Rəcəb Babaşova görə QAZAXDAN BAKIYA YÜRÜŞ - Sahibkar prezidentə üz tutdu
Tarix: 26-11-2016, 09:25 | Çap et
DİA.AZ: - Qazaxda yaşayan sahibkar Eldəniz Əzimov prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan ərizədə deyilir:
"Hörmətli cənab Prezident! Qazaxın icra başcısı bizim işimizi bağlayıb 12 ailəni işsiz çörəksiz qoyub. Qazaxda “İsrafil Ağa” hamamı icra başcısı Rəcəb Babaşov tərəfindən 30 avqust 2016 tarixində rəsmi məktub göndərib “təmir olunacaq” adıyla bağlatdrmışdır. Məni və qardaşımı isə Babaşovun göstərişiylə elə həmin gecə polislərə şərlədərək 25 sutka həbsə saldırmışdır. 3 aydır ki obyekt nə təmir olunur nədə ki açılır. Əslində hamamın təmirə ehtiyacı yoxdur. Obyekt işlək, saz vəziyyətdədir. Əvvəl atam Əzimov Yusif sonrada mən özüm obyekti kifayət qədər öz şəxsi vəsaitimizlə təmir etdirmişik və bu günə qədər obyektə 1 manatda dövlət vəsaiti istifadə olunmayıb. Mavi qaza qədər öz şəxsi vəsaitimlə texniki şərt alıb çəkdirmişəm. Mən 3 dəfə Rəcəb Babaşova rəsmi müraciət etmişəm. Rəcəb Babaşova məktubumda bildirmişəm ki cənab prezidentin əsas siyasəti iş yerlərı açılması, məşğulluğun artması, yoxsulluğun yoxa çıxması və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. Lakin Rəcəb Babaşov heç prezidentin siyasi dəsti xəttinə də hörmət qoymur. Ağsaqqall qohumlarımı Babaşovun yanına xahişədə göndərmişəm. Son məqamda Rəcəb Babaşova media vasitəsiylə və birbaşa özünə bildirdik ki cənab prezident İlham Əliyevə video müraciətlə və rəsmi məktubla şikayət edəcəyik. Qəbulunda olan bizim ağsaqqallara Babaşov deyib ki gedin hara istəyirsiz şikayət edin mən heç kəsdən çəkinmirəm. Biz Babaşovdan belə cavab gözləmirdik. Çünki cənab Prezidentin adı gələndə hər kəs özünə gəlir. Lakin Babaşovun cənab Prezidentdəndə çəkinməməsinə biz heç vaxt inanmazdıq".
Daha sonra diaaz.space-a daxil olan müraciətdə deyilir: "Bütün bunlardan sonra Rəcəb Babaşovun əməllərinə etiraz olaraq İsrafil Ağa Hamamının işciləri 12 nəfər şəxs öz ailə üzvlərimizlə və körpə uşaqlarımızla birgə, dekabrın 23-də ümumilikdə 40 nəfər şəxs Sizdən kömək üçün Bakıya yola düşəcəyik. Tək İsrafil Ağa Hamamı üçün yox. Həmdə Qazax üçün. Qazaxda bütün baş verənləri və Babaşov barədə mətbuatda yazılanların hamısını adminstrasiya təqdim edəcəyik. Biz ilk öncə rəhmətlik Heydər Əliyevin məzarını ziyarət edəcəyik və Ulu Öndərin məzarı üstə gül çiçək qoyacağıq. Sonra oradan prezident aparatına cənab prezidentin qəbuluna gedəcəyik. Cənab Prezident! Sizin 24 dekabrda ad gününüzü təbrik edib və qarşıdan gələn yeni ilinizi təbrik edib Sizə uzun ömür can sağlığı arzulayacağıq.
Biz bütün Qazaxlıların adından cənab prezidentə Rəcəb Babaşovdan şikayətimizi deyəcəyik. Biz cənab prezidentdən həmdə bayramlıq maddı yardım xahiş edəcəyik. Çünki Rəcəb Babaşov bizim işimizə və dolanmamıza hörmət qoymadı və obyekti bağladı. Biz 3 aydır ki işsizik. Dolana bilmirik. Evimizə çörəyi nisyə alırıq. Biz iş yeri açmışdıq! İşcilər 300 – 400 manat maaş alırdı. Budurmu başcının bizə sağolu? Budurmu başcının cənab prezidentin siyasətinə sadiqliyi? Cənab prezident deyir ki iş yerləri açın yoxsulluq azalsın. Amma Babaşov hazır iş yerini bağlayır. Milləti işsiz çörəksiz qoyur.
Hörmətli Cənab Prezident!
Mən 17 ildir YAP-ın uzvüyəm. Ali təhsilliyəm. Fəal YAP-çıyam. Seçkilərdə ailə qohum əqrabayla aktiv iştirak edirik. Müraciətlərimdə Rəcəb Babaşova fəal YAP-cı olduğumu vurğulamışam. Nə YAP-a hörmət qoyur nə camahatın dolanmasına. Mən cənab prezidentə “təşəkkür məktubu” yazmışam. Prezidentin saytında dərc olunub. Mən prezidentə bütün sahələrdə o cümlədən yeni yeni iş yerlərinin açılmasıyla bağlı həmdə sahibkarlığa dəstəyinə görə təşəkkür etmişəm.
İsrafil Ağa hamamı tarixi abidədir. Abidəni öz hesabımıza təmir etdirib qoruyurduq. Qazaxda cəmi bir hamam işləyirdi. İndi o da yoxdur. Babaşov Qazaxlıları hamamsız işcilərisə işsiz çörəksiz qoyub. Görmüşük rəhbər gələr kömək edər əl tutar, axsaqqallıq edər. Qapı bağlayıb çörək kəsməz. Azərbaycanın bir çox şəhərlərində qədim abidələr baxımsızlıqdan dağılır. Şəkidə 2 hamam, Sumqayıtda 1 hamam, Abşeronda 2 hamam, və s. rayonlarda hamamlar bərbad vəziyyətdə dağılır. Başcı gəlib bizə sağolun abidəni qoruyub saxlayırsınız deməkdən tam əksinə qapıları bağlayıb milləti işsiz çörəksiz qoyur? Budurmu başcının yerli camahatı dolandırması? Belədə idarəçilik olar? Belədə rəhbərlik olar? Hələ heç bir icra başcısı hamamı bağlatmamışdı. Əksinə bütün başcılar öz köməkliklərini təklif etmişdi. Ulu Öndərimiz Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət xalq üçündür” kəlamlarına Rəcəb müəllim riayət etmir. Kömək etmək əvəzinə tam əksinə, süni problemlər yaradır. Biz bilmirik bunların hamısına nə ad vermək olar, necə başa düşmək olar. Rəcəb Babaşov Qazaxda qapı bağlayan, çörək kəsən başcı kimi tanıtdırıb özünü. Bir yerə gedəndə deyirlər ki “Görəsən indi kimin qapısını bağlayacaq”. Qazax bazarında da bir neçə dükanı bağlatdırıb dəmir qapılarını qaynaqladıb.
Hörmətli cənab Prezident! Rəcəb Babaşov Qazaxda çox qapıları bağlayıb, çox adamı işdən çıxarıb. Saymaqla qurtarmaz. Qazaxlılar və ictimayyət çox yaxşı bilir. Ona görədə hər kəsi Qazaxlılara kömək etməyə çağırırıq. Çünki Qazax batır. Qazax sarsılıb. Qazax çətinlikdədir. Qazax şokdadır. Rəsmi Bakıdan və bütün dövlət orqanlarından Qazaxla maraqlanmağı xahiş edirik. Mənim bu yazımı mütləq cənab Prezidentə çatdırın. Bir YAP-cı olaraq Ustadımız Böyük Şəxsiyyət Heydər Əliyev siyasi məktəbinin şagirdi kimi deyə bilərəm ki siyasi savadı olmadığı üçün Rəcəb Babaşov özüdə bilmədən ümumi dövlətçilik prinsiplərini pozur. Onun bu əməlləri rayonun ictimai siyasi balansını tamamilə iflic vəziyyətə salıb və təbii ki bunlar hamısı ictimai narazılığa səbəb olur.
Bütün media nümayəndələrindən bu yazını dövlət qurumlarına göndərməyi, saytlarda, qəzetlərdə və hər yerdə dərc etmənizi və ictimailəşdirilməsini xahiş edirəm.
Eldəniz Yusif oğlu Əzimov"
diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|