Fədail Rəhimova bağlı “forma biznesi”: - Bakı Tikiş Evinin keyfiyyət və kəmiyyət maxinasiyaları
Tarix: 30-08-2016, 09:23 | Çap et
Yeni dərs ilinin başlanması valideynlərin qayğısını artırmaqla yanaşı, ölkə mətbuatına da mövzular verəməkdədir. Həmin ənənəvi mövzulardan biri isə respublika üzrə məktəbli formalarının yeganə istehsalçısı olan Bakı Tikiş Evinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Məlumat üçün bildirək ki, ötən saylarımızda Bakı Tikiş Evinin bu gəlirli sahəni inhisara almasından və adıçəkilən müəssisədə baş alıb gedən korrupsiya hallarından bəhs etmişdik. Cumhuriyyet.az-a daxil olan yeni məlumatlar isə mövzuya təkrarən qayıtmağımıza səbəb oldu. Özündə Bakı Tikiş Evinin ilginc maxinasiyalarını əks etdirən həmin məlumatlarda iddia edilir ki, əslində BTE iddialarının əksinə olaraq məktəbli formalarının tikilməsi üçün parçanı Türkiyədən yox, Çindən alır. Bununla bağlı cumhuriyyet.az-a danışan mənbənin sözlərinə görə, təkcə bu maxinasiyadan Bakı Tikiş Evinin rəhbəri Fədail Rəhimov küllü miqdarda vəsait qazanır: “Bakı Tikiş Evinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, parçanı Türkiyədən gətirdirlər. Amma bu heç də belə deyil. Əgər parça həqiqətən də Türkiyədən alınsaydı o zaman məktəbli formaklarını 45 manata satışa çıxartmaq Bakı Tikiş Evinə sərf etməzdi. Əslində isə alıcılara “türk malı” kimi sırınan həmin parçalar Çindən çox ucuz qiymətə alınır, tikildikdən sonra bazara 45 manata təqdim olunan məktəbli formalarının isə maya dəyəri çox aşağıdır. Elə bunun da nəticəsində Fədail Rəhimov hər mövsümdən kifayət qədər gəlir götürür”. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin parçaların Türkiyədən deyil, məhz Çindən gətirilməsindən xəbərdar olduğunu bildirən mənbəmiz tərəflərin anlaşdığını iddia edir: “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları Bakı Tikiş Evində yoxlamalara başlasa təkcə bu yox, digər şok maxinasiyaların da üzərinə işıq düşər. Amma görünür, komitə sədriRamiz Həsənovla BTE sədri Fədail Rəhimovun dostluğu belə yoxlamaların keçirilməsini imkansız edir”. Onu da bildirək ki, BTİ-nin fəaliyyəti ilə bağlı ölkə ictimaiyyətinin də fikri qənaətbəxş deyil. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun cumhuriyyet.az-a bildirdiyinə görə, məktəbli formalarının qiyməti normalara uyğun gəlmir: “Burada monopoliya elementləri var. Məktəbli formalarının standartları hazırlanmalı və həmin standartlara uyğun formalar da bazara çıxarılmalıdır. Standarta uyğun olmayanlar isə ləğv edilməlidir. Kim hansı ölkədən istəyir, mövcud standartlara uyğun mal gətirməlidir. Həmin mallar isə yoxlanılmalıdır. Əgər bu cür ədalətli rəqabət olarsa, qiymətlər də özü-özünə aşağı düşər. Yəni bir məktəbli formasının qiyməti 35-45 manat yox, 20-30 manat olar. Lakin özünün üstün mövqeyini və arxasında dayanan qüvvələri üstün tutan Bakı Tikiş Evi öz şərtlərini istehlakçılara diktə edir və qiymət siyasəti yeridir. Bu, dövlətin apardığı siyasətə, bazar prinsiplərinə, bazarın liberal olmasına ziddir. Bu, səhv bir siyasətdir. Qiymətlər ən azı 50 faiz aşağı endirilməlidir. Yaxud azad bazar iqtisadiyyatına uyğun iş aparılmalıdır. Hazırkı qiymətlər əhalinin sosial müdafiəsinə zidd bir qərardır. Məktəbli formalarını inhisara alan şəxslər özlərini yığışdırmalıdır”. Qeyd edək ki, bu günlərdə Bakı Tikiş Evinin(BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, sonuncu devalvasiyadan sonra məktəbli formalarının qiymətlərində bahalaşma olub. Onun sözlərinə görə, 1-6-cı siniflər üçün olan kostyumların qiyməti 34 manatdan 37-yə, 7-11-ci sinif şagirdləri üçün olan kostyumların qiyməti isə 43 manatdan 46 manata yüksəlib. Qiymətlər 3 manat bahalaşıb”. Bakı Tikiş Evinin rəhbərliyinə qarşı irəli sürülən ittihamlardan biri isə vergidən yayınma ilə bağlıdır. Hər mövsümdə 100 mindən artıq məktəbli forması istehsal edən və 45 manata satan BTE-nin bu işdən götürdüyü məbləğ 4 500 000 (4 milyon 500 min manat-red) manatdır. Amma BTE bu qazancın müqabilində dövlətə nə qədər vergi ödədiyini açıqlamır. Hesab edirik ki, bu məqam araşdırılarsa ortaya böyük yeyinti faktları çıxa bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|