Musa Pənahovu Akif Çovdarovla “birləşdirən” Yaradanquliyev faktoru – NÜANSLAR
Tarix: 5-01-2017, 08:39 | Çap et
SSRİ-nin süqutuna yaxın, 1989-cu ildə Azərbaycan Dəmir Yolu İdarəsinin bankı – “Azərdəmiryolbank” yaradılmışdı. Bu bankın yaradılmasında o illər Dəmir Yolu İdarəsinin maliyyə xidmətinin rəisi Alay İsmayıl oğlu Yaradanquliyevin böyük rolu olub.
Mərhum Alay İsmayıl oğlu Yaradanquliyev əslən Gürcüstandan olub. Onun oğlu Bəhram Yaradanquliyev dəmir yolunda tanınmış simalardan olaraq 1996-cı ildə Ziya Məmmədovun dəmir yol idarəsinə rəis təyin olunmağında böyük rolu olub. Həm də o illər dəmir yolundan qovularaq işsiz qalan Arif Əsgərovu da öz yanında işlə təmin edərək əlini çörəyə çatdırıb. Bəhram Yaradanquliyevin atası Alay Yaradanquliyev “Azərdəmiryolbank” ın açılışında böyük rolu olduğundan savayı həm də öz yerlisi Roman Əmircanovu həmin banka müavin gətirib. Ancaq bununla da Alay Yaradanquliyevin yaxşılığı bitməyib. O indiki nəqliyyat nazirinin müavini Musa Pənahovu da oxutduraraq o vaxtlar idarənin maliyyə xidmətinə vəzifəyə gətirib. Roman Əmircanov Musa Pənahov və Akif Çovdarovun dərin qohumluq əlaqələri hələ sovet dövrünün ortalarından yaranıb.
Bir sözlə, bu şəxslərin hamısı, necə deyərlər, “eloğlu” olaraq əslən Gürcüstandandılar. Bəhram Yaradanquliyev Ziya Məmmədovun Dəmir Yol İdarəsinə rəis keçməyində böyük rol oynayaraq, bununla Musa Pənahova və Arif Əsgərova yeni vəzifə bileti yazdırdı. Bəhram Yaradanquliyevin heç ağlına da gəlməzdi ki, vaxt gələr, yaxşılıq etdiyi bəzi məmurlar ona xəyanət edər. Deyəsən, həmin vaxt artıq gəlib çatıb.
Ziya Məmmədov Cavid Qurbanovla bacara bilmir, Musa Pənahov Akif Çovdarovla qohum olması ilə bağlı bir sıra məqamlar hələ ictimaiyyətə açıqlanmayıb… LakinLEGİON-a məlumat verən mənbələr bildirir ki, sabiq MTN generalı ilə Musa Pənahovun qohumluq və dostluq əlaqələrindən danışarkən, Yaranquliyevi yaddan çıxarmaq olmaz. Arif Əsgərov da özünün və oğlu Elnar Əsgərov naminə baldızı uşaqlarının həbsini sükutla qarşılayaraq, özü öz içində vicdan əzabı çəkir. O elə vicdan əzabını çəkir ki, heç Bəhram Yaradanquliyevi satanda çəkmirdi…
Qeyd edək ki, yanvarın 3-də Arif Əsgərovun baldızı Lətifə Hüseynova və onun həyat yoldaşı İsmayıl Hüseynov dövlət başçısına müraciət edərək, Arif və Elnar Əsgərovların “Azərbaycan Dəmir Yolları” QSC-də törətdikləri maxinasiyalara görə, övladları Rahib və Emin Hüseynovun şər-böhtanla həbs olunduğunu bildiriblər. Nazir müavinin baldızı və bacanağı hesab edir ki, A.Əsgərov öz oğlunu qorumaq naminə onların övladlarını qurban verib… Yuxarıda adını çəkdiyimiz Bəhram Yaradanquliyevdən danışarkən qeyd edək ki, bu şəxs Azərbaycanın dəmiryolu sisteminə xüsusi töhfələr verməsi, eləcə də bir çox dəmiryolçu məmurlara etdiyi saysız-hesabsız yaxşılıqlar ilə tanınır.
