyam” .....                     Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq .....                     Fəlakətli zəlzələ xəbərdarlığı: .....                     Bakıda 3 000 manat maaşa VAKANSİYA .....                     "Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" .....                     "Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" .....                     Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? .....                     “Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? .....                     19 İLİN “XƏSİS NAZİRİ”... .....                     İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, .....                     Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? .....                     “Ağdamda niyə narla foto çəkdirdin” sualına .....                     "Buna daha dözümüm qalmayıb" .....                     İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı .....                     “Lazım gəlsə, pasportumu da göstərərəm” .....                     Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb? .....                     Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib .....                     Cənub-şərq küləyi əsəcək .....                     Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb .....                     Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının .....                     Yumurta bahalaşacaq? .....                     Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır .....                 

Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... - İDDİA
Tarix: 20-06-2018, 13:59 | Çap et
Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir...
Az qala hər gün hüquq-mühafizə orqanlarının əməkdaşlarının həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən, əsasən internet şəbəkəsi vasitəsi ilə onlayn şəkildə təşkil olunan qumarxana, totalizator, qanunsuz pul uduşu oyunları keçirilən obyektlərin və əyləncə yerlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərinə dair məlumatlarla rastlaşırıq. Lakin buna baxmayaraq, hələ də qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu qəbildən oyunların keçirildiyi obyektlərin fəaliyyətinə tam şəkildə son qoymaq mümkün olmayıb. Belə ki, son zamanlar redaksiyamıza ölkənin müxtəlif şəhər və rayonlarında qanunsuz kazinoların sayının getdikcə artdığına dair informasiyalar gəlməkdədir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, qanunsuz qumarxanalar əsasən Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Buna misal olaraq Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekti göstərə bilərik. Bununla əlaqədar verilən məlumata görə, sözügedən obyekt artıq bir müddətdir ki, qanunsuz qumarxana, daha dəqiq desək, kazino kimi fəaliyyətdədir. Halbuki məhrum prezident Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb. Görünən odur ki, hansısa işbazlar Heydər Əliyevin sərəncamına əhəmiyyət vermədən qanunsuz qumarxana biznesinin çiçəklənməsinə və bu yolla milyonlarla vəsaitə sahiblənməyə çalışır.

Məsələnin maraqlı tərəfi ondadır ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı obyekt qanunsuz qumarxana kimi fəaliyyət göstərsə də, nə 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov, nə də Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov adıçəkilən obyektdə olub-bitənlərə əhəmiyyət verir. Heç kimə sirr deyil ki, qumarxana, kazino, qanunsuz totalizator və mərc oyunlarının keçirildiyi məkanlarda gün ərzində külli miqdarda vəsait dövriyyədə olur. Yəni orta hesabla götürsək, bu tip obyektlərə baş çəkən insanlar hər gün azı 30-40 min manat uduzur ki, həmin pullar da məhz məkan sahibinin şəxsi büdcəsinə daxil olur. Bir sözlə, qanunsuz qumarxana işlədənlər əldə etdikləri gəlirdən dövlətə bir qəpik belə olsun vergi ödəmirlər. Odur ki, Gəncə şəhərində yerləşən 12 saylı Ərazi Vergilər Departamentinin baş direktoru Şahin Eyyubov bu cür önəmli məsələyə xüsusi diqqət ayırmalı, həmin obyektlərin fəaliyyətinə son verilməsi məqsədiylə Gəncə Şəhər Baş Polis İdarəsi ilə birgə müvafiq tədbirlərə baş vurmalıdır. Lakin nədənsə həm Şahin Eyyubov, həm də Faiq Şabanov sözügedən qumarxanada yaşanan olayları görməzdən gəlir. Məhz bu faktın özü həmin qanunsuz kazinonun arxasında yüksək rütbəli şəxslərdən birinin dayandığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman 12 saylı Ərazi Vergilər Departamenti, o cümlədən Gəncə Şəhər Baş Polis İdarəsi barəsində danışılan qumarxana və onun sahibləri barəsində müvafiq ölçü götürərdilər. Çünki qanunverciliklə bu əməllər cinayət tərkibli hesab edilir və Cinayət Məcəlləsinin 244-1 (qumarxana təşkil etmə və ya saxlama) maddəsi ilə tənzimlənir. Belə ki, qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə – üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu arada, 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorundan söz düşmüşkən, qeyd etməliyik ki, hazırda Gəncə şəhərində fəaliyyət göstərən, 9000 kvadratmetrlik qapalı sahəsi, 4500 kvadratmetrlik icarə sahəsi olan "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi Şahin Eyyubovun yaxın qohumudur. Belə ki, "Aura Park" ticarət mərkəzinin sahibinin 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun əmisi oğlu olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də adıçəkilən obyektdə nəzarət-kassa aparatları quraşdırılmayıb. Kassa aparatlarının quraşdırılmaması isə alış-veriş zamanı vergidən yayınma hallarına səbəb olur. Halbuki Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Həmin məcəllənin 58.7-ci maddəsində isə deyilir ki, əsasən, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən, vergi orqanlarında qeydiyyatdan keçirilməyən və ya texniki tələblərə cavab verməyən cihazlardan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim olunmalı çekin verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 4000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Görünür, "Aura Park" alış-veriş və əyləncə mərkəzinin sahibi 12 saylı Ərazi Vergilər Departamentinin baş direktorunun yaxın qohumu olduğundan adıçəkilən obyektdə nəzarət-kassa aparatlarının quraşdırılmamasına göz yumulur...

Onu da nəzərinizə çatdıraq ki, Gəncə şəhəri, Heydər Əliyev prospektindəki 9 mərtəbənin altındakı qanunsuz kazino fəaliyyətə başladığı gündən yerli sakinlərin problemləri birə-beş çoxalıb. Belə ki, sözügedən obyektdə milli-mənəvi dəyərlərimizə zidd olan qumarın təşkil olunması son nəticədə Gəncə şəhərində cinayət hadisələrinin sayının nəzərəçarpacaq dərəcədə artmasına, qumar borcu olan insanların çıxış yolu kimi qarətə və ya intihara meyllənmələrinə səbəb olub. Məhz elə bu səbəbdən də Gəncə şəhərindəki sözügedən kazino daxil olmaqla, ölkədəki bütün qanunsuz qumarxanalar bağlanmalı, onların sahibləri isə qanuna müvafiq formada cəzalandırılmalıdır.

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Hürriyyət"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Bu gün, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Bu gün, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Bu gün, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Bu gün, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Bu gün, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Bu gün, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Bu gün, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Bu gün, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Bu gün, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Bu gün, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Bu gün, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Bu gün, 15:16
Nizami Gəncəvinin Gürcüstandakı barelyefi: Abidə baxımsızlıqdan dağılır - FOTO
Bu gün, 15:13
Ermənistan əgər Azərbaycanın nəzarətini istəmirsə... - öz ərazisində yol çəkə bilər
Bu gün, 15:11
Hərbçimiz vəfat etdi - FOTO
Bu gün, 15:08
Səhiyyə Nazirliyi daşınmaz əmlakını 114 min manata “Qala Sığorta”ya sığortaladacaq
Bu gün, 15:06
“Çinar Park” icarə haqqını 19% qaldırdı – Nazirlik bu dəfə 1,6 milyon ödəyəcək
Bu gün, 15:04
“Sən kimsən? Mən mikrorayon uşağıyam” – Bakıda qətl törədən yeniyetmələrin CİNAYƏT İŞİ
Bu gün, 14:59
Kürd məsələsi Türkiyə ilə ABŞ arasında böhran yaradacaq - “Regnum”
Bu gün, 14:00
Fəlakətli zəlzələ xəbərdarlığı: - Yüz minlərə insan öləcək
Bu gün, 13:58
Bakıda 3 000 manat maaşa VAKANSİYA - FOTOFAKT
Bu gün, 13:19
"Əli Kərimli də, Avropada oturan "bloqerlər" - vətən xainləri də İmişli hadisəsinə fikir bildirirlər" - Siyavuş Novruzov
Bu gün, 13:17
"Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik" - İlham Əliyevdən Trampa İSMARIC
Bu gün, 13:15
Azərbaycanda ət niyə dünya bazarındakı qiymətlərdən xeyli bahadır? - 3,7 MANATA İDXAL OLUNUR, 16 MANATA SATILIR ...
Bu gün, 13:12
“Zərdabi LTD” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:10
19 İLİN “XƏSİS NAZİRİ”... – Azərbaycanın ən uzunömürlü maliyyə naziri nə ilə yadda qaldı?
Bu gün, 13:06
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti pisləşib, reanimasiyaya yerləşdirilib
Bu gün, 13:03
Telefon zəngləri ilə talanan pullar: Necə qorunmalı? - AKTUAL
Bu gün, 13:01
“Ağdamda niyə narla foto çəkdirdin” sualına Simonyanın CAVABI
Bu gün, 13:00
"Buna daha dözümüm qalmayıb"
Bu gün, 12:58
İrəvandan Minsk Qrupunun ləğvi ilə bağlı AÇIQLAMA
Bu gün, 12:57
“Lazım gəlsə, pasportumu da göstərərəm” – Afət KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:55
Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alıb?
Bu gün, 12:54
Yenidən qurulan 9 milyonluq şirkətə direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:50
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
Fərid Səfərli qarşılıqlı prosedur çərçivəsində qaytarılıb - ARANI QATANLAR KİMDİR?
Bu gün, 12:46
Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Bu gün, 12:43
Yumurta bahalaşacaq? - Asossiasiya açıqlama yaydı
Bu gün, 12:37
Ermənistan Aİİ-dən çıxmağa hazırlaşmır - Simonyan BELƏ DEYİR
Bu gün, 12:32
AYNA-nın bu yoldakı problemləri bitib-tükənmir - VİDEO
Bu gün, 12:28
İki tibb bacısı “TikTok”da Mehmet Tuncayın toruna necə düşüb? - TƏFƏRRÜAT
Bu gün, 12:24
Azərbaycan təyyarəsinin vurulmasını dünyaya yayan bloger haqda film çəkilir – KÖLGƏDƏ QALAN GERÇƏK QƏHRƏMAN
Bu gün, 12:23
Qızı Nizaməddin Şəmsizadənin vəziyyətindən danışdı: - “Möcüzə gözləyirik”
Bu gün, 12:15
Bakıda 37 milyonluq parkı kim tikir? – Abit Əliyevlə Şahin Verdəliyev anlaşması
Bu gün, 12:11
"Dövlət içində dövlət qurublar..." - GİLEY
Bu gün, 12:07
Oğlum dərin depressiyaya düşüb - İranın azad etdiyi tələbənin anası DANIŞDI
Bu gün, 11:55
Avroparlamentin qətnamələrinin heç bir dəyəri yoxdur - Mamuka Mdinaradze
Bu gün, 11:53
Polisi təhqir edən rəis həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:50
Parisin Tramp qorxusu: - Makron Avropanı "oyatmaq" istəyir
Bu gün, 11:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru