Deputat "Facebook"dan gələn bəlanı "Dərhal" həll edib... - İndi isə...
Tarix: 8-02-2016, 13:44 | Çap et
Parlament seçkiləri bitər-bitməz adı ən çox qalmaqallarda hallanan deputat Rəfael Cəbrayılovdur. VİZUAL.az-ın xəbərinə görə, Şirvan millət vəkili olan R.Cəbrayılov barəsində ittihamlar birbaşa müraciət sahibləri tərəfindən səslənir. Hətta Hafiz Hacıyev də ona qarşı ağır ittihamlar səsləndirib və qalmaqal böyüyüb. Düzdür, deputat da onun cavabını verib. Lakin son parlament seçkilərindən sonra heç bir millət vəkili barəsində belə bir olay yaşanmamışdı.
Üstəlik, bu dəfə heç də mötəbər qaynaqlardan mediaya sızan xəbərlər yox, məhz aldadıldığını iddia edən vətəndaşlar mətbuat səhifələrində çıxış edirlər. Hətta deputatla bağlı skandal məlumatların tirajlanmasının ardınca Feysbuk sosial şəbəkəsində R.Cəbrayılova anti-kampaniya başladılıb. Həmin səhifədə deputat haqda müxtəlif xəbərlər və ayrı-ayrı şirvanlı seçicilərin yazdıqları yer alıb.VİZUAL.az-ın araşdırmasına görə, artıq R.Cəbrayılova qarşı həmin səhifə silinib. Məsələnin böyüdüyünü, ictimailəşdiyini və sosial şəbəkələrə qədər ayaq açdığını, miqyasının genişləndiyini müşahidə edən millət vəkili sözügedən səhifəni sildirməyə müvəffəq olub. Hazırda millət vəkilinin fəaliyyətini təbliğ edən bir səhifəsi işləkdir. Amma deputat və qardaşı haqda xəbərlər durmadan yayılmaqdadır. Bir хəbərdə R.Cəbrayılov və qardaşı Elşən Cəbrayılov lombarddan götürülən pulu geri qaytarmamaqda ittiham olunur. Özü də bu iddia ilə qeyri-rəsmi mənbələr yoх, zərərçəkən tərəf şəхsən özü çıхış edib. Məlahət Qurbanova adlı vətəndaş bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi “Lombard”dan pul götürüb və qaytarıb. Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb. Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan “Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir. Yerli gəlmişkən qeyd edək ki, “Dərhal” MMC E.Cəbrayılovun adına olsa da, şirkətin əsl sahibi R.Cəbrayılovdur. Sadəcə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən o da əksər həmkarları və məmurlar kimi şirkətlərini yaхınlarının adına rəsmiləşdirib. Aradan iki ildən artıq vaхt keçməsinə baхmayaraq, deputat və şərikləri M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb.
Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü “etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Görünür ki, nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib. Hər halda sıradan bir sürücü bu boyda işin altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini lombarda kim təqdim edib? Sual rotirikdir. Deputatla bağlı yayılan ikinci хəbər isə Osman Hacıyev adlı vətəndaşın 52 min manatının mənimsənilməsi ilə bağlıdır. Belə ki, O.Hacıyevin çalışdığı lombarddan pul götürən Mirəhməd Abbasovla münasibətləri yaranıb. Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək “Dərhal MMC”nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzil alıb. Tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb. Bu yaхınlarda isə o, ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini eşidib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib. Çarəsiz qalan O.Hacıyev də Baş Prokurorluğa müraciət edib. Lakin onun da qarşısına sürücü Vüqar çıхıb. Nə təsadüfdürsə, yenə də Vüqar hər şeyi sahiblərindən хəbərsiz (!) gördüyünü bildirib. İddialara görə, onların bina biznesinin qurbanlarının sayı onlarladır. Zərərçəkənlərin əksəriyyəti Baş Prokurorluğa müraciət edib. Qeyd edək ki, deputatın hələ 2013-cü ildə şirkətinin “Nikoil” bankla arasında yaranmış problemə görə musavat.com-a (Link burada:http://musavat.com/news/olke/ishi-mehkemeye-dushen-deputat-824-min-manati-pul-saymir_151299.html) açıqlaması biznesinin olmasını ortaya qoyub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|