1994- cü ildə “Azerreyl” nəqliyyat şirkətini təsis etmişdi. Təcrübəli dəmiryolçuların dediyinə görə, B.Yaradanquliyev həmin dönəmdə Məmmədov-Pənahov-Əsgərov “trio”sunun ağsaqqalı sayılırdı... Belə ki 1996- cı ildə Dəmir yol idarəsinin rəisi Vahid Məmmədov Nadirli tutduğu vəzifədən azad olunduqdan sonra Bəhram Yaradanquliyevin bilavasitə köməkliyi ilə Ziya Məmmədov Dəmir yol idarəsinin rəisi kürsüsündə keçib otura bilir. Mənbələrin dediyinə görə, B.Yaradanquliyevin o vaxtlar çox yaxşı əlaqələri var idi, lakin bu əlaqələrdən özü yox, Ziya Məmmədov, Musa Pənahov və Arif Əsgərov faydalanırlar.
Bu təyinatdan bir neçə il sonra Ziya Məmmədovla Bəhram Yaradanquliyev arasında gedən savaşı 2-ci uduzur. Deyilənlərə görə, Ziya Məmmədov Bəhram Yaradanquliyev barədə və “Azerreyl” şirkəti ilə bağlı topladığı materialları prokurorluq orqanlarına ötürərək, Bəhram Yaradanquliyev barəsində cinayət işi başladır və onu rəsmi axtarışa verdirməyə nail olur.
O illər Bəhram Yaradanquliyev bir çox tanınmış simalarla dost olsa da, onlar Ziya Məmmədovun Bəhram Yaradanquliyevə qarşı başladığı muharibənin qarşısını ala bilmirlər və Ziya Məmmədov Bəhram Yaradanquliyevə qalib gələrək, onu müflis edir. Bəhram Yaradanquliyev hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışa verildikdən sonra onu şəhərdə bir daha görən olmur. Lakin LEGİON-a verilən məlumata görə, yaxın vaxtlarda bir neçə dəfə Bəhram Yaradanquliyev Bakıda görünüb. Ziya Məmmədovun köhnə dostlarından danışarkən, Vahid Məmmədov da yada düşür.
1996-cı ildə Ziya Məmmədovun Azərbaycan Dəmir yolu idarəsinin rəisi təyin olunandan sonra ikinci Məmmədov, yəni Vahid Məmmədov o vaxtlar Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin (hazırkı “ Azərbaycan Dəmir Yolları” QSC) tərkibində fəaliyyət göstərən Bakı Dəmiryolu Hissəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Vahid Məmmədov Ziya Məmmədovla birlikdə cavanlıq illərindən üzü bəri lokomotiv deposunda maşinistlikdən fəaliyyətə başlamışdılar. Və Ziya Məmmədov Dəmiryolu İdarəsinin rəisi vəzifəsinə təyin olunan kimi, Vahid Məmmədov Bakı hissəsinin rəisi vəzifəsinə aid bütün səlahiyyətlərini itirməyə başladı.
Bir sözlə, Vahid Məmmədov Bakı hissəsinin rəisi qalsa da, Ziya Məmmədov tərəfindən demək olar ki, hər gün yeni əmrlər imzalanırdı ki, Vahid Məmmədovun rəhbərlik etdiyi Bakı hissəsinin tərkibində olan idarələr Bakı hissəsindən ayrılaraq Azərbaycan Dəmiryolu idarəsinin tərkibinə keçirilsin. Axırda Ziya Məmmədov Bakı hissəsi ilə bağlı o qədər əmr imzaladı ki, Vahid Məmmədov xidməti otağında səlahiyətsiz, katibə və xidməti avtomobilinin sürücüsü ilə tək-tənha qaldı.
Tək-tənha deyəndə Ziya Məmmədovun indiki vəzifədə olan durumu yadıma düşdü. Deyəsən, indi nəqliyyat sektorundakı vəziyyət də Vahid Məmmədovun durumuna bənzəmək üzrədir… Məlumat üçün bildirək ki, Ziya Məmmədovdan fərqli olaraq Cavid Qurbanov Azərbaycan Dəmir Yollar QSC-nin sədri təyin olunandan sonra Bəhram Yaradanquliyevin xatirinə onun oğlunu dəmir yolunda vəzifəyə gətirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|