Arzu Rəhimovun oğlunun da bahalı həyat tərzi ilə bağlı məlumat yayıldı - İLGİNC İDDİALAR
Tarix: 25-04-2014, 16:55 | Çap et
Heç kimə sirr deyil ki, müxtəlif vəzifələrdə işləyən şəxslərin bir çoxu uşaqlarının yüksək təhsil almasına çalışırlar. Araşdırmalar göstərir ki, bu gün Azərbaycanda müxtəlif dövlət postlarını tutan məmurların övladları daha çox xaricdə təhsil almağa üstünlük verirlər. İngiltərə, Amerika Birləşmiş Ştatları, İtaliya, Almaniya kimi ölkələrin ali təhsil müəssisələrində oxuyan məmur balaları kifayət qədərdir. Sözsüz ki, bu ölkələrdə illik təhsil haqqı Azərbaycanla müqayisədə çox bahadır. Məsələn, Almaniyada özəl universitetlərin illik təhsil haqqı 5 min avrodan başlayır.
Ölkəmizin ali təhsil ocaqlarında isə maksimum illik təhsil haqqı 3-4 min manat civarında dəyişir. Vəzifəli şəxslərin övladlarını hansı pullarla xaricdə oxutdurmaları maraqlıdır. Ayda 1000-1500 manat arası maaş alan məmur övladının illik 7 min avroluq təhsil haqqını necə qarşılaya bilir? Həqiqətən də, maraqlıdır. Bəzi məmurlar isə diqqət çəkməmək, daha doğrusu dilə-dişə düşməməkdən ötrü övladını, elə Azərbaycandakı təhsil müəssisələrində oxutdurur. Bildiyimiz kimi, maliyyə imkanları kifayət qədər geniş olan məmurlarımızdan biri də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Arzu Rəhimovdur. Onun rəhbəri olduğu qurum 2012-ci ildə yaradılıb. Xidmət yeni yarandığından dövlət tərəfindən dəstək çox böyükdür. SHXÇDX-nin iki illik fəaliyyəti ərzində büdcədən xeyli miqdarda vəsait ayrılıb. Lakin həmin vəsaitlərin hara və hansı formada xərcləndiyi mübhəm məsələlərdəndir. Bu gün sizə Arzu Rəhimovun oğlu Murad Rəhimovla bağlı əldə etdiyimiz maraqlı faktları bildirmək istəyirik. Neçə gündür apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, xidmət rəisinin oğlu Murad Rəhimov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alır. Universitetə göndərdiyimiz sorğuya cavab verən təhsil müəssisəsinin tələbə şöbəsinin əməkdaşları bildirdilər ki, Murad Rəhimov ADİU-ya 2011-ci ildə qəbul olub və hazırda 3-cü kurs tələbəsidir:
«Naxçıvan Muxtar Respublikasında anadan olan Murad 2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 505 bal yığaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə qəbul olub. 600-cü qrupun tələbəsidir». Sorğumuza verilən cavab bu formada oldu. Bizim Arzu Rəhimovun oğlunun universitetə öz savadı hesabına girməsinə bir sözümüz yoxdur. Onsuz da 2011-ci ilin test bazasında, yəni kitabda da axtaracağıq. Oxuyub, əziyyət çəkib ki, bunun qarşılığını görüb. Bəlkə də onun universitetə qəbul olmasında başqa məqamlar var. Hələlik, bununla bağlı heç bir bilgimiz yoxdur. Universitetdəki etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Murad Rəhimov ADİU-ya qəbul olduqdan sonra məmur oğlu olduğunu hiss etdirib: «O, universitetə qəbul olanda atası hələ Dövlət Miqrasiya Xidmətinin rəisi işləyirdi. Murad elə birinci kursdan özünü göstərməyə başladı. İlk dərs günündən ali məktəbə maşınla gəldi. Çox özündən razı uşaqdır. Atasının vəzifəsinə arxayın olaraq maliyyə fakültəsinin müəllimləri ilə ürəyi necə istədi o cür də rəftar edir. Dərsə davamiyyəti aşağı səviyyədədir. Müəllimlər məmur balası olduğu üçün ona qaib yazmır.
Bütün imtahanlardan tapşırıqla keçib. Bahalı həyata meylli olan məmur oğlu daha çox özü kimi imkanlı uşaqlarla oturub-durur». Mənbə vurğulayır ki, 3-cü kurs tələbəsi olan oğul Rəhimov nadir hallarda universitetin bufetinə girir: «Murad şəhərin ən bahalı restoranlarında yemək yeyir. Dərs vaxtı dərsdə tapılmır. Bahalı maşınları ilə universitetə gəlib özünü sanki kimlərəsə göstərir. Ən çox "Lexus” markalı maşından istifadə edir.
Prezident şəhərdə «avtoşluq» edən məmurların uşaqlarına xəbərdarlıq etsə də, Arzu Rəhimovun oğlu avtomobilini yüksək sürətlə idarə edir. Bundan başqa, yay tətilini ya ölkə daxilindəki bahalı istirahət mərkəzlərində, ya da xaricdə keçirir». Diqqətinizə çatdıraq ki, SHXÇDX rəisinin adı tez-tez müxtəlif maliyyə əməliyyatlarında hallanır. Görəsən, Murad Rəhimov nəyə görə məhz maliyyə fakültəsini seçib? Bu və digər məsələlər ətrafında araşdırmalarımız davam edir. Növbəti saylarımızda məmur oğlunun ADİU-dakı imtahan nəticələri barədə şok faktları ortaya qoyacağıq. \\ gundelik-bakı \\
Yazı ilə bağlı qarşı tərəfin də fikirlərini öyrənə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
• Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30 |
|
|
|
• 3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28 |
|
|
|
• Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17 |
|
|
|
• Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13 |
|
|
|
• 316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11 |
|
|
|
• Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01 |
|
|
|
• Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59 |
|
|
|
• Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56 |
|
|
|
• Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52 |
|
|
|
• Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50 |
|
|
|
• GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48 |
|
|
|
• İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43 |
|
|
|
• "Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38 |
|
|
|
• Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36 |
|
|
|
• Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32 |
|
|
|
• Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30 |
|
|
|
• Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29 |
|
|
|
• Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26 |
|
|
|
|