
İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikası Prezidentinin Köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət Əlaqələri Şöbəsinin rəhbəri Hikmət Hacıyevi qəbul edib.
"DİA-AZ" xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən regional hadisələr müzakirə edilib.