
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri"nin ikinci turu keçirilir.
APA-nın Tiflis müxbiri xəbər verir ki, bu barədə “Exo Kavkaza” məlumat yayıb.
Bildirilib ki, iki namizəd – Adqur Ardzinba və Badra Qunba yarışdığı səsvermə 152 “seçki məntəqəsi”də keçirilir.
Qeyd edək ki, “seçkilər”in birinci mərhələsində Badra Qunba 46,38%, Adqur Ardzinba 36,92% səs toplayıb.