Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

Sabiq komitə sədri təhlükəli dövlət “orqanları”ndan yazır - İlginc məqamlar...
Tarix: 23-10-2015, 13:05 | Çap et
Sabiq komitə sədri təhlükəli dövlət “orqanları”ndan yazır
Dünyanın bir çox ölkələrdə qanlı müharibələrin, vətəndaş qarşıdurmalarının, siyasi münaqişə və kütləvi qətliamların geniş vüsət aldığı aldığı bir dövrdə xətadan-baladan uzaq firavan həyat sürdüyümüzə görə, məncə, hər gün Uca Yaradana şükr etməli, dinc şəraitdə yaşadığımız hər günün, bəlkə də hər anın qədrini bilməliyik.

Milyonlarla insanın doğma yurd-yuvalarından didərgin düşdüyü, bir tikə çörəyə möhtac qaldığı, körpə balaların aclıq və səfalətdən öldüyü bir dönəmdə hər gün işə gedib sağ-salamat evə qayıtmağın, isti yuvanda ailə üzvlərinlə birgə masa arxasında əyləşməyin, dünyada baş verən qorxunc olayları isti çay içə-içə televizordan izləməyin, gecənin bir aləmi heç kimdən və heç nədən qorxmadan dəniz kənarında təmiz havada gəzməyin qiyməti ödənmizdir. Dünyanın cəhənnəmə çevrildiyi bir zamanda insan üçün bundan böyük səadət ola bilməz. Bu cür firavan həyat sürdüyümüzə, necə deyərlər, cəhənnəm içində bizə kiçik cənnət məkan yaratdığına görə göydə Allaha, yerdə dövlətimizə minnətdar olmalıyıq.


Dövlət başçımız, ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin xalqımız firavan gələcəyi naminə gördüyü işlər öz nəticəsini verməkdədir. Millətinə, dövlətinə sadiq vətəndaşlarla yanaşı, “sapı özümüzdən olan baltalar”ın da yer aldığı cəmiyyəti - dövləti idarə etməyin çətinliyini çox az adam tam mənası ilə dərk edir. Ali baş komandan demək olar ki, hər çıxışında, hər müraciətində harınlayaraq qanunlara meydan oxuyan məmurlara xəbərdarlıq edir, ünvanlı ismarıclar göndərir, bunun onlar üçün heç də yaxşı sonluqla bitməyəcəyini açıq-aşkar bəyan edir. Amma nə edəsən ki, tamahkarlıq bəzi insanların xislətindədir.

Kapitalın əsirinə çevrilmiş, zənginlikdən harınlamış, başı eyş-işrətə qarışmış məmurlar vicdan, mənəviyyat, şərəf və ləyaqət kimi anlayışları çoxdan unudublar. İnstiktlə yaşamaq bir qayda olaraq heyvanlara məxsus keyfiyyətdir. Bununla belə heyvanlarda da bunun bir həddi, hüdudu var. Biz istəsək də, inəyi, öküzü, iti, pişiyi mədəsinin tutumundan çox yeməyə məcbur edə bilmərik. Öküzün ağzını otla doldursan, o, mütləq qeyzlənib artıq olanı kənara tüpürəcək, hələ üstəlik, müxtəlif hərəkətlərə qəzəbləndiyini nümayişkarə şəkildə göstərəcək. İndi gəlin, öküz üzərində sınadığımız bu kişik təcrübəni şüurlu məxluq olan insana tətbiq edək. Heç şübhəniz olmasın ki, canlıların əşrəfi təbiətin bütün qayda-qanunlarına zidd şəkildə davranacaq. Mədəsi dolsa da, gözü doymaq bilməyəcək. Ən son məqamda mədəsinin artıq qidanı həzm etməkdən imtina etdiyini görəndə yediklərini spirtli içkinin köməyi ilə “əritməyə” çalışacaq.

Yaşadığımız dövr üçün kifayət qədər aktual mövzudur. Bu barədə saatlarla danışmaq və yazmaq olar. Amma məni ən çox maraqlandıran bu mövzuda tez-tez adı çəkilən “kapitalizm” adlı yeni sistemin bəzi meyarlarıdır. Əslində termin özü öz mahiyyətini açıqlayır – hər şey kapital naminə, kapital uğruna. Sanki “kapital” dünyanın ən müqəddəs məfhumudur. Sanki bütün bəşəriyyət ona səcdə edir. Sanki həyatda ondana qiymətli, ondan mühüm heç nə yoxdur. Amma bu, qətiyyən yanlış fikirdir. Kapitalizmin əsasını təşkil edən kapitala bu dərəcədə dəyər vermək çox böyük səhvdir. Nə tarix, nə gələcək nəsillər bunu bizə bağışlamaz. Onun uğrunda bu qədər qanlar axıtmağa, bu qədər günahsız canlar almağa, bu qədər insanın ahını üzərinə götürməyə dəyməz. Axı niyə acgöz məmurlar bunu anlamaq, qəbul etmək istəmirlər?

Gözlərini zəif müdafiə olunmuş sosial zümrənin cibinə dikən bu məmurlar onların taleyi ilə oynayırlar. Mal-mülk, var-dövlət sahibi olmaq istəyinin onları uçuruma apardığını anlamırlar. Hərəsliyin bu həyatda hələ heç kimə xoşbəxtlik gətirmədiyini dərk etmək istəmirlər. Qanunsuz yollarla qazanılan kapital sayəsində əvvəlcə vicdan, mənəviyyat, bir müddətdən sonra isə qorxu hissi məhv olur. Qorxu hissi olmadan yaşamaq isə mümkün deyil. Bunun sonu gec-tez faciə ilə bitir. Yəqin ki, faciə deyəndə nəyi nəzərdə tutduğumu anladınız.

Hal-hazırda dünyanın bir çox ölkələrində baş verənləri mavi ekranlardan dəhşət və vahimə içərisində izləyirsiniz. Axı biz özümüz də dünya ictimaiyyətinin ayrılmaz hissəsiyik. Korrupsiya, rüşvətxorluq, qanunlara etinasızlıq kimi viruslardan kimsə bizi sığortalamayıb. Nədənsə məmur libasını geyib əlinə qovluq alan şəxs bir saniyənin içində adi vətəndaş simasını itirir. Həmin andan etibarən onun düşüncə tərzində və davranış qaydalarında köklü dəyişikliklər baş verir. Sanki hardan və necə gəldiyini unudur. Keçmişini, tarixini unudur. Ən nəhayətində insan olduğunu, torpaqdan gəlib torpağa da gedəcəyini unudur. Uğrunda illərlə mübarizə apardığı kürsüyə oturar-oturmaz onu bir neçə “mühüm” məsələ düşündürməyə başlayır: a) əyləşdiyi kürsüyə görə ödədiklərini geri qaytarmaq; b) kürsü sahiblərinin sırasına qatılmaq üçün mümkün qədər çox sərvət toplamaq və s.

Bu ənənə bineyi-qədimdən mövcuddur. Bir zümrənin digər zümrə üzərində hökmranlığı formalaşdığı gündən belə məmurlar ortaya çıxmağa başlayıb. İllər, əsrlər keçib. Quldarlıq feodalizmlə, feodalizm kapitalizmlə, kapitalizm sosializmlə əvəz olunub... Güclü dövlətlər, nəhəng imperiyalar yaranıb. Müxtəlif idarəetmə formaları meydana çıxıb. Hər bir dövlətdə vətəndaşların təhlükəsizliyinə cavabdehlik daşıyan ciddi struktur formalaşıb. İstər dövlət təhlüksizlik komitəsi adını daşısın, istərsə də dövlət təhlükəsizlik nazirliyi – fərq etməz, mahiyyət eynidir.
Biz, ötən əsrin 50-60-cı illərinə aid nəslin nümayəndələri, həyatımızın, demək olar ki, 40-50 ilini sosialist dövlət quruluşunda yaşamışıq. Həmin dövrdə vətəndaş təhlükəsizliyi bütün hakimiyyət strukturları üçün ən az dövlətin təhlükəsizliyi qədər böyük əhəmiyyət kəsb edib. Bura həm təhlükəsizlik orqanları, həm milis orqanları, həm də silahlı qüvvələr aiddir. “Bizim milis bizi qoruyur!” şüarını yəqin ki, xatırlayırsınız. Bunu təkcə milis yox, bütün milli təhlükəsizlik orqanlarında, eləcə də silahlı qüvvələrdə xidmət edənlər qarşılarına prioritet olaraq qoymuşdular. Ordu və çekist sözünü bilməyən vətəndaş tapılmazdı. Bu ifadələr sadiqlik və mənəvi saflıq nümunəsinə çevrilmişdi. ÇEKA-nın (Fövqəladə Komissiya) yaradıcısı F.E.Cerjinski deyirdi: “Çekistin başı soyuq, ürəyi isti və əlləri təmiz olmalıdır!” Tam səmimiyyətimlə deyirəm, adi vətəndaş olaraq biz əsgərimizi də, milisimizi də sevirdik. Lap doğmamız, yaxınımız kimi sevirdik. Onlarla son tikəmizi də paylaşmağa hazır idik. Milisdən qorxmaq ağlımıza belə gəlməzdi. Bu insanları şad günlərimizdə evimizə dəvət edir, sevincimizi, dərdimizi bölüşürdük. Bütün qəsəbəyə, kəndə bircə müvəkkil bəs edərdi. Bu müvəkkil vətəndaşın dar günündə imdadına çatar, onunla duz-çörək kəsərdi...

Bunu yaxın keçmişimizə kiçik səyahət olaraq qəbul edin. Bu elə bir zaman idi ki, hara addım atsan orada hörmət, mənəviyyat, ailə dəyərləri, səmimi dostluq, yoldaşlıq görərdin. Onu da nəzərə alın ki, bütün bunlar sosializmdən kapitalizmə keçid kimi çətin bir dövrdə yaşanıb.
Qayıdaq yenidən yaşadığımız dövrə. Hadisələrin gedişatı bunu deməyə əsas verir ki, bəziləri Prezidentin milli təhlükəsizlik nazirinin vəzifədən azad edilməsi barədə imzaladığı sərəncamı, bu qurumda çalışan yüksəkçinli məmurların – generalların kütləvi həbsinin və baş verənlərlə bağlı başladılan cinayət işinin mahiyyətini hələ də dərk etməyiblər. İndi siz deyin – kapitalı bu qədər çox sevməyə dəyərmi? Ailəsinə çörək aparmaq dərdində olan insanların son tikəsinə göz dikməyə, yaşamaq üçün kifayət edəcək qədər sərvətə sahib olduqları halda rüşvətə qurşanmağa, günahsız insanlara əzab verməyə dəydimi? Axı sizin Suriyanı talayan başkəsən quldurlardan fərqiniz nədir?!

Cerjinskinin dediyinin tam əksini müşahidə edirik – qızmış beyin, buz parçasına çevrilmiş ürək və həm qana, həm də kapitalın kirinə bulaşmış əllər!

Elə zənn etməyin ki, kimsə sizə bata bilməz. Toxunulmaz olduğunuzu düşünürsünüzsə, yanılırsınız. Yanılırsınız, cənab quldurlar! Düzdür, siz çox fəalsınız, amma sayınız azdır. Bəlkə də kapital sevgisi sizdə elə bir təəssürat yaradıb ki, guya sayınız olduqca çoxdur, sizi məğlub etmək mümkün deyil. Amma bu, belə deyil! Qətiyyən belə deyil!!! Cənab Prezident bunu dəfələrlə həm sözlə, həm də əməllə sübut edib. Hamı kimi siz də əbədi deyilsiniz, ölümə məhkumsunuz. Amma öləndə də gərək təmiz vicdanla öləsən. Vətəninin adına ləkə gətirməyən bizim kimi sıravi vətəndaşlardan fərqli olaraq sizin əvvəlcə layiqli şəkildə daşıya bilmədiyiniz rütbəniz əlinizdən, qovluğunuz qoltuğunuzdan alınacaq, sonra isə normal cəmiyyətin düz dibinə kimi enəcəksiniz, uçuruma qədər yuvarlanacaqsınız. Yalnız sahib olduqlarınızı itirdikdən sonra dərk edəcəksiniz ki, mənəvi cəhətdən nə qədər yoxsul və cəmiyyət üçün nə qədər faydasız ünsür imişsiniz.
\\istiqlal.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru