“AzeriMed” və “Zəfəran”ın satdığı bəzi dərmanlar sağlamlıq üçün təhlükə daşıyır - İDDİA
Tarix: 15-10-2016, 10:42 | Çap et
Oktyabrın 13-də Qafqaznews.az-da “Azərbaycanda zəhərlənməyə ən çox hansı dərmanlar səbəb olur?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda APA-ya istinadla Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdan sitat gətilir və qeyd olunurdu ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub: “Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib. Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub”.
Qafqaznews.az dərman zəhərlənmələri ilə bağlı ətraflı araşdırma aparmaq, əsasən hansı dərmanların zəhərlənmə və ya mənfi təsirlər yaratdığını öyrənmək məqsədilə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilova müraciət etdi. “Səhiyyə Nazirliyinin analitik ekspertizasından keçən, müvafiq sertifikat alıb satışa çıxarılan dərman heç vaxt insan həyatı üçün təhlükə daşıya bilməz.
Orda dərman zəhərlənməsindən söz gedirsə… Müxtəlif xarakterli insanlar var. Bəziləri çoxlu dərman içir ki, həyatına son versin. Ya da, dərmandan düzgün istifadə etmirlər. Toksikoloji müəssisəyə o insanlar gətirilir”, – deyə nazirlik nümayəndəsi bildirdi.
“Siz dərmanların keyfiyyəti üzündən belə halların baş verməsini istisna edirsiniz?” – deyə dəqiqləşdirmək istədik. “Əksəriyyətdən gedir söhbət. Amma ətraflı məlumat almaq istəyirsinizsə, sabah Azər Maqsudovun nömrəsini verərəm, onunla danışırsınız”, – deyə C.Xəlilov bildirdi. “Səhiyyə Nazirliyində zəhərlənən şəxslərin hansı dərmanlardan istifadə edilməsi öyrənilib müəyyən siyahı və ya statistika tərtib olunurmu?” – deyə soruşduq.
“Səhiyyə müəssisəsinin vəzifəsi xəstəyə tibbi yardım göstərib onu həyata qaytarmaqdır”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı bildirdi. “Mən Səhiyyə Nazirliyinində bu məqamları hansı idarənin araşdırdığını soruşuram”, – deyə əməkdaşımız qeyd etdi. “Səhiyyə Nazirliyində dərmanlarla Analitik-Ekspertiza Mərkəzi məşğul olur”, – deyə C.Xəlilov cavab verdi.
Qeyd edək ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qafqaznews.az-a açıqlamasında istehlakçılardan “Panadol” adlı dərmanla bağlı da müraciət olduğunu, çox zaman qızdırmalı uşaqlara yazılan bu dərmanın toksoallergik vaskulitə gətirib çıxardığını qeyd etmişdi.
Oktyabrın 14-də Qafqaznews.az saytı hələ də qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirmək üçün, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovla əlaqə saxladı.
A.Maqsudov bildirdi ki, “dərman zəhərlənmələri” statistikasına əks-təsir və allergik reaksiyalarla bağlı müraciətlər də daxil olunub.
“Əsasən kimyəvi zəhərlənmələrlə bağlı hallar olur. Bu, ya özünəqəsd məqsədiylə, ya da başqa səbəblə baş verir. Ümumiyyətlə, dərmanları dozasına uyğun istifadə etmədikdə, ya da həkimlərin səhvən təyinatı əsasında dərmanların qəbul edilməsi əks-təsir və allergik reaksiyalara səbəb olur. Bəzən hansısa dərmanın keyfiyyətiylə bağlı şübhələr yarandıqda, Səhiyyə Nazirliyinin aidiyyatı olan qurumlarına məlumat verilir. Özümüz qeydlər aparırıq və ümumi statistika şəklində bildiririk”, – deyə A.Maqsudov qeyd edib.
Onun sözlərinə görə, əsasən soyuqdəymə, qrip əleyhinə dərman qəbul edən şəxslərdə əks-təsirlər və allergik reaksiyalar müşahidə olunur: “Xüsusilə, Əsasən, “Panadol” və “Theraflu” kimi dərmanlar allergik reaksiyalara səbəb olur”.
A.Maqsudov qeyd edib ki, distribüter şirkətlərlə müqavilə bağlayan, hansısa marağa görə xəstələrə müəyyən dərmanları yazan həkimlər çox zaman xəstənin bədən müqavimətini, o dərmana necə reaksiya verəcəyini nəzərə almır: “Belə olduqda, allergik reaksiyalar müşahidə olunur. Bizim xəstəxanada həkimlərə firma ilə əməkdaşlıq etmək qadağan olunub. Lakin bildiyim qədərilə, müxtəlif yerlərdə həkimlər var ki, onlar faiz naminə, ayrı-ayrı firmaların satdığı dərmanları xəstələrə tövsiyə edirlər”.
Biz öyrənməyə çalışdıq, “Panadol” və “Theraflu” adlı dərmanlar əsasən hansı apteklərdə satılır və daha doğrusu, bu dərmanların ölkədə idxalı ilə hansı şirkət məşğul olur?
“Deutsche apotheke”dən (“Alman apteki”) Qafqaznews.az-a bildirdilər ki, bu aptekdə sözügedən dərmanlar satılmır və onun idxalı ilə hansı şirkətin məşğul olduğundan xəbərsizdirlər.
5 saylı Xəstəxananın yanında yerləşən “Zəfəran Apteki”ndə çalışan xanım əməkdaş Qafqaznews.az-a bildirdi ki, onlarda “Panadol” və “Theraflu” satılır: “Bizə bu dərmanları depodan gətirirlər. “Azerimed” şirkəti gətirir… *7700 nömrəsi ilə əlaqə saxlayın”.
Biz *7700 nömrəsi ilə əlaqə saxladıq və səlahiyyətli şəxslə danışmaq istədiyimizi bildirdik, lakin xanım operator bizə bildirdi ki, “bura dərman çatdırma xidmətidir, “Azerimed”lə əlaqə üçün 5667070 nömrəsinə zəng etmək lazımdır”.photo
Qeyd edək ki, *7700 nömrəsindəki operator da “Panadol” və “Theraflu”nun məhz “AzeriMed” tərəfindən gətirildiyini təsdiqlədi.
“AzeriMed” şirkətində isə “Reception”dakı xanım sözügedən dərmanların şirkət tərəfindən idxal edildiyini təsdiqlədi, amma rəhbərliyin yerində olmadığını bildirdi.
“Xanım, Kliniki Tibbi Mərkəzdə toksikoloji şöbənin müdiri Azər Maqsudov “Panadol” və “Theraflu” dərmanlarının allergik reaksiyalara səbəb olduğunu bildirib. Bu barədə mənimlə kimsə danışa bilərmi?” – deyə soruşduq.
“Siz 4688792 nömrəsi ilə əlaqə saxlayın, Marketinq Şöbəsidir”, – deyə xanım əməkdaş tövsiyə etdi.
Həmin nömrəyə dəfələrlə zəng etsək də, xətt “məşğul” idi. Belə olduqda, yenidən şirkətin “Reception”u ilə əlaqə saxladıq və “AzeriMed”in Marketinq şöbəsinə aid əlavə iki nömrəni də əldə etdik: 4688793 və 4688794.
Lakin təəssüflər olsun ki, həmin şöbənin bütün nömrələrində iş gününün sonuna qədər dəstəyi qaldıran olmadı.
Şirkətin rəsmi veb ünvanı “Azerimed.com” saytı təmir altında olsa da, xəbərdarlıq xarakterli səhifədə göstərilmiş [email protected] elektron poçtuna da məktub yolladıq. Ümid edirik ki, ən qısa zamanda şirkət rəhbərliyi bu məsələ ilə bağlı öz mövqeyini açıqlayacaq və bizdə yaranan sualları cavablandıracaq.
Araşdırmamız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|