BMW-nin Azərbaycandakı dileri oğurluq avtomobillər də satır? - İDDİA
Tarix: 10-08-2016, 09:43 | Çap et
Bu ilin aprel ayında ölkə mətbuatında İmprotex şirkəti ilə bağlı ilginc məlumatlar yayılmışdı. Qafqaznews.az-ın məlumatlarından da istifadə olunan, amma istinad mədəniyyəti unudulan həmin yazıda bildirilirdi ki, “BMW Group”-un maliyyə hesabatlarını incələdikdə orada nə Azərbaycanın, nə də “İmprotex Motors”un adı var: “Bir neçə ölkədə zavod və şöbəsini açan şirkət bizə yaxın ölkələrdən Rusiya və Türkiyə ilə əməkdaşlıq edir. Əsasən Rusiyaya avtomobillər şirkətin Avstriyada olan zavodundan gətirilir. Kalininqrad şəhərində yerləşən şöbədən “BMW Group”-a məxsus avtomobillər almaq üçün hər cür imkan yaradılıb. Bunun üçün Rusiyadakı şirkətə məxsusi bank da açılıb” (bizdə istinad mədəniyyəti olduğuna görə, bildiririk: bu çıxarış meydan.tv saytından götürülüb).
Sözügedən araşdırma yazısında həmçinin qeyd olunur ki, “BMW Group”-un səhifəsində axtarış apardıqda “İmprotex Motors”un adı bircə dəfə sadəcə yerli diller kimi çəkilir: “O da “Mini” avtomobillərinin 2012-ci ildə Bakıya humanitar yürüşü çərçivəsində”. Qeyd edək ki, sözügedən şirkətin oğurluq avtomobillər də satması ilə də bağlı iddialar var və həmin informasiya ilə bağlı araşdırmanı cəmiyyətə ilk təqdim edən resurs da (“Meydan TV” əməkdaşının sadəcə “mətbu orqan” deyə yazmaqla kifayətləndiyi), Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytı olub. Biz avqustun 9-da “İmprotex Motors”un satış meneceri Elşən Məmmədovla əlaqə saxlayaraq, həmin şirkətin həqiqətənmi BMW-nin distribüteri olduğunu soruşduq.
“Bizim şirkət 1998-ci ildən BMW-nin Azərbaycanda idxalçısıdır. 2018-ci ildə 20 il tamam olacaq. Müqaviləmiz davamlı olaraq yenilənir. Rəsmi dilerik və bunu bmw.com saytından da dəqiqləşdirə bilərsiniz. Həmçinin, Bmw.az saytı da bizimdir”, – deyə E.Məmmədov Qafqaznews.az-a bildirdi. Biz yoxladıq və həqiqətən də, sözügedən saytın ölkələr siyahısında Bmw.az saytı açıldı və əlaqə bölməsində isə yeni pəncərədə “İmrprotex Motors”un saytı ilə qarşılaşdıq. Lakin təəssüf ki, şirkət nümayəndəsi oğurluq avtomobil satışı məsələsini şərh etmədi.
Xatırladaq ki, 2015-ci il fevralın 25-də Qafqaz Xəbər Agentliyinin Kavkaznews.az saytında ““Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?” başlıqlı araşdırma yazısı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, vəkil İlham Məmmədov Qafqaz Xəbər Agentliyinə müraciət edərək, maraqlarını təmsil etdiyi şəxsə “İmprotex Motors” tərəfindən oğurluq avtomobil satıldığını deyib: “Mənim adını hələ ki, demək istəməyən müştərim dələduzların qurbanı olub. 12 aprel 2013-cü ildə mənim müştərim Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş BMW markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib.
Razılaşmadan sonra, mənim müştərim təklif edir ki, alqı-satqıdan öncə, bu avtomobil BMW-nin Azərbaycanda rəsmi dileri olan “Improtex Motors” şirkətində texniki baxışdan keçirilsin. Və Aqil Məmmədov razılaşır”. Vəkilin bizə bildirdiyinə görə, “Improtex Motors”da texniki baxış aşağıdakı qaydada aparılır: “Avtomobilin bütün detalları yoxlanılır. Yoxlamanı eyni vaxtda bir neçə usta aparır. Onlardan hər biri öz rəyini növbə rəisinə bildirir. Növbə rəisi isə ümumi rəyi sifarişçiyə çatdırır.
“Improtex Motors” şirkətinin növbə rəisi Həsən Ağaverdiyevin mənim müştərinə təqdim elədiyi aktda avtomobildə bir qədər texniki nasazlıq olduğu göstərilib və onu da şirkətdə asanlıqla aradan qaldırmaq mümkün olması qeyd olunub. Mənim müştərimə hətta nasazlığı aradan qaldırmaq üçün tələb olunan məbləği də bildiriblər”. Məmmədovun sözlərinə görə, texniki baxışdan sonra onun müştərisi və Aqil Məmmədov alqı-satqı üçün ölkənin Baş Dövlət Yol Polisinə (BDYP) gedirlər. Müxbirimizin “Nə üçün alqı-satqıya görə BDPY-ə gediblər?” sualına vəkil belə cavab verib: “ Bilmirəm. Bu ümumi praktikadır”.
Sonra vəkil qeyd edib ki, avtomobili alarkən mənim müştərim avtosalonun sahibi İslamdan 2-ci açarı tələb edib. İslam isə bildirir ki: “Açar i5-mintib. Siz narahat olmayın, biz sifariş eləmişik, tezliklə açar hazır olacaq”. Vəkil bildirib: “Alqı-satqıdan sonra mənim müştərim dostları ilə görüşüb. O aldığı avtomobildəki nasazlıq barədə dostlarına danışanda onlar tanış ustaya müraciət etməyi məsləhət biliblər. Çünki həmin usta bu işi iki dəfə ucuz eləyir. Mənim müştərim də həmin ustanın yanına gedib”.
Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta bildirib ki, alınan avtomobil oğurluqdur: “ Abtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem BMW şirkətinə imkan verir ki, oğurlanmış avtomobili harda olsa da yerini müəyyən eləsin. Bundan sonra mənim müştərim “Improtex Motors” şirkətinə gedərək yoxlamanı keçirmiş ustadan izahat tələb edir. Usta mənim müştərimə bildirib ki, mən yoxlama vaxtı bu nasazlığı gördüm və bu barədə növbə rəisi Həsən Ağaverdiyevə məlumat verdim”.
Məmmədovun bizə dediklərinə görə, Həsən Ağaverdiyev ustanın dediklərini təsdiq edib: “Ancaq Ağaverdiyevin özünün dediyinə görə, o, ustanın dediklərinə fikir verməyib”. Kavkaznews.az-ın müxbiri “Siz bu barədə avtomobilin keçmiş sahibinə xəbər eləmisinizmi?” sualına vəkil belə cavab verib: “ Bəli, biz Aqil Məmmədova və onun atası Qobustanın icra başçısı Adil Məmmədova xəbər eləmişik. Ancaq onlar bizim dediklərimizə əhəmiyyət verməyiblər”.
Vəkil həmçinin qeyd edib: “Mənim müştərim DİN-ə ərizə yazıb. Məktub araşdırılmaq üçün yaşayış yeri üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilib. 22-ci bölmənin rəhbərliyi məktubu Binəqədi prokurorluğuna göndərib”. Müxbirimizin “Nə üçün Binəqədi prokurorluğuna?” sualına vəkil belə cavab verib: “ Bunu bizə belə izah elədilər ki, avtomobilin alqı-satqı olduğu BDYPİ Binəqədi rayonu ərazisində yerləşir”. Vəkil qeyd edib ki: “Nəticədə prokurorluq işi BDYPİ-ə göndərdi. Baş İdarənin müstəntiqləri bildirdilər ki, inanmırlar ki, avtomobil oğurluqdur, ona görə ekspertiza təyin elədilər. Ekspertiza avtomobilin oğurluq olduğunu təsdiq elədi və iş prokurorluq orqanlarına göndərildi. Prokurorluq isə işi Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi. Mənim təkidli tələblərimdən sonra 5 aprel 2014-cü il tarixdə, yəni 1 il sonra avtomobilin oğurluq olduğu məlum oldu və cinayət işi açıldı”.
Kavkaznews.az-ın müxbirinin “Cinayət işi açılıbsa daha niyə şikayət edirsiniz?” sualına vəkil belə cavab verdi: “Cinayət işi açılmasına baxmayaraq müstəntiqlər heç bir araşdırma aparmır. Biz Improtex Motors-un rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb elədik, hansıki bizi aldadıblar. Müstəntiqlər isə bildirdi ki, maşını oğurlayan şəxsi tapmaq lazımdır. Həqiqətən də oğrunu həbs elədilər. Ancaq 2 gün sonra sərbəst buraxdılar”. Vəkil bizə bildirdi ki, istintaqın aparılması müstəntiq Vüsal Məhərrəmova tapşırılmışdı: “Sonra istintaqın aparılması Həbib Həbibliyə həvalə olundu. Bizim təkidli tələblərimizə baxmayaraq, müstəntiqlərin hər ikisi mənim müştərimlə avtomobili satan Aqil Məmmədov arasında üzləşmə keçirməkdən imtina edirlər”. Biz İlham Məmmədovdan onun dediklərini təsdiq edən sənədləri tələb elədik. O, bizə Həsən Ağaverdiyevin imzası ilə “Improtex Motors” şirkətinin avtomobilin yoxlanması ilə bağlı arayışını təqdim elədi. Həqiqətənmi, müstəntiqlər Vüsal Məhərrəmov və Həbib Həbibli müştəri ilə Aqil Məmmədov arasında üzləşmə keçirmək istəmirlər?
Bu suala cavab aımaq üçün Vüsal Məhərrəmova müraciət eləsək də, o, suala cavab verməkdən imtina elədi. Onda biz Həbib Həbibliyə müraciət elədik. O, Kavkaznews.az-a bildirdi ki: “Mən nə üçün Aqil Məmmədovla avtomobilin indiki sahibi arasında üzləşmə keçirməliyəm? Onlar heç vaxt görüşməyiblər”. Aqil Məmmədov isə müstəntiqin dediklərin inkar elədi: “Mən avtomobilin inidiki sahibi ilə alqı-satqı zamanı görüşmüşəm”.
Müxbirimizin “ Sizin satdığınız avtomobil həqiqətənmi oğurluq olub?” sualına Aqil Məmmədov belə cavab verib: “ Bəli. Mən bu avtomobili Improtex Motors-un rəsmi dileri Ülvi Nəsibovdan almışam”. Biz Improtex Motors servisin növbə rəisi Həsən Ağaverdiyevlə də əlaqə saxlayaraq ortaya çıxmış problemin nə üçün aktda əsk olunmadığını soruşduq. O, bildirdi ki: “ Bu sadəcə xırda bir anlaşılmaqzlıq olub. Onu da bildirim ki, avtomibillə bağlı akt İlham Məmmədovun müştərisinə deyil, Aqil Məmmədova təqdim olunub”.
Müxbirimiz “Axı, İlham Məmmədov onun müştərisinin xidmət haqqı ödəməklə “Improtex Motors” şirkətinin avtomobilin yoxlanması ilə bağlı verdiyi sənədi və sizin imzanız olan aktı bizə təqdim elədi” qeydinə Həsən Ağaverdiyev “ O rəsmi sənəd deyil” deyərək dəstəyi asdı.
Bütün bunlarla bağlı peşəkar hüquqşünaslar birliyinin sədri Tağı Hüseynov Kavkaznews.az-a bildirib ki: “Improtex Motors şirkəti ilham Məmmədovun müştərisinə dəyən zərəri ödəməlidir. Zərərçəkən tələb edərsə dəyən mənəvi ziyan da ödənilməlidir”. Tağı Hüseynovun sözlərinə görə, müstəntiq Həbib Həbiblinin dedikləri gülməlidir: “ Əgər alqı-satqı avtomobilin indiki sahibi ilə Aqil arasında olubsa, onlar necə görüşməyə bilərdilər?”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|