Şaxta baba deyil... amma o da qış gələndə yada düşür... - "Azəriqaz" şefi yenidən diqqət mərkəzində
Tarix: 29-10-2015, 12:04 | Çap et
Qış yaxınlaşdıqca “Azəriqaz” İstehsalat Birliyindən şikayətlər də artmaqdadır. Şikayətlər isə həm Bakıdan, həm də bölgələrdən gəlir. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1/A ünvanındakı binanın sakinləri 6 ildir ki, yaşadıqları binaya qaz verilməməsindən şikayətlənir. Adıçəkilən binanın komendantı Elnur Hüseynov deyib ki, 4 ilə yaxındır bir çox aidiyyəti qurumlara müraciət etsələr də bunların hamısı cavabsız qalıb: “Bizim yaşadığımız binanı tikən şirkətdən başlayaraq bir çox qurumlara müraciət etmişik. Amma hər dəfə nəticəsiz qalıb. Abşeron Rayon İcra Hakimiyyətinə, Xırdalan icra nümayəndəliyinə, “Azəriqaz”a müraciət etmişik. Neçə ildir bizə deyirlər ki, texniki şərt hazırlanır, iş gedir. Amma ortada heç bir iş, heç bir nəticə yoxdur”. E.Hüseynovun sözlərinə görə, binaya qaz boruları çəkilsə də mənzillərə çəkilməyib: “Balkonlara qədər qaz boruları çəkilib, amma mənzillərə daxil olmayıb. Mənzillərin içində heç nə yoxdur. Ona görə də qış aylarında sakinlər məcbur olub qaz balonlarından istifadə edir. Bu da təhlükəlidir”. Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, MTK tərəfindən tikilən binalara qazın verilməsi məsuliyyətini həmin şirkət daşıyır: “Şirkətlər bina tikəndə “Azəriqaz” İstehsalat Birliyi ilə müqavilə imzalayır və texniki şərt alır, sayğaclar qoyulur. Fövqəladə Hallar Nazirliyi də təsdiqləyəndən sonra binaya qaz verilir. Yəni burada icra hakimiyyətinə aid heç bir iş yoxdur”. “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz qalıb. Binanı tikən “R+R” MTK-nın nümayəndəsi Vaqif Hüseynov isə yalnız sənədlərin hazırlandığını deməklə kifayətləndi: “Sənədlər hazırlanıb, işlər yekunlaşandan sonra binaya qaz veriləcək”. Analoji vəziyyətlə Abşeron “Gənclər şəhərciyi”ndə məskunlaşan sakinlər də üzləşiblər. Onlar illərdir hər havalar soyumağa başlayanda onlara verilən vədlərdən boğaza yığılıblar. Rayonlarda isə Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumun qazlaşdırmanı sürətli apara bilməməsi ilə bağlı şikayətlərin ardı-arası demək olar, kəsilmir. Elə bu yaxınlarda məlum oldu ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması problemi “Azəriqaz” rəhbərliyinin bu bölgəyə qarşı ayrı-seçkiliyi və anlaşılmaz münasibəti üzündən düyünə düşüb. Bölgənin cəmi 3-4 kəndinə qaz verilsə də 20-yə yaxın kənd qazsızdır. Və meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problemi üzündən evlərini tərk edir. Təzəlikcə “Azəriqaz” rəhbəri Əkbər Hacıyev keçirdiyi mətbuat konfransıda elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq və əhali onlardan qaz gözləməsin. Ə.Hacıyev bunu “bölgənin kəndlərinin keçilməz olması və texnikanın işləməsinin çətinliyi” ilə izah edib. Hərçənd ki, bu arqumentin tamamilə əsassız olduğunu bölgənin coğrafi şəraitinə bələd olanlar yaxşı bilir. O vaxt Əkbər Hacıyevin bu bəyanatı Gədəbəy rayon rəhbərliyində də narahatlıq yaratmışdı və onun rəhbərlik etdiyi İstehsalat Birliyinin tabe olduğu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə rəsmi məktub göndərilərək məsələyə izahat verilməsi istənilmişdi. Amma sonradan məlum olmadı ki, SOCAR rəhbərliyi həmin müraciəti necə cavablandırıb. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, hələ bu ilin ortalarında ölkə mətbuatı “Azəriqaz”ın ən çox giley-güzar edilən dövlət qurumlarından biri, bəlkə də birincisidir. Bu İstehsalat Birliyinin rəhbərliyi vətəndaşların şikayət və narazılıqlarını quru vədlərlə ötüşdürməkdə demək olar, peşəkarlaşıb. Halbuki ölkə başçısı son vaxtlarkı çıxışlarında məmurları vətəndaşların problemlərinə qarşı diqqətli və həssas olmağa dəvət edir, əhalini incidən vəzifəli şəxslərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini bildirir. Amma təəssüf ki, “Azəriqaz” da daxil olmaqla, bəzi dövlət qurumları dövlət rəhbərinin xəbərdarlıqlarından, tövsiyə və göstərişlərindən lazımi nəticə çıxarmaqda yubanırlar. Məqamı düşüb, onu da qeyd edək ki, prezident İlham Əliyev Azərbaycanın tamamilə qazlaşdırılması məsələsini ciddi şəkildə qaldırıb və bu prosesin sürətlə həyata keçirilməsini tələb edib. Təəssüf ki, müşahidələr və rəsmi göstəricilər “Azəriqaz”ın ölkə ərazisinin tamamilə qazlaşdırılması istiqamətində üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirdiyini söyləmək üçün əsas vermir. Hesab etmək olar ki, adıçəkilən İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı haqqında danışdığımız neqativ məqamlar, xüsusilə vətəndaşların bu qurumdan şikayətlərinin azalmaq əvəzinə, daha da artması, Azərbaycanın tamamilə qazlaşdırılması istiqamətində prosesin ləng getməsi islahatlar dalğasının “Azəriqaz”a da çatmasına, onun da önəmli kadr və struktur dəyişiklikləri yaşamasına gətirib çıxaracaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|