Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

VAXT EHTİYACI
Tarix: 27-10-2011, 12:15 | Çap et
VAXT EHTİYACI

Şahin Ağabəylidən yazmaq üçün onun ölümünəmi ehtiyac var idi?

Bir neçə gün əvvəl Azər zəng etmişdi. Ordan-burdan danışdıqdan sonra dedi ki, bəs unutmamısan da, ayın 27-si Şahinin ilidir: «Xüsusi buiraxılış hazırlayırıq. Sən də bir yazı ver». Mən də dedim ki, yox, unutmamışam, yazını da yazaram.
Amma yalan danışırdım. Unutmuşdum. Şahini yox, Şahinin yoxluğunun üstündən bir il keçməsini. Necə xatırlaya bilərdim ki?.. Ölümünə inanmadığın adamın, ölümünün bir ilini necə xatırlaya bilərsən ki?..
Ondan sonra Azərlə iki dəfə də telefonla danışdıq. İkinci dəfəsində mən zəng etmişdim. Yenə də yalan söylədim. Yazını yazmaya-yazmaya, dedim ki, bu gün yollayacam e-mailinə. Yollamadım. Sonuncu dəfə də Azər zəng elədi. Yenə də başqa səbəblə. Və yenə də yazını gözlədiyini bildirdi. Mən yenə də arxayın elədim ki, narahat olma. Yazı hazırdır. Amma yenə də yalan danışırdım. Yazı hazır deyildi. Yazını yaza bilməmişdim. Və yaza biləcəyimə də gümanım yox idi.
Öz-özümdə fikirləşirdim ki, yəqin indi Azər mənim barəmdə başqa fikirdədir. Yəni deyir ki, Məhəmmədin əlində yazı yazmaq nədir ki, niyə yubadır… Yox, Azər də məni yaxşı tanıyır. Az müddətlik yoldaşlığımız olsa da, yaxşı bilir ki, mənim əlimdə yazı yazmaq asan bir məsələdir. Amma bu dəfə o məndən yazı istəmir axı…

*****

Yox, bu dəfə mən pas. Alınmır. Bir neçə dəfə cəhd etməyimə baxmayaraq, yenə də alındıra bilmədim. Öyünmək olmasın, həmkarlarım mənim yazı sürətimə və yazılarımın keyfiyyətinə bələddirlər. Amma bu dəfə hamını yanıltdığımın fərqinə vardım. Yaza bilmirəm. Alınmır. Mənlik iş deyilmiş. Qardaş itkisini qələmə almaq hər oğulun işi deyil.
Yox, birinci dəfə yazdığım yazı deyildi ki… Göz yaşım idi. Artıq bu bir ildə hər addımda yadıma düşən Şahin üçün o qədər ağlamışam ki, daha gözümün yaşı da qalmayıb. Ki, onu bu dəfə də Azərə yazı kimi sırıyım.

*****

Qoy, bir arxivə baxım. Bəlkə internetdə eşələnim. Görüm, hansı dahi haqqında nələri yazıblar, mən də onları oğurlayım, adları dəyişim və öz yazım kimi Azərə verim. Onsuz da Şahin elə bir adam idi ki, başqalarının barəsində deyilmiş bütün xoş sözləri onun da ünvanına söyləmək olar.
Axtarış verdim. «Qəhrəman», «dahi» sözlərini yazıb «google.az»da axtarmağa başladım. Bir nəticə olmadı. Yenə də yük üstümdə qaldı. Şahin boyda yük. Yazmalı idim. Göz yaşı axıtmalı idim.

*****

Nə zamansa ağlıma belə gəlməzdi ki, Şahin haqqında yazı yaza bilərəm. Açığı deyim ki, sağlığında belə bir istəyinin olduğunu dəfələrlə hiss etmişdim. Bəs necə, adam lider olmaq istəyirdi. İstəyirdi ki, bir mübarizənin önündə getsin. Sıradan birisi deyildi mənim qardaşım…
Mən də ya paxıllığımdan, ya da xəsisliyimdən guya ki, bunun bu dostdan umulan istəyini duymurmuş kimi davranırdım. Bir dəfə, təxminən 5-6 il əvvəl, mənə dedi ki, barəmdə bir yazı yaz. Mən də zarafata salıb dedim ki, tələsmə, öləndə yazaram. O da mənə dedi ki, yox, ona qalsa, sənə mənim barəmdə yazı yazmaq qismət olmayacaq…
İndi görürəm ki, Şahin mənə yalan danışıb. Artıq özüm də bilmədən onun barəsində ikinci yazını yazıram. Amma onu liderliyə, siyasətə daşıyacaq yazını yox, onun yoxluğunu ovunduracaq bir yazını yazıram.
Lənətə gəlsin belə dünyanı…

*****

13 il dostluğumuz oldu. Əslində xarakterlərimizdə yetərincə fərqlər var idi. Amma yolumuzun birliyi bizi bir araya gətirmişdi. Və 13 il onunla yoldaşlığımız oldu. Səngərlərimizi ara-sıra dəyişsək də, ayırsaq da, hədəfimizi dəyişmədiyimizdən, hər dəfəsində yenidən bir yerdə «yola davam» dedik.
Deyirdi ki, əksəriyyət «səninlə mənim bir yerdə olmağımızı istəmir». Deyirdi ki, «əgər biz bir yerdə yenidən bir işin qulpundan yapışsaq, çoxları bundan narahat olacaq».
Sonra razılaşıb, «Milli Yol»u yenidən bərpa etmək qərarını verdik. Şüarımızı da seçmişdik. Seçmişdik deyəndə, oğurlamışdıq: «DURMAQ YOX, YOLA DAVAM».
Nəinki yolumuza davam edə bilmədik, heç bizi hərəkət etməyə qoymadılar. Başımızdan elə basdılar ki, ikimiz də yerimizdə qaldıq. Qəzetlərdə ««Milli Yol» yenidən qayıdır» anonsu da yalan çıxdı.
Anladım ki, düz deyirmiş. Bizi bir yerdə görmək istəmirlər. Bu, kimlərisə narahat edir. Ona görə də bu birlik niyyətinin bədəlini ağır ödəməli oldum.

*****

Yox, deyəsən, mən Şahin barəsində daha yazı yaza bilməyəcəm. Yox, inanın ki, bu dəfə də ona paxıllıq edirəm, həsəd aparıram. O, artıq yoxdur. Hətta yoxluğuna belə paxıllıq edirəm. Necə də rahatdır. Daha onun boynuna yük olmayıb ki, Məhəmmədin ölümünə yazsın. Mənim boynuma yük olub ki, onun ölümünə yazım.
Burada da məni qabaqladı. Necə ki, məndən bir il tez dünyaya gəlmişdi, məndən hər işində öndə idi. Eləcə də ölüm məsələsində məni üstələməyi bacardı.
Mən pas. Qardaş, daha geri dönə bilərsən.

*****

Azərə bilmirəm nə deyəcəm. Onu necə inandıracam ki, mən artıq Şahin haqqında yazı yaza bilmirəm. YAZMAQ İSTƏMİRƏM. Ağırdır mənə. Bunu bacarmıram.
İnanmayacq ki… deyəcək, yəqin tənbəllik edirəm. «Məhəmmədin əlində yazı yazmaq nədr ki» deyib, qaramca deyinəcək də.
Amma inan, bacarmıram. Mənim əlimdə yazı yazmaq çox çətin bir işdir, qardaş. Buna özüm də şahid oldum.

*****

Bir ilə bax, ey… Mən bu günləri başa düşə bilmədim də. Elə qaçırlar ki, elə bil harasa tələsirlər. Sanki insanların ölüm anınını tezləşdirməyə tələsirlər. İnsanlara yazılan ömrün daha tez bitməsinə tələsirlər.
Şahinə də 34 illik ömür yazılıbmış. İllərə, aylara, günlərə bax, ey… Nə tez yetişdirdilər bu tarixi. İmkan da vermədilər ki, oğlunu böyütsün. Hələ arzularını demirəm. Ona görə də, gözümün düşməni saatdır. Dostlar da bilir ki, qolumda belə saat gəzdirmərəm. Sevmirəm də bu fələyin axarını…

*****

Şahini birinci dəfə «Azadlıq» qəzetinin redaksiyasının çayxanasında görmüşdüm. Onda bığları da var idi. Bir az da Ərdoğana oxşayırdı. Doğrudur, o vaxtlar Ərdoğanı tanımırdım. Bəlkə də Şahin Türkiyə mühitində uzun müddət yaşayan birisi kimi Ərdoğanı tanıyırdı. Amma mən tanımırdım. Ərdoğan geniş planda peyda olandan sonra bir dəfə Şahinə qayıdıb dedim ki, «sənin də Ərdoğan versiyan var idi ha, qaqa»… Dedi ki, yenə bığ saxlamaq fikrindədir. Amma imkanı olanda.
İmkan deyəndə, pul-paranı nəzərdə tuturdu. Deyirdi, «köhnə kişilər bığa qulluq ediblər, bizimki bığ deyil, burnun altında tük topası».
İmkanı olmadı. Gedəndə də möhtac getdi. Möhtac olmasaydı, qardaşımın o ölüm yolunda nə işi var idi ki?.. Elə bizim hər birimizi ehtiyac yıxdı və yıxacaq.

*****

Arabir köhnə günləri yada salrdıq. Ən xoşladığımız yer «Torqovı» küçəsi idi və orada gün ərzində az qala 5-6 saat yol ölçərdik. Nəsimiinin heykəlinin yanından start götürüb, «Kukla teatrı»nın qarşısındakı keçidə qədər gün ərzində bəlkə də 20-30 dövrə vurardıq.
Hər dəfə qabaqda gedərdi. İkimiz də bilirdik ki, bolluca vaxtımız var. Əslində heç bir işimiz yoxdur. Eləcə vaxt öldürməyə gəlmişik. Amma vaxtı da tələsə-tələsə öldürürdü. Deyirdim ki, hara tələsirsən, asta get, mən də çatım.
Hər dəfə də bir Türkiyə mahnısını zümzümə edərdi. Əhməd Qayanı ilk dəfə onun zümzümələrindən tanımışam. O Əhməd Qayadan oxuyanda acığıma gedərdi. Deyirdim ki, «o lənətə gəlmiş türk düşmənindən oxuma». Deyirdi, «Əhməd Qaya bir başqa aləmdir, məni onun fikirləri yox, fikirlərinə olan münasibəti maraqlandırır».
Yenə də acığıma gəlirdi. Amma indi başa düşürəm ki, o, özünün inqilabçı ruhunun musiqili ifadəsini Əhməd Qayada tapırdı. Hətta fərqinə varmırdı ki, Əhməd Qayanın musiqilərinin körüklədiyi ocağın tüstüsü onun da canından artıq sevdiyi millətini kor qoya bilər. Amma yenə də o bir Əhməd Qaya vurğunu idi. Çünki o, öz aləmində başqa bir Əhməd Qaya yaratmışdı.

*****

Bilmirəm, onun adını kim qoyub. Amma onu bilirəm ki, «hər kəs adının yaratdığı mahiyyətə uyğun formalaşır» ifadəsi doğru ifadədir və Şahinə Şahin adını qoyan yanılmayıb.
Tam Şahin idi. Həyatını da Şahin kimi yaşadı. Şahin həyatı yaşadı. Hər zaman zirvəyə can atdı.
Kimin sözüdür bilmirəm. Amma tam olaraq Şahinə uyğun gəlir. Deyirlər ey, şahinlər zirvəyə enirlər, amma ilanlar zirvəyə sürünə-sürünə qalxırlar.
Bax, Şahin zirvəfə enənlərdəndir. Yəni onun enişi belə onu zirvəyə qaldırdı. Sürünməklə heç arası olmadı. Sevmədi sürünməyi. Elə hakimiyyətdə olmaq istəyirdi. Arzusu idi ki, hakimiyyət adamı olsun. Onunla bir olanların hakimiyyəti olsun və o da rahat-rahat öz hakimiyyətinə söykənib adamlığını etsin. Arzusu idi.
Eh, o qədər arzuları var idi ki…

*****

İndi də ölümündən bir il ötüb. Azər məndən yazı istəyir. Deyir ki, Şahinin ölümünün ildönümüdür. Düz bir il keçib. Mən də yazı yazmalıyam. Nətər deyim ki, Azər mənim yazım olmayacaq. Elə köhnə yazımı verərsən.
Yəqin ki, Şahin də məndən inciməz. Əşi, inciyir incisin. Özü bizi az incitdi?..
Heç olmasa, əvəz-əvəz olarıq.
Yox, alınmayacaq. Əvəz-əvəz ola bilməyəcəyik. Şahini kim əvəz edə bilər ki? Şahin itkisini nə ilə əvəz etmək olar ki? Bu dəfə də məni məğlub elədin. Dəhşət adam imişsən.
Deyirlər ey, bizdə bir nəfəri dəyərləndirmək üçün onun ölümünü gözləyirlər. Düz deyirmişlər. Eləcə də var imiş. Biz də sıradan birisi olduğumuzu sübuta yetirdik. Sübut elədik ki, Şahinə dəyər biçməyimiz üçün onun ölümünü gözləyirmişik.
Əli qırılsın. Əlimdə nə idi ki?.. sağlığında barəsində bir-iki xoş kəlmə, əslində həm də reallığı yazsaydım, əlim quruyardı… İndi məndə ortaya çıxıb kişilənərdim ki, bax, qrdaşım haqqında hələ sağ olanda bunları yazmışdım.
Eləməmişəm. Nə biləydim ki… Elə bilmişəm ki, vaxtım çoxdur. Şahindir də… durub orda. O sağ, mən də salamat. Vaxtımın çoxluğunu düşünmüşəm. Və yanıldığımı indi-indi anlayıram. Sən demə, mənim vaxtım çox olsa da, Şahinin vaxtı az imiş.
Ona bir azca da vaxt versəydilər, nə olardı ki…

Məhəmməd ƏRSOY -DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru