Köçəryanın dili ilə mesajlar çatdırılır - deputat
Tarix: 20-02-2025, 09:46 | Çap et
 Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın mətbuat konfransında söylədikləri müzakirələrə yol açıb. Hakimiyyətdə olduğu müddətdə Qarabağla bağlı danışıqların dalana dirənməsində xüsusi pay sahibi olan Köçəryan, indi nəyin bahasına olursa-olsun, ATƏT-in Minsk qrupunun saxlanılmasının vacibliyini vurğulayıb: “Biz indi sürətlə dəyişən dünya ilə qarşılaşırıq. Heç kim dəqiq nə olacağını proqnozlaşdıra bilməz. Amma istiqamət təxminən aydındır. Bunun fonunda danışıqlar prosesində qarşısıalınmaz itkilərə səbəb olacaq addımların atılması axmaqlıqdır. Minsk qrupu nəyin bahasına olursa-olsun, qorunub saxlanılmalıdır. Əgər ATƏT-in Minsk qrupu indi buraxılsa belə, yeni beynəlxalq formatın formalaşdırılması son dərəcə çətin olacaq". Köçəryanın çıxışında Rusiyaya ünvanlanmış mesajlar da yer alıb. O, Qərbin Ermənistanla bağlı siyasətini tənqid edib: “Qərb ikili standartlarla Ermənistanı hansısa yolla Rusiyadan uzaqlaşdırmağa çalışır. Rusiya ilə ittifaq dövləti yaratmaqdan qorxmamalıyıq, regionda faktora çevrilməyin mümkün həll yollarından biri də Rusiya ilə ittifaq dövlətidir. Mənim prezident olduğum dövrdə belə bir təklif olmayıb, amma indi belə proseslərə çox praqmatik və çox konkret hesablama ilə yanaşmaq lazımdır".
Millət vəkili Sahib Aliyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanın əbədi bağışlamayacağı və bir gün qanun qarşısında mütləq cavab verəcək Robert Köçəryanın açıqlamalarının çoxu onun öz fikirləri deyil. Deputat qeyd edib ki, Köçəryan hələ də “miatsum”çuluğa başladıqları vaxtdan bağlı olduğu, tapşırıqlarını yerinə yetirdiyi gücün tezislərini səsləndirir:
"Azərbaycanın sərnişin təyyarəsini Qroznı üzərində vuran və məsuliyyəti öz üzərinə götürmək istəməyənlərin bu tezisləri niyə Köçəryana verdikləri aydındır. Mesajlar Köçəryanın dili ilə çatdırılır. Mesaj budur ki, Ermənistan danışıqları vasitəçisiz aparmaqla ən böyük səhvi edir, çünki o halda bir neçə ölkənin zəmanəti olmayacaq. Digər mesaj odur ki, ATƏT-in Minsk qrupu formatı qorunmalıdır, çünki sürətlə dəyişən dünyada sabah nə baş verəcəyini heç kim deyə bilməz. Yəni Ermənistan əlverişli məqamın yetişəcəyinə ümid bəsləyir. Məncə, bu, ən təhlükəli məqamdır. Diqqət açıq-aşkar zəifləyən mərkəzə yönəldilir və güclənən qütbdən uzaqlaşdırılır. Halbuki, təcrübəli kapitan özünün kiçik gəmisini fırtınada okeana çıxarmaz. Yaxud okeanda olarsa, ekipajı xilas etmək üçün böyük bir gəmiyə yaxın olmağa çalışar. Həmin şəxslər dünyada baş verənləri anlamır və Ermənistanı ciddi şəkildə təhdid edən addımlar atırlar. Şübhə etmirəm ki, yaxın vaxtlarda Baş nazir Nikol Paşinyan cildini dəyişəcək, heç nə olmamış kimi Rusiya prezidentinə zəng vuracaq və çoxəsrlik "dostluq" barədə tostlar deməyə başlayacaq".
Parlament üzvü bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Rusiyanın G8-ə qayıtmalı olduğunu bildirirsə, bu, Ermənistan üçün də xarici siyasətdə yeni imkanların açılması deməkdir: "Qərbin və ya başqasının əlində oyuncaq olmaq cəlbedici deyil. Ermənistan Qərblə düşmənçiliyə getmədən Rusiya ilə düzgün siyasət apara bilər. Ermənistanın keçmiş rəhbərinin bağlı olduğu çevrələr terrorçu, hərbi cinayətkarın dili ilə yenidən onlara sığınmağın vaxtının yetişdiyini çatdırır. Əslində, burada söhbət sığınmaqdan yox, ritorikanı dəyişməkdən gedir. Paşinyan regionda Rusiyanın əleyhinə yönələn ciddi və önəmli addım atmayıb. Əksinə, çox zaman Moskva ilə sinxron hərəkət edib və indi də etməkdədir. Onun Rusiyaya qarşı demarş kimi qiymətləndirilə biləcək açıqlamaları səmimilikdən çox uzaqdır, gözə kül üfürməkdir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06 |
|
|
|
• “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03 |
|
|
|
• Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
|