"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                 

Gülənçilər Azərbaycanda 200-ə yaxın strateji struktura necə “sızıb” - İLGİNC
Tarix: 1-09-2016, 08:52 | Çap et
Gülənçilər Azərbaycanda 200-ə yaxın strateji struktura necə “sızıb”
Araşdırma materiallarına görə, Fətullah Gülənin təsis etdiyi “Nurçu Camaatı”nın dünyada 48 min irili-xırdalı rəsmi qeydiyyatdan keçən şirkəti var. Bunun 520-si Qazaxıstanın, 480-i Özbəkistanın, 345-i Türkmənistanın (Qırğızıstan artıq könüllü olaraq ərazisində fəaliyyət göstərən 215 “Nur”çu şirkətə məğlub olduğunu, onlara qarşı birgə mübarizədə RF-dan kömək istədiyini etiraf edib), 185-i Azərbaycanın payına düşür.
Fətullah Gülən 1985-ci ildən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin strateji qolunu təşkil edir. Hər il Azərbaycandan təqribən 10 min səhifəlik strateji məlumatlar alan bu qurum, ABŞ-ın Pensilvani – 100 saylı ərazisindəki (dairəsindən, nömrəsindən və s.) əsas binasından alınan məlumatları saf-çürük edir, onun bir qismini razılıq əsasında Böyük Britaniyanın Mİ-6, Almaniyanın BND, Fransanın hərbi kəşfiyyatına, Vatikana, Norveç, İsveç, Panama xüsusi xidmət orqanlarına, OPEK-ə üzv olan ölkələrin ABŞ-dakı diplomatik korpuslarındakı iqtisadi və hərbi kəşfiyyat şöbələrinə satır.
“Nurçu Camaatı”nın Nizamnaməsi Suriyada fəaliyyət göstərən “Hezbullah”çıların Nizamnaməsinə çox uyğun yazılıb.
Milli münasibətlərin pozulmasında, qardaş qırğınlarının törədilməsində, lokal müharibələrin, dini qarşıdurmaların baş verməsində, sərhədlərin kütləvi şəkildə pozulmasında və dağıdılmasında ABŞ tərəfindən ilk addımı “Gülən Camaatı” atır.
“Nur”çuların Nizamnaməsində “Şəhidlik” anlayışı yoxdur və torpaq uğrunda, vətən yolunda şəhid olan hər kəsə adi bir yanaşma var. Vətənpərvərlik, dövlət və dövlət başçısına hörmət və ehtiram, ailəyə, adət-ənənəyə sadiqlik prinsipi onların Nizamnaməsində yoxdur (Ancaq İmama – yəni Fətullah Gülənə məhəbbət var.).
Toplanmış məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanmış, əslində Türk birliyinə qarşı yeni bir cəbhə açmaqda olan “Kölgəli İmam” Fətullah Gülənin “Pensilvaniya layihəsi” kimi tanınan “İsti dalğalar altında”kı Azərbaycan planı baş tutmadı, iflasa uğradı. Onda 1992-ci il idi və dövlət neft şirkəti yenicə formalaşmışdı.
Məlumata görə, 1992-ci ildə Pensilvaniya 100-də hazırlanan bu bədnam təxribat planının mayasında Azərbaycanın yanacaq resurslarının dağıdılması, parçalanması təhlükəsi dayanırdı.
Kəşfiyyatın “İsti dalğalar altında” planı əslində iflasa uğramışdı və Fətullah Gülən administrasiyası bu planı məhz Azərbaycanda həyata keçirmək üçün birinci mərhələdə 57 milyon dollar ayırmışdı. 1994-cü ildə Azərbaycanda xüsusi təxribat planlarını həyata keçirmək üçün ayrılan vəsaitin 22 milyon dolları gətirilmişdi. Bu Azərbaycan əleyhinə strateji plan idi. Həmin vaxt Fətullah Gülən haqqında, onun “Nurçular” batalyonu haqqında heç kəs danışmırdı. Hamı bu mövzudan – tədricən ölkənin ən ali qanunlarını sarsıtmaq gücündə olan “Gülən” mövzusunda danışmaqdan ehtiyat edirdi. Məncə ölkənin “Lider” tele-kanalı bu mövzuda ilk materiallarını ortaya qoydu…
Həmin ərəfədə ABŞ konqresmenlərindən yeddi nəfəri Ağ Evə ünvanladıqları rəsmi müraciətdə ölkə başçısından xahiş edirdilər ki, Fətullah Gülən müqəddəs bir şəxsiyyət kimi toxunulmaz elan olunsun. Amma bütün bunların dəxli yox idi.
Vaxtilə Fətullah Gülən məsələsi, onun Azərbaycan ictimai-siyasi mühitindəki pərdəarxası pozuculuq niyyətləri, mənəvi-psixoloji terror planları müzakirə obyektinə çevrilsə də, edilən təzyiqlərdən irəli getmək mümkün olmayıb. Apardığımız tədqiqata görə, Azərbaycanda 156 strateji obyektdə (İstər nazirlik olsun, istər departament, istər şirkət, ali məktəb, KİV və RT mərkəzləri… dəxli yoxdur. Həmçinin ayrı-ayrı Rayon İcra Hakimiyyətlərində, hüquq-mühafizə orqanlarında.) Fətullah Gülən özünün dayaq dəstələrini yarada bilib. Artıq 28 ildir Fətullah Gülən Azərbaycanda özünə yuva bağlayıb.
Fətullah Gülən müsəlman dünyasının SOROSudur. O, ancaq gücsüzlərə, yerdən qalxa bilməyən dövlətlərə əvəzsiz kredit ayıran şəxsdir.

Fətullah Gülənin Azərbaycan istiqamətində bilavasitə ABŞ MKİ-də hazırlanmış xüsusi “Paraqraf”ları və “Strateji Direktiv”ləri var. Bütün bunlar Nizamnamədə ayrıca qeyd olunur. Aşağıdakı təsnifata nəzər salaq:
A) Paraqraf – 13
– Bilavasitə (nəyin bahasına olursa-olsun) nəzərdə tutulan ərazinin təhlükəsizlik xidmətləri cərgəsində Nurçular özlərinin “xüsusi şöbələri”ni təsis etməlidir (Qeyd edək ki, belə bir şöbə, sonra Departament və yaxud idarə Türkiyə Cumhuriyyətinin Milli İstihbarat təşkilatı cərgəsində fəaliyyət göstərirdi. Və həmçinin həmin mərkəzlərdən digər Türkdilli respublikalara işgüzar səfərlər baş tuturdu).
Paralel olaraq bu ənənə ölkənin hüquq-mühafizə orqanlarında ciddi bir məsələ kimi qoyulur.
Ölkənin Ali Məhkəməsində, Prokurorluq orqanlarında, xüsusən onun hərbi qanadında (yəni Hərbi Prokurorluq cərgəsində) Daxili İşlər Nazirliyinin qurumlarında, Sərhəd Qoşun kontingentində, Müdafiə Nazirliyində, Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələrində əlavə xüsusi qaydalar qoyulub.
B) Paraqraf – 15.
– “Nur”çular bilavasitə fəaliyyət göstərdikləri ərazilərdə (söhbəti Azərbaycan ərazisində aparaq) ehtiyat etdikləri şəxslər, nüfuzlu adamlar, məmurlar, qələm sahibləri… haqqında kütləvi və ictimai yerlərdə mənfi rəylər yaradır, onların gözdən salınması, nüfuzdan düşməsi istiqamətində ardıcıl iş aparırlar. Gücləri çatmayanda digər vasitələr; terrora, insanların aradan götürülməsinə, ərazilərdə dövlət əleyhinə mitinq və nümayişlərin qurulmasına, penitensiar xidmət orqanlarında iğtişaş və yanğınlara əl atırlar. (Azərbaycan tarixinin son 1980-cı ildən bəri tarixinə nəzər salın). Azərbaycan xalqının birliyi, vahidliyi, ölkə başçısı ətrafında sıxlığı onları təmin etmir.
Azərbaycan istiqamətində (yəni min bir əzabla qurulan bu ölkəni parçalamaq, dağıtmaq üçün) Fətullah Gülənin 7 (yeddi) İmamı var. Bu İmamlara “İcraçı İmamlar” deyilir. Bu icraçı imamların kiçik dəstələri, bank hesabları, onları yedirib-içirə biləcək şirkətləri mövcuddur. Onların Azərbaycanda öz mağazaları, çörək zavodları, bazarları, alış-veriş marketləri, şirniyyat dükanları var (Eynilə Türkiyədəki kimi).
Terror təşkilatları ilə onların əlaqələrinin qurulub-qurulmaması… bu ayrı mövzunun söhbətidir. Biz sadəcə mövcud mövzuya nəzər salırıq.
Azərbaycan istiqamətində biz 16 Paraqrafdan ikisinə nəzər saldıq. Bununla yanaşı Azərbaycanı gözdən salan 14 Direktiv “Nurçu Camaatı”nın əsas funksiyalarının üstündə köklənib. Məsələn, 2 saylı Direktivdə Azərbaycanın dörd müxtəlif hissəyə parçalanması xatırlanır, Talış-Muğanın, Ləzgistanın, Qarabağın, Gürcüstanın (?) adları çəkilir. Eynilə RF-da da belə məsələ qoyulur; ölkənin 89 subyektində dağıntı törətmək, dini qarşıdurma yaratmaq, nəhayət RF-nı altı hissəyə parçalamaq və s. Daha sonra Türkiyədə də belə parçalanmanı və dövlətçiliyi məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Maraqlıdır ki, Türkiyə Parlamentində 170 deputat Fətullah Gülənin pulu və təbliğat maşını ilə seçilib (Eynilə 2000-ci ildəki kimi).
Araşdırma materiallarına görə, Fətullah Gülənin Azərbaycanda mühüm adamları ələ almaq, onları ram etmək və yüksək vəzifələrə təyin etmək, ali zabit rütbələri verərək irəli çəkmək… sonda öz gərəkli məqsədlərinə yönəltmək kimi “Xüsusi proqram”ları var.
Azərbaycanda bu gün hərtərəfli gücə malik olan şəxslərin “Nur”çular tərəfindən ram edilməsi əsas işlərdən biri olub. Məsələn, Türkiyə MİT-nın ölkə mətbuatında yayılan məlumatlarına görə, Azərbaycanda hər tərəfli gücə və iş qabiliyyətinə malik 327 nəfər strateqdən cəmisi 21 nəfəri ram edilməyib. Bu 21 nəfər Fətullah Gülənçilərdən nifrətlə üz çeviriblər, onları qovublar və nəticədə bu 21 nəfər strateji şəxs bu addımları ilə Vətənə, ölkəyə, millətə, dövlət başçısına, öz milli ideyalarına sadiq qaldıqlarını nümayiş etdiriblər. Mən onların adlarını çəkmirəm. Bunun mənə aidliyi yoxdur…
Lakin bir strateji obyektin üstündə dayanmaq istərdim. O da SOCAR neft şirkətidir. Qeyd edim ki, 2014-cü ildə Fətullah Gülənin SOCAR-ı dağıtmaq, onun funksiyalarını məhv etmək proqramı var idi. SOCAR-ı təsir dairəsinə salmaq, onun cərgələrində “Nur”çu təlimi görmüş şəxsləri yerləşdirmək, nəticədə şirkətin maliyyə və xarici sərmayələr sistemində əyləşmək… Fətullah Gülənin ciddi maraqlarında olub. Lakin son anda öz tərəfdarlarına ciddi xəbərdarlıq edib: “…Siz SOCAR-ı ram edə bilmədiniz…”
Qeyd edək ki, Türkiyənin MİT-nın və RF-sının Federal Təhlükəsizlik Xidmətinin sənədlərində maraqlı açıqlamalar var. Fətullah Gülən “Prizma” əsərində yazır ki, keçmiş ittifaqın cərgəsində dayanan Azərbaycan yanacaq resurslarının bütövlüklə nəzarətə alınması “…dostlarımızın yanında nəzər-diqqətimizi daha da artıracaq…” Dostlarımız deyəndə şübhəsiz ABŞ-ın təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabitlərini nəzərdə tutur…
Başqa bir əsərində isə yazır: “…Mən Azərbaycanı sevə bilmədim və ona nifrət etməklə kifayətləndim…” (Bax: Fətullah Gülən: “Fəsildən fəsilə”.)
Əslində Azərbaycanın ağlı başında olan vətəndaşları da sizi sevmir, sizə nifrət edir!
Yadınızdadırsa bu ilin əvvəllərində istintaqı başa çatan RF-nın Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən 180 qeyri-hökumət təşkilatlarının 102-si Fətullah Gülən tərəfindən qeydiyyatdan keçirilib və onun maliyyə dəstəyi ilə işə başlayıblar. Həmin istintaq materiallarının arasında maraqlı materiallar var. Məhz bundan sonra məlum oldu ki, RF-nın adları qeyd olunan qeyri-hökumət təşkilatları Rusiyanın yanacaq resursları ilə bağlı ən ciddi və dövlət əhəmiyyətli materialları bilavasitə “Nur”çulara satmaqla məşğul olublar.Materiallar sırasında, Rusiya “Nur”çularının verdikləri məlumatlara görə, Azərbaycan “Nur”çuları erməni separatçılarının Azərbaycanın işğal olunmuş ərazilərindəki qoşun kontingentinə maliyyə yardımları etməklə də məşğul olublar.
… Məsələ həm ciddi və həm də mürəkkəb olaraq qalır. Həm Türkiyə, həm Qazaxıstan dünyada mənəvi və psixoloji terrorun atası hesab olunan, insan mənəviyyatını və ləyaqətini alçaldan, onun adət və ənənəsini təhqir edən, onun inanc və güman yerlərini məhv etməyə çalışan “Nurçu Camaatı”nı Beynəlxalq Terror Təşkilatları sırasına salmağı ABŞ Dövlət Departamentindən istəyiblər. Şübhə etməyək ki, Azərbaycan tərəf də bu çağırışa qoşulacaq. Çünki “ASALA” kimi ciddi terror təşkilatını ABŞ Dövlət Departamentinin “Terror təşkilatları” siyahısına salan məhz Azərbaycan tərəfi olmuşdur.

Rövşən Novruzoğlu
Milli Təhlükəsizlik üzrə ekspert, politoloq
Azpolitika.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru