Fərhad Qəribovu qərib günlər gözləyir... - Əgər mandat almasa...
Tarix: 10-09-2015, 12:42 | Çap et
Cənab Qəribovun yenidən seçilmək şansı şox azdır. Buna görə də onun hazırkı narahatlığı haqqında məlumatlar başa düşüləndir.
Kürdəmirin deputat “Qelios” MMC-nin mərhum mühasibi Nadir Kərimovun ölümündən tutmuş “Siqma Layn” MMC-nin kredit fırıldağı və Debutbankla bağlı bir çox sualların cavabını verməlidir. 57 saylı Kürdəmir seçki dairəsindən 2010-cu ildə mandat qazanmış Fərhad Qəribovun yenidən deputat seçilməsi sual altındadır. Məlumata görə, Fərhad Qəribovun yenidən mandat qazanmasına həm seçicilərindən, həm də müəyyən dövlət strukturlarından narazılıq var. Bu isə o deməkdir ki, hörmətli millət vəkilinin yenidən mandat almaq şansı minimumdur. Doğrudur, deputat hələ də nüfuzlu generallardan birinin dəstəyinə malikdir. Ancaq bu dəstək ona mandat qazandıracaq qədər güclü deyil...
Cənab Qəribovun deputat toxunulmazlığı aradan qalxandan sonra isə onun problemləri başlayacaq. Bu istiqamətdə “xeberinfo.com”a səhih məlumatlar daxil olub. Məlumatlarda daha çox deputatın biznesindən, keçmiş Debutbankdakı korrupsiya əməllərindən bəhs olunur.
Məlum olduğu kimi, Fərhad Qəribov Milli Məclisin biznesmen deputatlar sırasında yer alır. Debutbank müflis olsa da deputatın hələ də Bakıda (“Çıraq Plaza”, “Şəki” restoranı və s.) və Kürdəmirdə, eləcə də ərəblərlə ortaq biznes obyektləri haqqında məlumatlar var.
Xatırladaq ki, Fərhad Qəribovun adı ilk dəfə Kürdəmirdəki Şirə zavodu – “Qelios” Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafındakı qalmaqalda hallanmışdı. Həmin qalmaqallı günlərdə deputat Qəribov mətbuata açıqlamasında bu zavodun onun qohumlarına məxsus olduğunu söyləsə də, konkret ad hallandırmamışdı. Ancaq rəsmi məlumatlarda Nizamnamə kapitalı 11 655 010 AZN olan “Qelios”un direktorunun depuatın ortancıl oğlu Zöhrab Qəribov olduğu göstərilir. Bu şirkət ətrafında qalmaqalın böyüməsinə səbəb isə deputatın oğlundan sonra ikinci maddi məsul şəxs hesab olunan baş mühasib Nadir Kərimovun müəmmalı ölümü olmuşdu. Qeyd edək ki, Nadir Kərimov aprelin 7-də itkin düşmüş, 21 günlük axtarışdan sonra isə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapmışdılar. O zaman mərhumun ailəsi şikayət ərizəsində yazmışdı ki, onu öldürüb Kürə atıblar...
Deputat oğlunun rəhbərlik etdiyi şirkətin adı son olaraq "Beynəlxalq Bank işi"ndə hallanıb. Mətbuatda yayılan məlumata görə Zöhrab Qəribov Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat kredit götürəərək ölkədən qaçan Xaqani Bəşirovla ortaq fəaliyyəti olub. Belə ki, Xaqani Bəşirova məxsus olduğu iddia edilən “Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb və əsas kredit və faizlər üzrə borclarını qaytarmayıb. Məsələn, “Siqma Layn” MMC-i Azərbaycan Beynəlxalq Bankından 14 mart 2008-ci ildə 2 milyon 120 min manat, 16 aprel 2008-ci ildə 500 min manat, cəmi altı gün sonra, 22 aprel 2008-ci ildə 400 min manat, 15 iyul 2008-ci ildə 1 milyon 644 min manat, 15 avqust 2008-ci ildə 1 milyon 662 min manat, bütövlükdə isə cəmi 6 milyon 346 min manat götürsə də, nə faizlərini, nə kreditin özünü banka qaytarmayıb.
Məlumata görə, bu pullar “Qelios” MMC-nin razılıq məktubu əsasında verilib ki, bu da deputat oğlunun məsuliyyət daşıdığı deməkdir. Yeri gəlmişkən qeyd edək ki, Samir İbrahim oğlu Hacıyevin rəhbərlik etdiyi “Siqma Layn” MMC ilə yanaşı Xaqani Bəşirova aid olan, Sadıx Nəbi oğlu Murtuzayevin rəhbərlik etdiyi “Alfa Layn” MMC-nin də adı kredit qalmaqalında hallanır. Yayılan məlumatlara görə, “Alfa Layn” MMC-nin direktoru Sadıx Murtuzayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Xaqani Bəçirova aid olduğu iddia edilən “General Construction” MMC-i, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC, “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lərin adlarının hansı maliyyə fırıldaqlarında keçməsi ilə bağlı araşdırma aparırıq.
O ki, qaldı Fərhad Qəribovun deputat mandatının taleyinə... Qeyd etdiyimiz kimi, cənab deputatın yenidən seçilmək şansı şox azdır. Belədə onun hazırkı narahatlığı haqqında məlumatlar başa düşüləndir. Mandatın itirilməsi imtiyazların, məlum imkanların, nəhayət toxunulmazlığın əldən getməsi deməkdir. Demək seçkidən sonra Fərhad müəllim “Qelios” MMC-nin mərhum mühasibi Nadir Kərimovun ölümündən tutmuş “Siqma Layn” MMC-nin kredit fırıldağı və Debutbankla bağlı çox-çox suallara cavab verməli olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY
Bu gün, 10:38 |
|
|
|
• Niyam Salami dələduzluqda ittiham olunur
Bu gün, 10:34 |
|
|
|
• O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Bu gün, 10:29 |
|
|
|
• ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir - Rubio dövlət katibi olur
Bu gün, 10:26 |
|
|
|
• Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb - SİYAHI
Bu gün, 10:23 |
|
|
|
• Öz aləmlərində Rubeni sığortalayırlar... - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• "Ərdoğandan kömək istədik" - ABŞ Dövlət katibi
Bu gün, 10:20 |
|
|
|
• Teymur Əsgərzadə yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 10:17 |
|
|
|
• "Qadınlara qarşı zorakılığa son qoymaq hər kəsin vəzifəsidir" - Tanınmış hüquq müdafiəçisinin qızının başına İŞ GƏLDİ
Bu gün, 10:14 |
|
|
|
• ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR... - DAHA NƏ BAŞ VERMƏLİDİR Kİ?
Bu gün, 10:06 |
|
|
|
• Məhkəmə “Muğanbank”ın keçmiş vəzifəli şəxsi ilə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Seymur Orucovun VƏTƏNDAŞ QƏBULU imitasiyası... - FOTOFAKT
Bu gün, 09:59 |
|
|
|
• Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57 |
|
|
|
• Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51 |
|
|
|
• Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37 |
|
|
|
• Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33 |
|
|
|
• Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26 |
|
|
|
• SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15 |
|
|
|
• Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11 |
|
|
|
• Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02 |
|
|
|
• Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00 |
|
|
|
• Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59 |
|
|
|
• Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56 |
|
|
|
• İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49 |
|
|
|
• "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41 |
|
|
|
• "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25 |
|
|
|
• FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20 |
|
|
|
• Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18 |
|
|
|
• "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15 |
|
|
|
• Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08 |
|
|
|
• `Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05 |
|
|
|
• Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00 |
|
|
|
• Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15 |
|
|
|
• "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11 |
|
|
|
• ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40 |
|
|
|
• İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38 |
|
|
|
• Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29 |
|
|
|
• Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26 |
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
|