Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Şəmkirdə vəziyyət düzələnə oxşamır - Çünki problem başçıdan qaynaqlanır
Tarix: 2-12-2015, 12:08 | Çap et
Şəmkirdə vəziyyət düzələnə oxşamır
Qeyd edək ki, qəzetimizin ötən saylarında da bu mövzuda bir neçə tənqidi material dərc olunub. Bununla belə, aldığımız məlumatlarda bu da bildirilir ki, şöbənin müdiri Əsgər Ələsgərovun öz fəaliyyətində yol verdiyi bir çox özbaşınalıqların arxasında da məhz Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov durur. Elə dünən redaksiyamıza bu iddiaları əsaslandıran iki yeni müraciət daxil olmuşdur. Bunlardan biri Şəmkir rayon sakini İbrahimli Məmişağa Hafiz oğlunun ölkə rəhbərliyinə ünvanladığı müraciətin surətidir. Bu müraciətdə icra başçısının rayonda sahibkarlığın inkişafı yolunda əngəllər törətməsindən və qeyri-qanuni tikintilərə rəvac verməklə, vətəndaşların hüquqlarının pozulmasından bəhs edilir. Müraciətdə deyilir: “Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edərək, sahibkaralara süni manelər törətməmələri ilə bağlı sərt tapşırıqlar verib. Belə olan halda Alimpaşa Məmmədovun hazırda Şəmkir rayonunda etiraz yaratması, vətəndaşların haqqını, huququnu tapdalayaraq onları dövlətdən narazı salması başa düşülən deyil. Məlumunuz edirəm ki, Azərbaycan Respublikası Gəncə İnzibati-İqtisad Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2-1(83)-878/2015 saylı qərardadına əsasən Şəmkir rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0,0955 ha və 0,0505ha torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması qət edilmişdir. Azərbaycan Respublikası Gəncə İnzibati - İqtisad Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2-1(83)-878/2015 saylı qərardadının icrası Şəmkir rayon İcra Bölməsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Gəncə İnzibati - İqtisad Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2-1(83)-878/2015 saylı qərardadı Şəmkir rayon İcra Bölməsinin əməkdaşları tərəfindən icra olunmur və icra məmurları öz funksional fəzifələrini yerinə yetirmirlər. İş üzrə cavabdeh Şəmkir rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şəmkir rayon şöbəsi Azərbaycan Respublikası Gəncə İnzibati-İqtisad Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2-1(83)-878/2015 saylı qərardadınında göstərilən tələblərə məhəl qoymadan, özbaşına, qərəzli surətdə,bilərəkdən Şəmkir şəhəri, Sabir küçəsində yerləşən 0,0955 ha və 0,0505 ha torpaq sahəsində yenidən tikinti işləri aparılmasına başlamışlar. Dəfələrlə müraciət etməyimə baxmayaraq Şəmkir rayon İcra Hakimiyyətinin rəhbərliyi yenidən qanunsuz, əsassız tikintini aparmaqla nümayəndəmin sahibkarlıq hüququnu pozurlar. Hörmətli prezidentimiz cənab İlham Əliyev məmurlara sahibkarların işlərinə müdaxilə etməməyi sərt formada məmurlara tapşırsa da, məmurlar yenə də öz köhnə repertuarında qalmaqla sahibkarların qanını sovurmağı, onların mülkiyyətini mənimsəməyi davam etdirirlər...” Surəti bizə təqdim edilmiş digər müraciət isə, Alimpaşa Məmmədovun bilavasitə özünə ünvanlanmışdır. Şəmkir rayonunun Bayramlı kəndində yaşayan Cəfərov Zaur Məhəmməd oğlu tərəfindən imzalanmış bu müraciətdə isə, vətəndaş fərdi yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsi almaq məqsədi ilə üzun müddətdir ki ərizələrlə, şikayətlərlə Şəmkir rayon Bayramlı kənd Bələdiyyəsinə, Şəmkir rayon İcra Hakimiyyətinin başçısına çoxsaylı müraciət etməsinə rəğmən hələ də bu problemin öz həllini tapa bilməməsindən, eyni zamanda da Alimpaşa Məmmədovun sakinlərin qayğıları ilə deyil, öz biznesilə daha çox məşğul olmasından söz açır. Müraciətdə deyilir: “Mən hərbi xidmətimi başa vurmuşam, evili deyiləm. Həyətyanı torpaq sahəm, evim-eşiyim olmadığı üçün evlənə də bilmirəm. Mənim çətin maddi durumumu, evsiz eşiksiz olmağımı, işsizliyimi nəzərə alıb, fərdi yaşayış evi tikmək üçün Şəmkir rayonunun Bayramlı kənd Bələdiyyəsinə illərdir ki müraciətlər edirəm. Lakin Bayramlı kənd bələdiyyəsinin sədri mənə Bayramlı kəndində fərdi yaşayış evi
[center][/center]tikdirmək üçün həyətyanı torpaq sahəsi vermək fikri yoxdur. Şəmkir rayon Bayramlı kənd Bələdiyyəsinin sədri mənim ərizə və müraciətlərimə müsbət cavab vermir. Çünki mən kasıb adamam. Bayramlı bələdiyyəsinin rəhbərliyinə veriləsi rüşvət pulum yoxdur. Mən Bayramlı Bələdiyyəsinə həyətyanı torpağının qiymətindən artıq rüşvət pulu vermədiyim üçün düzlərdə qalıb səfil həyat tərzimi keçirməyə məhkum olunmuşam.
Cənab Alimpaşa Məmmədov !
Mən dəfələrlə Sizə torpaq almaq üçün müraciətlər etmişəm. Çünki Siz Azərbaycan Respublikası Prezidentinin Şəmkir rayonundakı nümayndəsisiniz, bütün idarə və təşkilatlar Sizin hüzurunuzda müntəzir dururlar, o cümlədən Şəmkir rayon Bayramlı kənd Bələdiyyəsinin sədri də. Lakin Siz, Alimpaşa Məmmədov mənə kömək etmək əvəzinə heç mənim ərizələrimə belə baxmaq istəməmisiniz. Mən Sizin dəfələrlə qəbulunuza düşüb dərdimi Sizə çatdırmaq istəmişəm lakin, Sizin qəbulunuza düşmək xöşbəxtliyi mənə nəsib olmamışdır. Bir dəfə Sizin müavininiz Qüdrət Əliyevin qəbuluna düşüb ona dərdimi demək istədim, lakin əynimə-başıma və kasıb libasıma tərs-tərs baxab Qüdrət Əliyev məni kabinetinin qabağına çıxıb qapıdan qovdu. Siz Alimpaşa Məmmədovu Azərbaycan Respublikasının Prezidenti bu vəzifəyə nə üçüntəyin edib? Nə üçün Siz Alimpaşa Məmmədov vəzifədə oturub özünüzün şəxsi problemlərinizi həll edirsiniz? Lakin mənim kimi kasıb insanların ahu-zarına, dərdlərinə, məmurlar tərəfindən yaradılmış süni problemlərinə qulaq asmaq istəmirsiniz. Sizin Şəmkir rayon İcra Hakimiyyəti başçısı kimi əməlləriniz xalqı dövlətdən, hökumətdən narazı salır və Siz sosial partlayış yaradılmasına zəmin hazırlayırsınız.

Mən nə qədər Sizin barənizdə Prezident Aparatına şikayətlər göndərməliyəm ki, Siz mənim Konstitusion hüquqlarımı pozmayasınız, mənə rüşvətsiz, şapkasız həyətyanı torpaq sahəsi verilməsinə razılığınızı verəsiniz? Sizi Şəmkir rayon İcra Hakimiyyətinə başçı təyin etməyiblər ki, bəzi çirkin-çirkin işlərlə məşğul olan bələdiyyə sədrlərini və onlar kimi qeyrilərini müdafiə edib onların çirkin əməllərinə haqq qazandırasınız. Sizi 08 oktyabr 2014-cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinə başçı təyin edəndə yəqin ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sizə Şəmkir rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq tapşırığını verməyib. “Sahibkarlıq fəaliyyəti haqqında” 15 dekabr 1992-ci il tarixli Azərbaycan Respublikası qanununun 3-cü maddəsinin 2-ci hissəsinə görə sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır. Bu qadağaya baxmayaraq Siz əsas işinizi və birbaşa funksional vəzifələrinizi yerinə yetirmək əvəzinə, Sizin üçün qadağan olunmuş sahibkarlıqla məşgul olursuz. Bu əməllərinizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə yazmaqla, Sizin qanunsuz işləriniz barədə onlara məlumat verməyi özümə borc bildim”.
Necə deyərlər, burada artıq heç bir əlavə şərhə ehtiyac yoxdur. Amma sadəcə bizim tərəfimizdən. Ümid edirik ki, Şəmkir rayon icra Hakimiyyətinin rəhbərliyi vətəndaşların müraciətlərində irəli sürülən bu ciddi ittihamlara dair müvafiq araşdırmalar aparıldıqdan sonra, məsələyə öz münasibətini bildirəcəkdir. Ayrıca olaraq qeyd etmək istərdik ki, material çapa hazırlanarkən Şəmkir rayonundan daha bir məlumat aldıq. Açıqlamanı verən mənbə bildirir ki, son bir neçə ay ərzində rayonun mədəniyyət və turizm sahəsində çalışan dövlət qulluqçuları öz maaşlarını ala bilmirlər. Bu isə vətəndaşlar arasında böyük etirazların yaranmasına səbəb olub...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru