Əfv ömürlük məhbuslara da şamil olunacaq? .....                     Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib .....                     "Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə .....                     Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? .....                     “Həkimlər dedi ki, 2 il ömrü qalıb” .....                     Pekin Trampın vədinə inanmır .....                     Paşinyanın QARIN AĞRISI... .....                     Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? .....                     10 ildən artıq evli olanlar daha çox boşanır: .....                     Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? .....                     Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib .....                     Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? .....                     Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var .....                     İran danışıqlardan imtina etdi .....                     Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək .....                     Gənc şairin ölüm təhlükəsi aradan qalxıb .....                     Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar .....                     Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim .....                     Elşad Həsənova yeni müavin təyin olundu .....                     İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb .....                     Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: .....                     Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır .....                     Bakıdakı ermənilər Paşinyanı belə satdı .....                     Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? .....                     Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir .....                     Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib .....                     Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib .....                     Başçının qəbuluna düşmək olmur... .....                     Böyük biabırçılıq və ya siyasi dəllalın şousu .....                     Naxçıvan icra başçısına I müavin təyin edilib .....                     Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” .....                     14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                     “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib .....                     Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb .....                     Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi .....                     İran həbsxanasından qurtulan tələbəmiz .....                     “Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” .....                     Sənəd qəbulunun başa çatmasına az qalır .....                     “Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi .....                     “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi .....                 

"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Tarix: Bu gün, 18:58 | Çap et
"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə
Son dövrlərdə xüsusilə “Azpulmat” və “Manato” kimi geniş müştəri bazasına malik BOKT-larla bağlı narazılıqlar artmaqdadır. Yüksək faizlə kredit götürən müştərilər borclarını banklara köçürməklə daha sərfəli şərtlər əldə etməyə çalışırlar. Lakin bankların bu müraciətləri qəbul etməməsi suallar yaradır: Kredit tarixçəsi təmiz olan və aylıq ödənişlərində problem yaşamayan BOKT müştəriləri banklar üçün hansı risklər doğurur?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda kredit portfeli baxımından banklar və Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında ciddi fərqlər mövcuddur. Ümumiyyətlə, kredit portfelinin böyük əksəriyyəti banklar tərəfindən təmin edilir. Təxminən 98%-i banklara, yalnız 2%-i isə BOKT-lərə aiddir:

“BOKT-lərin banklardan fərqli olaraq daha az kredit vermələrinin bir neçə səbəbi vardır. BOKT-lərin maliyyə imkanları banklarla müqayisədə məhduddur. Banklar, geniş sərmayə və maliyyə bazarına çıxış imkanları sayəsində daha yüksək həcmdə kredit verə bilirlər. Banklar həmçinin böyük miqdarda depozit toplaya bilirlər, bu da onların daha əlverişli faiz şərtləri ilə kredit verə bilmələrini təmin edir. Banklar üçün borc alma imkanları daha geniş olduğundan, daha aşağı faizlə kredit təklif edə bilirlər. Digər tərəfdən, BOKT-lər daha çox riskli müştərilərə kredit verməyə meyllidirlər. Banklar isə kredit verərkən daha sərt tələblərlə hərəkət edirlər: rəsmi gəlir, kredit öhdəliklərinə nisbət və digər requlyativ tələblər banklar üçün vacibdir. Mərkəzi Bankın tələbləri banklara kredit verərkən riskləri minimuma endirməyə imkan verir. Buna görə də, banklar daha az riskli müştərilərə yönəlir və rəsmi gəliri olmayan, öhdəliklərini yaxşı idarə edə bilməyən şəxslərə kredit vermirlər. BOKT-lər isə bu sərt tələblərə tabe deyillər və banklardan kredit ala bilməyən şəxslərə daha çox kredit verirlər. Bu isə onların kredit portfellərinin daha riskli olduğunu göstərir. BOKT-lər, iqtisadiyyatın kiçik bir hissəsini təşkil etdikləri üçün, tənzimləyici orqanlar tərəfindən daha az sərt qaydalarla fəaliyyət göstərirlər və buna görə də riskləri özləri idarə etməli olurlar”.

İqtisadçının fikirincə, BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə resurslarının məhdud olması və sərt tənzimləmə olmadığından qaynaqlanır. Buna baxmayaraq, bu təşkilatlar hələ də banklar üçün əlverişsiz vəziyyətdə olan müştərilərə kredit verirlər:
“Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə banklar arasında əsas fərq müştəri seçimində və risklərin idarə edilməsində ortaya çıxır. Banklar kredit verərkən daha çox rəsmi gəliri olan, borc öhdəliklərini vaxtında yerinə yetirən və kredit tarixçəsi təmiz olan şəxsləri seçirlər. Onlar üçün əsas risk, verilmiş kreditin vaxtında və faizlərlə birlikdə geri qaytarılmamasıdır. Banklar humanitar qurum deyillər – onların əsas işi kapitalı dövriyyəyə buraxıb faizlə geri qaytarmaqdır. BOKT-lər isə daha fərqli yanaşma tətbiq edirlər. Onlar bankdan kredit ala bilməyən şəxslərə kredit təklif edirlər. Müştərinin rəsmi gəliri olmasa belə, qeyri-rəsmi gəlirlərinin olub-olmamasını araşdıraraq kredit verə bilirlər. Lakin bu müştərilər bankların standartlarına cavab vermədiyi üçün daha riskli hesab olunurlar. Məhz bu risklərə görə BOKT-lər kredit faizlərini yüksək tutur. Banklar 15% ilə kredit verə bilirsə, BOKT-lərdə bu rəqəm 18-20%-ə qədər yüksələ bilər. Bu, onların risklərini kompensasiya etməsi üçün tətbiq olunan mexanizmdir. BOKT-lər hər bir müştərini ayrıca qiymətləndirir və fərqli üsullarla onların ödəmə qabiliyyətini analiz edir. Bununla belə, banklar üçün etibarlı müştərilər – rəsmi gəliri olan, öhdəliklərini vaxtında icra edən şəxslər – qızıl dəyərindədir. Onlar belə müştəriləri “göydə çıraqla axtarırlar”, çünki əsas məqsədləri verdikləri kreditlərin vaxtında geri qaytarılmasını təmin etməkdir. Bütün bu səbəblərdən, banklar riskli müştərilərə kredit verməkdən çəkinir, çünki bu, onlara əlavə problemlər yarada bilər. Bu sistemin nəticəsi isə odur ki, kredit ala bilməyənlər BOKT-lərə, daha da çarəsiz qalanlar isə lombardlara və hətta qeyri-qanuni yollarla borc verən şəxslərə müraciət edirlər”.
X.Kərimli hesab edir ki, Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları (BOKT) ilə bağlı yaranan problemlərin bir hissəsi müştərilərin öhdəliklərini vaxtında yerinə yetirməməsidir:
“Banklar üçün əsas problem odur ki, müştəri vəsaiti vaxtında ödəmədikdə, bu, bankların kredit resurslarını idarə etməsini çətinləşdirir. Banklar pulu alır, depozitləri satır və kredit verirlər, amma bu prosesin vaxtında düzgün idarə olunması vacibdir. Əks halda, müştəri banka aktiv olaraq qayıtmalı və öhdəliklərini yerinə yetirməlidir. Əgər müştəri vaxtında borcunu qaytarmırsa, bankın məhkəmə yolu ilə və ya başqa yollarla tələbi təmin etməsi lazım olur ki, bu da əlavə maliyyə və vaxt yükü yaradır.BOKT-lərin daha yüksək faizlə kredit verməsi, maliyyə strategiyası və risklə bağlı məsələlərdən qaynaqlanır. BOKT-lər, banklar üçün riskli olan müştərilərə kredit verirlər, lakin banklar daha sərt tənzimləyici qaydalara tabe olduğundan, yalnız rəsmi gəliri olan və kredit tarixçəsi təmiz olan müştərilərə müraciət edirlər. Bu, bankların daha aşağı faizlə kredit vermələrinə imkan yaradır. BOKT-lər isə məhdud maliyyə imkanları ilə fəaliyyət göstərirlər, buna görə də onlar daha yüksək faizlə kredit verməyə məcbur olurlar.Vətəndaşların BOKT-dan banklara keçid etməsi çətindir, çünki BOKT-lərdə yüksək faizlə verilən kreditlər banklarda daha münasib şərtlərlə yenidən maliyyələşdirilə bilməz. Yalnız riskli olmayan müştərilər, yəni rəsmi gəliri olan, kredit tarixçəsi təmiz və öhdəlikləri uyğun olan şəxslər banklardan daha sərfəli şərtlərlə kredit ala bilərlər. Bu səbəbdən, müştərilər BOKT-dan daha aşağı faizlə banklara keçid etmək istəyərkən, yalnız çox sərt tələbləri ödəyənlər bu imkandan faydalana bilərlər”.
“Alternativ olaraq, BOKT-dən daha yüksək faizlə kredit verən lombardlar və qanunsuz sələmçilər kimi digər maliyyə strukturları da mövcuddur. Lakin bu yollar qanuni olmadığı üçün risklidir və müştərilərin hüquqi baxımdan qorunmamış vəziyyətə düşmələrinə səbəb ola bilər. Bu səbəbdən, BOKT-dən banklara keçid imkanı çətin və məhdud olduğu halda, müştərilər riskli maliyyə strukturlarına müraciət etməkdən çəkinməlidirlər.Bəli, banklara müraciət edə bilər, banklar onu rifah yenidən maliyyələşdirə bilər. Rifah nəsə eləyə bilər. Amma dediyim kimi, burada rəsmi gəlirlər olmalıdır. Kredit tarixçələri korlanmamalıdır və öhdəlikləri də gəlirlərə nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi həddə olmalıdır”,- deyə iqtisadçı Xalid Kərimli qeyd edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əfv ömürlük məhbuslara da şamil olunacaq? - AKTUAL
Bu gün, 19:10
Aİ-nin Ermənistana yardım təklifi bölgədəki sabitliyi pozmağa yönəlib - BU FAKTDIR...
Bu gün, 19:00
"Azpulmat" və "Manato" kimi bank olmayan kredit təşkilatlarından pul götürənlərin Nəzərinə - Çıxış yolları və …
Bu gün, 18:58
Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Bu gün, 18:04
“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Bu gün, 18:02
Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Bu gün, 17:59
Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Bu gün, 17:58
Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Bu gün, 17:55
10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Bu gün, 17:49
Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Bu gün, 17:47
Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Bu gün, 17:41
Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Bu gün, 17:30
Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Bu gün, 17:27
İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Bu gün, 17:23
Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Bu gün, 17:22
Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Bu gün, 17:15
Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Bu gün, 17:13
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Bu gün, 17:09
Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:06
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:05
Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Bu gün, 17:02
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Bu gün, 16:59
Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Bu gün, 16:16
Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Bu gün, 16:14
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Bu gün, 16:09
Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Bu gün, 16:04
Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Bu gün, 16:01
Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Bu gün, 15:56
Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:54
Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Bu gün, 15:52
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Bu gün, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Bu gün, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Bu gün, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Bu gün, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Bu gün, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Bu gün, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Bu gün, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Bu gün, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Bu gün, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Bu gün, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 13:07
Abşeron RİH-ə qadağa qoyuldu
Bu gün, 13:05
Tramp dediyini etdi... Çin cavab hazırlayır
Bu gün, 13:03
"Sevgilim yaşca məndən böyükdür"
Bu gün, 12:57
Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 12:55
Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Bu gün, 12:51
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Bu gün, 12:46
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39
Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru