"Durmayın, soyun vətəndaşı, talayın..." .....                     İrəvanın “U” dönüşü .....                     "Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar" .....                     Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü? .....                     "Niyə bizdə müəllimlik bu hala gəldi?" .....                     Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur .....                     “Ukraynada Zelenskinin reytinqi 15,9%-ə düşüb” .....                     “Onların tökdüyü timsah göz yaşlarına inanmaq lazım deyil” .....                     Ev bazarında “makler” diqtəsi: Qiyməti onlar bahalaşdırır .....                     Səudiyyə Ərəbistanı ABŞ və İran arasında vasitəçilik edə bilərmi? .....                     Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR .....                     Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb .....                     "Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" .....                     Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb .....                     "Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" .....                     Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq .....                     "Deməli, yaddan çıxmamışam" .....                     ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? .....                     Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada .....                     "ABŞ ilə razılaşmaya hazırıq" .....                     Uduzmuş liderdən “liderlik” dərsi .....                     Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır .....                     İqtisadçıdan həyacan təbili: .....                     Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... .....                     Elmar Məmmədyarov sülh prosesindən danışdı: .....                     “Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. .....                     Jurnalist Nurlan Libre saxlanılıb .....                     Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır? .....                     Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... .....                     Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir .....                     Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək .....                     “Ermənistana yeni Konstitusiya lazımdır” .....                     Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi .....                     Azerinanın kütləvi səfalanma seansları .....                     "BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı .....                     Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir .....                     Naxçıvanda 8 şirkət birləşdi .....                     Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi .....                     İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı .....                     Ermənistanda konstitusiya niyə dəyişdirilir? .....                 

“Sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun”
Tarix: 19-02-2025, 12:37 | Çap et
“Sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək,
Dünən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Tərəflər digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsini də müzakirə ediblər. 4,5 saat davam edən danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkələr diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib ki, Ukrayna münaqişəsi həll edildikdən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməli olacaqlar.

“Bloomberg” xəbər verir ki, Ər-Riyaddakı danışıqlar Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında amerikalı liderin ölkənin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini elan etdiyi telefon danışığından təxminən bir həftə sonra baş tutub. Eyni zamanda, Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna tərəfdən nümayəndələr olmayıb.

“Bu, iki güc arasında sürətli razılaşma ilə bağlı narahatlıqları artırıb. Kiyev və ABŞ-ın Avropadakı müttəfiqləri kənarda qala bilər”, - deyə “Bloomberg” yazıb. Nəşr həmçinin qeyd edib ki, Tramp sələfi Co Baydenin Kiyevin iştirakı olmadan Rusiya ilə əlaqə saxlamaqdan imtina etmək siyasətindən əl çəkib. Bundan əlavə, Trampın dövründə ölkə Ukraynanı NATO-ya qəbul etmək vədləri ilə bağlı mövqeyini dəyişib. Baxmayaraq ki, bu vədlərin etibarlılığına dair şübhələr hətta Bayden dövründə də artıb.

“Reuters” isə yazıb ki, Avropa ölkələrinin liderləri Rusiya ilə ABŞ arasında tez bir zamanda bağlanan sazişin onların maraqlarını nəzərə almamasından narahatdırlar. Agentlik qeyd edib ki, belə bir nəticə Avropa İttifaqı ölkələrinin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.

Eyni zamanda məqalədə vurğulanıb ki, Rusiya-Amerika danışıqları üçün platforma rolunu oynayan Səudiyyə Ərəbistanı ABŞ-ın Ukraynadakı münaqişəyə son qoymaq istəyində təcili olduğunu qeyd edib. Agentlik qeyd edib ki, danışıqlar Trampın prezident kimi fəaliyyətə başlamasından bir ay keçməmiş və Putinlə telefon danışığından altı gün sonra baş tutub.

Amerikanın “The Washington Post” qəzeti yazıb ki, ABŞ Ukrayna tərəfinin iştirakı olmadan Rusiya ilə danışıqlar aparmamaq prinsipindən imtina edib. Bu yanaşma münaqişənin dayandırılması ilə bağlı razılaşmanın bağlanmasına gətirib çıxaracaq ki, bunun nəticəsi Kiyev üçün əlverişsiz olacaq.

“Washington Post” qəzeti Ər-Riyaddakı danışıqların Kiyevdə dərin narahatlığa səbəb olduğunu irəli sürüb. Nəşrin yazdığına görə, Amerika rəsmiləri Ukraynanın taleyini onun nümayəndələri olmadan müzakirə etməkdə özlərini çox rahat hiss edirlər.

Dörd saatdan çox çəkən danışıqlarla bağlı dünya mediasının şərhləri ilə yanaşı, ekspertlərin də öz yanaşmaları var. Politoloq Şahin Cəfərli AYNA-ya deyib ki, görüşdən sonrakı məlumatlarda razılaşma kimi təqdim edilən məsələlərə baxanda görmək olur ki, ortada ciddi razılaşmalar yoxdur, sadəcə niyyətlər var:

- Yəni tərəflər anlaşıb ki, hələlik anlaşa bilmirlər və bu istiqamətdə işləmək lazımdır. Təsadüfi deyil ki, görüşdən sonra Moskva birjasında indekslər düşməyə başladı. Bu cür məsələlərdə bazar, birja ən yaxşı indikatordur. Nəzərə almaq lazımdır ki, Tramp-Putin telefon danışığından sonra Rusiya maliyyə bazarında böyük nikbinlik yaranmışdı və səhmlər qalxmışdı. Əlbəttə, Ər-Riyaddakı görüşü önəmsiz saymaq doğru deyil. Hər halda xeyli müddətdən sonra Vaşinqton və Moskva bir masa arxasında əyləşib müzakirələr apardılar. Görüşlə bağlı yeganə real nəticə kimi onu qeyd etmək olar ki, Moskva və Vaşinqtondakı səfirliklərin personalı kəmiyyət baxımından əvvəlki səviyyəyə çatdırılacaq. Qalan digər məsələlərlə bağlı niyyətlər ortaya qoyulub.

- Amma belə fikirlər var ki, Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Vaşinqton Ukraynanı Moskvaya “satıb”...

- Bu, çox cılız yanaşmadır. Əvvəla, Ukrayna, yaxud hər hansı digər dövlət və xalq əşya deyil ki, kimlərsə onları alıb-satsın. Birincisi, bu müstəmləkə təfəkküründən xilas olmaq lazımdır. İkincisi, ABŞ-dakı hazırkı hökumətin beynəlxalq məsələlərə qeyri-standart və qeyri-ənənəvi baxışı olsa da, onların da Ukraynanı “satmaq” kimi bir niyyəti olduğuna inanmıram. Çünki Amerikanın geosiyasi maraqlarına bu, heç bir halda uyğun deyil.

- Kiyevin Ər-Riyaddakı danışıqlarda təmsilçi ilə iştirak etməməsi də sualları artırır.

- Ona görə Ukrayna görüşdə olmadı ki, danışıqlar konkret Ukrayna probleminin həlli ilə bağlı yox, ikitərəfli münasibətlərdə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuşdu. Amma əlbəttə, Ukraynadakı Rusiyanın işğalçı müharibəsi də görüşdə gündəmə gətirilib. Bunun da çox sadə səbəbi var: Ukrayna məsələsi ABŞ-Rusiya ikitərəfli münasibətlərində ən ciddi problemlərdən biridir. ABŞ müharibə səbəbindən Rusiyaya çoxlu sayda sanksiya tətbiq edib, onunla əlaqələrini xeyli məhdudlaşdırıb. Tərəflər razılığa gəliblər ki, Ukrayna məsələsinin müzakirəsi ilə əlaqədar ayrıca danışıqlar qrupu, söhbət alt səviyyədə qrupdan gedir, yaradılsın. Bu isə ona işarədir ki, proses uzanacaq. Bunu ABŞ dövlət katibi Marko Rubio da açıqlamasında etiraf edib.

Bir məqamı xüsusi vurğulamağa ehtiyac var ki, Putin rejimi informasiya-propaqanda işində olduqca püxtələşdiyi üçün hazırda nəinki rusdilli, hətta Qərb informasiya məkanında qalib tərəf olduğu haqda ictimai rəy formalaşdırmağa nail olub. Rusiya nümayəndələri ultimatumla danışır və özlərini şərt diktə edən tərəf kimi göstərməyə çalışırlar. Bu, ABŞ tərəfinə də psixoloji təsir göstərməyə yönəlmiş danışıqlar taktikasıdır.

- Rusiya artıq Kiyevə ultimatumlar verməyə başlayıb...

- Kiyev də bu xəbərdarlıqlara, şərtlərə məhəl qoymur. Zelenski bu gün (dünən - red) Ankarada dedi ki, müharibənin ilk günlərində, rus ordusu Kiyevin qapısının ağzında olarkən ultimatumları qəbul etməyib. Yəni ki, Ukrayna indi niyə bunu qəbul etsin? Ukrayna Silahlı Qüvvələri 3 il əvvəlkindən daha güclüdür, daha çoxsaylıdır və daha yaxşı silahlanıb. O, nəhəng resurslara sahib düşmənlə ötən müddətdə çox ağır döyüşlər aparmasına və böyük itkilər verməsinə baxmayaraq, döyüş qabiliyyətini qoruyur, üstəlik, 6 aydır Rusiya ərazisinin bir qismini nəzarətdə saxlayır. Ukrayna hərbi sənayesi də dirçəlib. Hətta Moskvanı vura biləcək ballistik raketlərin istehsalına başlayıb. İşğalçının ultimatumlarını qəbul etmək üçün ciddi səbəb yoxdur.

Təbii ki, sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun. Məsələn, Moskva sərsəm tələblərindən imtina etməlidir. Bəli, hesab edirəm ki, işğaldakı torpaqlar Rusiyanın nəzarətində qalacaq. Çünki Ukraynanın torpaqları hərbi yolla qaytarmaq üçün fürsət itirildi. Amma Qarabağ məsələsində olduğu kimi, işğal faktı tanınacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Durmayın, soyun vətəndaşı, talayın..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:15
İrəvanın “U” dönüşü - İNCƏLƏMƏ
Bu gün, 08:11
"Düşündülər, daşındılar, mənə də göydən ulduz bağışladılar" - FOTO
Bu gün, 07:16
Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:12
"Niyə bizdə müəllimlik bu hala gəldi?" - AXI NİYƏ?..
Bu gün, 06:19
Rusiyaya qarşı sanksiyaların ləğvi müzakirə olunur - Ağ Ev
Bu gün, 06:12
“Ukraynada Zelenskinin reytinqi 15,9%-ə düşüb” – “Socis”
Bu gün, 06:09
“Onların tökdüyü timsah göz yaşlarına inanmaq lazım deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:05
Ev bazarında “makler” diqtəsi: Qiyməti onlar bahalaşdırır - NƏ ETMƏLİ?
Bu gün, 05:45
Səudiyyə Ərəbistanı ABŞ və İran arasında vasitəçilik edə bilərmi? - AKTUAL
Bu gün, 05:41
Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR - MAAŞLARIMIZ KƏSİLİB
Bu gün, 05:38
Zaur Mikayılovun 'islahat paketi' daha bir idarədə gərginlik yaradıb - "Şikayət edirik, bizə hədə-qorxu gəlirlər ki..."
Bu gün, 00:38
"Media resurslarının sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:30
Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb
Bu gün, 00:25
"Niyə bunlar türk dilinin varlığından belə qorxurlar?" - ETİRAZ
Bu gün, 00:23
Gürcüstandan sonra bu ölkə ilə quru sərhədlər açılacaq - GƏLİŞMƏ
Bu gün, 00:15
"Deməli, yaddan çıxmamışam"
Bu gün, 00:11
ABŞ seçkilərində erməni kartı: “Newsweek”in məqaləsinin arxasında nə durur? - Erməni lobbisi açıq şəkildə hücuma keçib...
Bu gün, 00:07
Rusiyanın “iqtisadi gücü” mifi dağılır: hakimiyyət dairələri panikada - NƏ BAŞ VERİR?
Bu gün, 00:04
"ABŞ ilə razılaşmaya hazırıq" - Zelenski
Dünən, 23:26
Uduzmuş liderdən “liderlik” dərsi
Dünən, 23:24
Moskva ilə gərginliyə hazır olmalıyıq: Mehdiyev və digərlərinə qarşı istintaq başlamalıdır - VİDEO
Dünən, 23:22
İqtisadçıdan həyacan təbili: - Qoz-fındıq məhsullarında qıtlaşma baş verir
Dünən, 19:02
Ukrayna ABŞ-ın 51-ci ştatı olarsa... - Putin “nüvə çemodanını” saxladığı yeri dərhal unudacaq
Dünən, 19:00
Elmar Məmmədyarov sülh prosesindən danışdı: - Mən Nostradamus deyiləm...
Dünən, 18:58
“Yapı İnşaat” MTK-nın binalarında sakinləri şikayət edir….. - TƏFƏRRÜAT
Dünən, 18:03
Jurnalist Nurlan Libre saxlanılıb - MƏHKƏMƏ OLACAQ
Dünən, 18:01
Aİ-nin İrəvandakı “missiyası”: Arxasında hansı qüvvələr dayanır?
Dünən, 18:00
Əməkdaşlarının həbsindən sonra “Toplum TV” belə idarə olunub... - İLGİNC...
Dünən, 17:55
Azərbaycan Fransanın müstəmləkəçilik siyasətinə qarşı açıq şəkildə çıxış edir - Paris narahatdır
Dünən, 17:54
Azərbaycanda məcburi yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək - QƏRAR
Dünən, 17:50
“Ermənistana yeni Konstitusiya lazımdır” - Qalyan
Dünən, 17:45
Moskvanın yeni hədəfi: iki ölkə mövqeyini dəyişdi – Kiyevə ağrılı xəbər
Dünən, 17:40
Azerinanın kütləvi səfalanma seansları – “Tibbdə belə müalicə üsulu yoxdur”
Dünən, 17:34
"BBC News Azərbaycanca"nın Bakıdakı ofisi bağlandı - AÇIQLANDI
Dünən, 17:32
Süni dişlər Azərbaycana xaricdən 28 qəpiyə gətirilir - BİZ NEÇƏYƏ ALIRIQ, BƏS?..
Dünən, 17:30
Naxçıvanda 8 şirkət birləşdi - ADLAR
Dünən, 17:28
Qısqanc kişi evinə video və audio quraşdırdı, xəyanət səslərindən dəhşətə gəldi - AZƏRBAYCANDA ŞOK!!!
Dünən, 17:23
İş adamından rüşvət alan polis bölməsinin rəisi saxlanıldı
Dünən, 17:22
Ermənistanda konstitusiya niyə dəyişdirilir? - GƏLİŞMƏ
Dünən, 17:18
Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA
Dünən, 17:17
İrəvan NƏ ETSİN? - AKTUAL
Dünən, 17:15
Lisenziyasının ləğvi ilə bağlı qərar verilən klinika hələ də fəaliyyətdədir - FOTO
Dünən, 17:10
XİN başçısı Ermənistanı beynəlxalq hüquqa laqeydlikdə ittiham edib - DETALLAR
Dünən, 17:07
Bir gecədə 8 maşını və 6 evi yardılar - Mütəşəkkil dəstə ƏLƏ KEÇDİ
Dünən, 17:02
Qeyri-sabit hava 4 gün davam edəcək - XƏBƏRDARLIQ
Dünən, 16:58
Azərbaycanda saytlar və internet resursları kifayət qədər yaxşı qorunmur - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:24
Elektron pul təşkilatına yaxın BitAZN adlı şirkət yaradıldı
Dünən, 16:22
Naxçıvanda 8 şirkət birləşir
Dünən, 16:18
Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı artırılıb - FƏRMAN
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru