Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                 

Ziya Məmmədovun çoxmilyonluq mülkləri ilə bağlı maraqlı faktlar - Nazirin villasına qiymət qoyuldu
Tarix: 14-11-2014, 15:39 | Çap et
Ziya Məmmədovun çoxmilyonluq mülkləri ilə bağlı maraqlı faktlar
Ziya Məmmədovun rəhbəri olduğu Nəqliyyat Nazirliyi (NN) dövlət büdcəsindən ən çox pay alan strukturdur. Məsələn, 2014-cü il üçün NN-ə büdcədən 1,3 milyard manat vəsait ayrılıb.

Mətbuat uzun müddətdir davamlı şəkildə yazır ki, hər il büdcədən böyük məbləğdə vəsaitlər almasına baxmayaraq, bu qurumun gördüyü işlər daha yarıtmaz və keyfiyyətsizdir. Ölkə boyu çəkilən yolların, dəmir yol xətlərinin durumu buna əyani sübutdur. İnsanların ən çox şikayət etdiyi problemlərdən biri də yolların yöndəmsiz inşa olunması, qısa müddətdə sıradan çıxması ilə bağlıdır.

"Bahalı yollar" -
korrupsiyanın nişanəsi

Azərbaycanda "yol korrupsiyası"nın ən əsas nişanəsi yolların çəkilməsinin və təmirinin həddən artıq baha başa gəlməsidir. Bu məqsədlə çəkilən xərclərə göz gəzdirdikdə rəqəmlərin əksər dünya ölkələri ilə müqayisədə "göz qamaşdırdığını" görmək mümkündür. Üstəlik, kefiyyət məsələsi də yuxarıda vurğulandığı kimi, ciddi problemə çevrilib.
Qeyd edək ki, hələ ötən il Ziya Məmmədov mediaya açıqlamasında Azərbaycanda yolların baha qiymətə tikilməsini öz aləmində təkzib etməyə çalışmışdı və mediada belə fikirlər səsləndirilir ki, Azərbaycanda yolların tikintisi baha başa gəlir. Guya Azərbaycanda yollar dünyada ən baha başa gələn yollardandır. Əslində bu belə deyil. Reallıqda ən ucuz yollar Azərbaycanda tikilir.
Nazirin arqumentinə görə, qiymətlərin artması yol layihələri çərçivəsində həddindən artıq köçürmələrlə bağlıdır: "Yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür. Ancaq araşdırdıqda görürsən ki, ümumilikdə sərf edilən vəsaitin daxilində yolun qiyməti çox münasib və ədalətli bir şəkildə öz təsvirini tapıb".
Əgər sovet dövrü və ölkə təcrid olunmuş səviyyədə olsaydı nazirin fikirləri ilə razılaşmaq olardı. Ancaq indi internet əsridir və dünya iqtisadiyyatında gedən tendensiyalardan xəbər tutmaq üçün kompüter qarşısında bircə saat oturmaq kifayətdir ki, alternativ informasiya qaynaqlarına çıxış əldə edəsən və Z.Məmmədovun doğru danışmadığına heç bir şübhən qalmasın. Necə ki, yuxarıda biz kifayət qədər belə fakt sadaladıq (xarici ölkələrin təcrübəsindən!) və həmin faktlardan da aydın görünürdü ki, Azərbaycanda yol tikintisi hədsiz dərəcədə baha qiymətə başa gəlir, bu isə sonucda yolların təmir və tikintisini ciddi korrupsiya mənbəyinə çevirib.
Əgər həmin faktlar kifayət deyilsə, iqtisadçıların başqa bir hesablamasını diqqətə çatdırmaqla yazıya nöqtə qoyaq.
Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsinin, yəni cəmi 2 kilometrinin (Bayıl qəsəbəsi, Dövlət Bayraq Meydanının yaxınlığı) əsaslı təmirinə dövlət büdcəsindən 65 milyon manat (82 milyon dollar) ayrılmışdı - bir kilometrə 32,5 milyon manat (42 milyon dollar). Halbuki 82 milyon dollara Qazaxıstanda 50, Finlandiyada 25 km yolu sıfır variantından tikib təhvil vermək olardı.
Bakı-Astara yolunun 4-7 kilometrliyində (Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan hissə) yolun genişləndirilməsi üçün dövlət büdcəsindən 85 milyon manat (109 milyon dollar) pul xərclənib. Yəqin ki, izafi şərhə ehtiyac yoxdur - 1 kilometrə 37 milyon dollar. Və yaxud da uzunluğu 21 km olan Bakı dairəvi yolunun tikintisinə 114 milyon manat (146 milyon dollar) xərclənib - 1 kilometrə 7 milyon dollar.
Şərhə ehtiyac qalmır.

"Yol korrupsiyası"nın
rəsmi təsdiqi

Ziya Məmmədovun nazirliyinin yol infrastrukturunun yenilənməsi və yaxşılaşdırılması üçün aldığı milyardlarla manat büdcə pulunun korrupsiya predmetinə çevrildiyini yalnız mətbuat və müstəqil ekspertlər iddia etmir. Elə zaman-zaman rəsmi qurumlardan da həmin iddiaları dolayısı ilə təsdiqləyən məlumatlar yayılır.
Məsələn, bu ilin may ayında Hesablama Palatası NN-in yol verdiyi korrupsiya faktları barədə açıqlama vermişdi. Qurumun auditi zamanı bir sıra avtomobil yollarının üzərində tikilən körpülərin tikintisində ciddi qanun pozuntuları aşkarlanmışdı. Belə ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunda Araz çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan metal körpünün yenidən qurulmasına, habelə Siyəzən və Qusar yol istismar idarələrinə ayrılan vəsaitin auditi aparılmış, bildirilmişdi ki, həmin körpünün təmirinə 4 milyon manat investisiya nəzərdə tutulubmuş. Yoxlamalar zamanı görüləcək işlərin siyahısı tutulmadan podratçı şirkətlərə pul ayrıldığı üzə çıxmış, bununla da dövlət büdcəsinə dəyən zərərin 120 min manata yaxın olduğu müəyyənləşmişdi.
Siyəzən 4 saylı Yol İstismar İdarəsinə və Qusar 7 saylı Yol İstismar İdarəsinə avtomobil yollarının cari təmiri üçün nəzərdə tutulan 32,8 min manat vəsaitin mənimsənildiyi açıqlanmışdı.
Bundan başqa, Ziya Məmmədovun nazirliyinin tabeliyindəki "Azərbaycan Dəmir Yolları" QSC-nin icrasını həyata keçirdiyi Saloğlu-Poylu mənzilinin 73-cü kilometrliyində Kür çayı üzərində II dəmir yolu körpüsünün tikintisi, Biləcəri stansiyası ərazisindən suötürücü qurğuların rekonstruksiyası və lokomotivlərin təmiri, dəmir yolunun Sarvan-Çarxı mənzilində Vəlvələ çayı üzərindəki qəza vəziyyətində olan körpüdə əsaslı təmir işləri üçün ayrılan vəsaitlərin istifadəsinin auditi aparılmış, məlum olmuşdu ki, layihələr üzə tender keçirilməyib, layihə-smeta sənədləri qanunsuz olaraq podratçı təşkilatlar tərəfindən hazırlanıb və layihənin dəyəri şişirdilib.
Əslində bunlar nə birinci, nə sonuncu faktlardır; obyektiv araşdırmalar ölkədəki "yol korrupsiyası"nın miqyasının təsəvvür edildiyindən qat-qat böyük olduğunu ortaya çıxara bilər.

Teymur Əliyev küçəsinə yatırılan büdcə milyonları

Əslində Bakının Nərimanov rayonu ərazisində yerləşən bu mərkəzi küçəsinin geniş təqdimata bir o qədər də ehtiyacı yoxdur. Buranı "varlılar məhəlləsi" adlandırırlar və orada ölkənin bir çox zənginlərinin dəyəri milyonlarla manatla ölçülən dəbdəbəli villaları mövcuddur.
Elə nəqliyyat naziri Ziya Məmmədov da bu sırada istisna deyil. Belə ki, onun bu küçədə kifayət qədər təmtəraqlı villaları var.
"Varlılar məhəlləsi"ndə torpağın "qara bazar" qiyməti ilə bir sotunun 300-400 min manata olduğu bildirilir. Nəqliyyat nazirinin gözqamaşdıran imarətlərinin isə torpaq sahəsi ilə birlikdə dəyərinin təxminən 20 milyon manat civarında olduğu dəqiqdir. Bir neçə il əvvəl Məmmədovun oradakı iqamətinin həyətinə qiyməti 15 min manat olan palma ağacları gətirdiyi barədə məlumatlar yayılmışdı.
2012-ci ildə isə nəqliyyat nazirinin həmin dəbdəbəli mülkü ilə bağlı mətbuatda yer alan məlumatda oxuyuruq: "Ziya Məmmədovun imarəti tikiləndən sonra həyətində yeraltı bunker də inşa olunub. Sakinlər bunkerin təyinatı barədə dəqiq bir söz söyləmədilər".
Bir sözlə, "yol korrupsiyası"nın qurbanı olan büdcə vəsaitlərinin bir hissəsini məhz Teymur Əliyev küçəsində - nazirin buradakı imarətlərində axtarmaq lazımdır.

Göyçayda 3-4 milyon manatlıq villa

Nəqliyyat nazirinin imarətləri yalnız paytaxt Bakı ilə yekunlaşmır. Hələ ötən il KİV-də belə məlumat yayılmışdı (sonradan isə nə təsdiq, nə də təkzib edilmişdi) Göyçayda - Höngütlü kəndində Ziya Məmmədov üçün dəyəri milyon manatlarla ölçülən təmtəraqlı villa tikilib. Bildirilirdi ki, Ziya Məmmədov həmin ərazidə 50 hektarlıq süni göl yaradıb və gölün ortasında dəyəri 4-5 milyon manat olan villa tikdirib. Tikintini Mənsur Məmmədova yaxın olan "ATF" şirkəti həyata keçirib.

Nazirin Qəçreşdəki villası

Ziya Məmmədovun kurasiyasında olan Quba rayonunun səfalı yerlərinin bir çoxunda da nəqliyyat nazirinin villasının olduğu uzun müddətdən bəridir deyilir, yazılır. Hələ bir neçə il əvvəl bildirilirdi ki, Qəçreşdə yuva salan oliqarxlardan ən təmtəraqlı villa vzop Ziya Məmmədova məxsus olub. Nazirin villasının yaxınlığında nazirliyin daha bir neçə "dişli sima"sının villaları olsa da, onlar Ziya müəllimin iqamətgahının kölgəsində qalıblar.
Amma 2009-cu ilin yayında vəziyyət dəyişib. "Azərenerji" prezidenti Etibar Pirverdiyev inşasına 1 il əvvəldən başladığı və böyük bir inşaat briqadasını cəlb etdiyi villasının tikintisini tamamlayıb. Həmin villa Ziya Məmmmədovun iqamətgahını da "vurub-keçib". Artıq o vaxtdan bəri Qəçreşdə nazirlər bir-biri ilə ən böyük villa yarışına giriblər.
Hazırda burada mövcud olan məmur villalarından ən dəbdəbəlisinin yenə məhz nəqliyyat nazirinə məxsus olduğu məlumdur. Qubanın mənzərəli, istirahət baxımından cəlbedici digər bir neçə ünvanında da nazirin imarətlərinin olduğu bildirilir.
Bundan başqa, Ziya Məmmədovun Şamaxının füsunkar yerlərindən birində də özünə villa tikdirdiyinə dair iddialar var.
Sonda:
Göründüyü kimi, zaman-zaman KİV-də yer alan, amma nə təsdiq, nə də təkzib edilməyən məlumatlar Ziya Məmmədovun çoxsaylı mülklərinin olduğunu düşünmək üçün ciddi əsaslar yaradır. Həmin mülklərin üst-üstə dəyərinin isə sadə vətəndaş və hətta ortabab iş adamı üçün fantastik rəqəmlərlə müşaiyət olunması da şübhəsizdir.
Belədə, Azərbaycan büdcəsindən hər il yol infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi istiqamətində ayrılan pulların əsl təyinatının hara olduğunu bilmək, təxmin etmək də çətin deyil.
Ayrılan büdcə milyonlarından bizə qısa vaxtda dağılan yollar, nazirə isə gözqamaşdıran villalar qalır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru