Ziya Məmmədovun yeznəsi evini təmir edən ustalara 40 min manat “atıb” - ŞİKAYƏT
Tarix: 13-10-2016, 07:55 | Çap et
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Azərbaycanda təmir-tikinti sahəsində fəaliyyət göstərən türkiyəli iş adamı Gökhan Yazıcı müraciət edib. O, nəqliyyat naziri Ziya Məmmədovun yeznəsi, Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin sabiq rəisi Adil Məhərrəmov tərəfindən aldadıldığını bildirib. Gökhan Yazıcı özünün müraciətində deyib: “Mən uzun müddətdir Azərbaycanda təmir-tikinti işlərində öz briqadamla çalışıram və vaxtlı-vaxtında vergi ödəyirəm. 2014-cü ildə mənim dostum Abbas Kişiyev bildirdi ki, onun tanışı Əlifağa İsmayıllının Adil Məhərrəmov adlı hörmətli bir dostu var, onun evində təmir işləri görmək lazımdır. Adil Məhərrəmov o vaxt “Azərbaycan Dəmir Yolları” QSC-də yanacaq xidmətinin rəisi işləyirdi. Həmçinin, onun nəqliyyat naziri Ziya Məmmədovun yeznəsi olduğunu öyrəndim. Onun “Milyonçular məhəlləsi” deyilən yerdə, M.Əlizadə 67 ünvanında villasında təmir işlərinə dair şifahi razılaşma əldə etdik.
Adil Məhərrəmovun dediyinə görə, iş getdiyi zaman ortaya çıxan xərclərə dair, bizə hissə-hissə pulu verib bitirəcəkdi. Bir ay ərzində onun evində 25 fəhlə ilə suvaq, alçipan və digər təmir işləri apardıq, lakin Adil Məhərrəmov mənə bir dəfə 5 min manat, bir dəfə də 2 min manat verdi. Ümumilikdə 9 ay işlədik, A.Məhərrəmovun bizə verdiyi 7 min manatdan savayı, 40 min 500 manat xərcimiz çıxdı. Qeyd edim ki, Adil Məhərrəmov işçilərlə çox pis davranır və onların şəxsiyyətinə toxunan ifadələr işlədirdi.Ona görə, ən yaxşı işçilərim işin yarısında acıq edib getmişdilər ki, biz onunla işləyə bilmərik. A.Məhərrəmov hər gün gəlib ona-buna kobudluq edir, fəhlələrin üstünə qışqırırdı.
İşlədiyimiz 8-9 ay ərzində dəfələrlə yeni ustalar gətirməyə, yenidən briqada toplamağa məcbur olmuşdum. 2014-ci ilin sonlarında villanın təmir işi tamamilə yekunlaşdı. İş bitəndən sonra isə Adil Məhərrəmov vaxtı uzatdı və hər dəfə müxtəlif bəhanələrlə pulumuzu verməkdən boyun qaçırdı. Mən ondan-bundan borc alaraq, fəhlələrin pulunu verdim. O vaxt dolların məzənnəsi 0,78 manat idi. Ona görə də, Adil Məhərrəmovun ucbatından 50 min dollardan çox borca düşmüşəm ki, hazırda bu rəqəm 80 min manat edir. İnsanların borcunu ödəyə bilmirəm, pis vəziyyətdə qalmışam.
Az qala hər həftə gedib Adil Məhərrəmovun evinin qarşısında dururam, evdən maşınla çıxır, məni görürsə də, dayanıb danışmaq istəmir. Mən Azərbaycanı sevirəm və bu ölkəyə ancaq xeyir vermək niyyətindəyəm. Amma təəssüflər olsun ki, Adil Məhərrəmov kimi insanlar öz nüfuzundan və əlaqələrindən istifadə edib, həm zəhmətkeş insanların haqqını yeyir, həm də Azərbaycan və Türkiyə xalqları arasındakı qardaşlığa kölgə salırlar. Sizdən xahiş edirəm, mənim problemimin işıqlandırılmasını, ölkə rəhbərliyinin diqqətinə çatdırılmasını sizdən xahiş edirəm”.
G.Yazıçı ilə birlikdə Adil Məhərrəmovun evində işləyən Elvin İskəndərov Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytına deyib ki, onun topladığı 13 nəfərdən ibarət briqada ilə Adil Məhərrəmovun evində 2 ay işləyib. “Adil Məhərrəmov bizə heç nə vermədi, lakin Gökhan Yazıcı bizə olan borcunu tamamilə ödəyib bağladı”, – deyə E.İsgəndərov qeyd edib.
“Adil Məhərrəmov sizinlə əmək müqaviləsi bağlamışdımı?” sualına isə Elvin İsgəndərov “yox” deyə cavab verdi. Özünü Adil Məhərrəmovun köməkçisi kimi təqdim edən Rəşad Əzimov adlı şəxs isə Kavkaznews.az-a deyib ki, “Gökhan Yazıcını ancaq pul düşündürür”. “Bəs nə düşündürməlidir?” – deyə əməkdaşımız maraqlandı. “O, bizə 40 min manat ziyan vurub. Evi yenidən təmir etdirməli olduq. Ona 13 min manat pul ödənilib”, – deyə R.Əzimov cavab verdi. “Ustalar Adil Məhərrəmovun evində nə qədər işləyib?” –deyə soruşduq. “Onlar 8 ay təmirlə məşğul olublar”, – deyə Adil Məhərrəmovun köməkçisi bildirdi. “Ustalarla əmək müqaviləsi bağlanmışdımı?” – deyə soruşduqda, Rəşad Əzimov “Yox” cavabı verdi, lakin səbəbini izah etmək istəmədi.
Qeyd edək ki, bu yaxınlarda Qafqaznews.az saytında nəqliyyat naziri Ziya Məmmədovun başqa bir qohumu, “Azərbaycan Dəmir Yolları” QSC-də “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Seymur Əhmədovla da bağlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi: “Redaksiyamıza daxil olan məlumata görə, “Təsərrüfat İdarəsi” MMC-də 7 il ərzində 1 milyon 512 min manat pul mənimsənildiyi məlum olub. Bu pullar dəmiryolu sistemində şəhid ailələrinə dövlət tərəfindən ayrılsa da, pullar “Təsərrüfat İdarəsi” MMC-nin bir sıra əməkdaşları tərəfindən mənimsənilib. Pulun mənimsənilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Audit xidmətinin əməkdaşları tərəfindən yoxlama keçirilib və müəyyən olunub ki, 1 milyon 512 min manatlıq mənimsəmə olub.
“Əvvəl cavabdehlərə mənimsədikləri pulun əvəzində 1 milyon rüşvət vermələri təklif olunub ki, onlar barəsində prokurorluq orqanlarına material göndərilməsin. Ancaq cavabdehlər cəmi 100 min manat pul düzəldə biliblər. Pul onlardan alınaraq onların mənimsədiyi 1 milyon 512 min manat pula göz yumulub. Deyilənə görə, həmin şəxslərdən 100 min manat alınandan sonra, onlar sadəcə dəmiryolu sistemindən uzaqlaşdırılıblar”, – deyə məlumatda qeyd olunur.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu yaxınlarda “Təsərrüfat İdarəsi” MMC-dən iki nəfər və QSC-nin kadrlar şöbəsindən bir nəfər işdən xaric olunub. Baş mühasib Ağayeva Almaz, xəzinədar Mehdiyeva Mina, kadr şöbəsinin inispektoru Həsənova Esmira. Bu şəxslərlə əlaqə saxlamağa çalışdıq. Almaz Ağayeva Qafqaznews.az-ın sualına cavab verdi ki, o, öz xahişi ilə ərizə yazaraq işdən azad olunub və “Təsərrüfat İdarəsi” MMC-nin keçmiş rəisinin kadrı olduğu üçün, yeni rəis onunla işləmək istəməyib. Mehdiyeva Minanın mobil telefonuna dəfələrlə zəng etsək də, zənglərmizə cavab verən olmadı. Həsənova Esmira ilə də əlaqə yarada bilmədik. Çünki bu şəxslərin üçü də Audit xidmətinin yoxlamalarının son nəticəsindən sonra öz xahişi ilə vəzifələrindən azad olunaraq dəmiryolu sistemindən uzaqlaşdırılıblar.
Baş mühasib Almaz Ağayevanın keçmiş rəisin kadrı olduğu üçün vəzifədən uzaqlaşdırılması barədə etirafına nəzər yetirərək, araşdırmamızı davam etdirdik. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, baş mühasib Ağayeva Almaz yeni rəislə də hələ 3 ay müddətində işləyib. Sadəcə Audit xidmətinin apardığı yoxlamaların son nəticəsindən sonra onların üçü də tutduqları vəzifədən azad olunublar.
Məlumat üçün bildirək ki, “Təsərrüfat İdarəsi” MMC-nin keçmiş rəisi Seymur Əhmədov Nəqliyyat naziri Ziya Məmmədovun dayısı qızının həyat yoldaşıdır. Seymur Əhmədov Cavid Qurbanov tərəfindən işdən çıxarılsa da, yenə də “Azərbaycan Dəmiryolları” QSC-nin Yanacaq və Sürtkü Materialları Təchizatı İdarəsinin rəisi Anar Əsgərovun (Cavid Qurbanovun keçmiş müşaviri) köməkçisi vəzifəsinə təyin olunub”. Oktyabrın 12-də biz Gökhan Yazıcının şikayətini araşdırarkən, incə bir məqama diqqət etməyi lazım bildik. 2014-cü ildə Adil Məhərrəmov dövlət müəssisəsi hesab olunan “Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifə tutub, Yanacaq və Sürtkü İdarəsinin rəisi olub. Hər halda, onun bu vəzifədəki maaşı ilə “Milyonçular məhəlləsi”ndə villa tikdirməyə (və ya almağa), eləcə də 40-50 min manat dəyərində təmir işləri aparmağa imkanı olması bizdə suallar doğurdu.
Bu suallara aydınlıq gətirmək üçün, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədova müraciət etdik. Nadir Əzməmmədov A.Məhərrəmovun daha sözügedən QSC-də vəzifə tutmadığını, bu məsələnin də qurumla əlaqəli olmadığını qeyd etdi. “Adil Məhərrəmov QSC-də işləmir, çıxıb”, – deyə N.Əzməmmədov vurğuladı.
“Çıxıb, yoxsa, çıxarıblar? Öz xoşu ilə vəzifəsindən uzaqlaşıb?” – deyə dəqiqləşdirmək istədik. “Beş-altı ay olar ki, öz ərizəsi ilə işdən uzaqlaşıb”, – deyə N.Əzməmmədov cavab verdi. “Bəs onun fəaliyyəti ilə bağlı hər hansı daxili araşdırma, xidməti yoxlama olubmu?” – deyə Qafqaznews.az maraqlandı.
“Bilmirəm, o barədə heç nə deyə bilmərəm”, – deyə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri bildirdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|