“Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                 

"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..." - deputat
Tarix: 13-02-2025, 09:04 | Çap et
"Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır..."
Rusiya mətbuatında, o cümlədən Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə antitəbliğat kampaniyası səngimir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır.

Bu yöndə imperiya təfəkkürlü media resursu “Tsarqrad” xüsusi fərqlənir. Bu günlərdə o, Tokayevin hakimiyyətini “rejim” adlandırmış, Qazaxıstanın suverenliyini təhdid edən, növbəti hədələyici fikirlər səsləndirmişdi.

Bəs Türk dövlətlərinin əks-tədbirləri nə olmalıdır?

Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir: “Təəssüf ki, Rusiyanın çox sayda sakini rus şovinizminin və imperializminin təsiri altındadır, ondan qurtulmaq istəmir. Bu atavizmin sonu gəlmir ki, gəlmir”.

O bu cür materialın “Tsarqrad” resursunda dərc olunmasını təsadüfi saymır: “Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir”.

Anti-Azərbaycan kampaniyasına toxunan analitik bildirir ki, bu minvalla Putin qazana biləcəyindən on dəfə çox itirəcək: “Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq”.

Qazax publisist türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa çağırıb: “Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik. Bu, Rusiyanın təcavüzünə, müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq”.

Bəlkə doğrudan da Türkiyə və Azərbaycanın moderatorluğu ilə “Türk NATO-su” və ya “Turan” hərbi birliyini qurmaq zamanı çatıb?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov qeyd edib ki, Rusiya imperiya olaraq ətrafında olan bütün xalqları əzib, istismar edib: "Bu, çar Rusiyası dövründə də belə olub, Sovet İttifaqı adlı, bir qədər fərqli imperiya dövründə də. SSRİ dağılandan sonra, 1991-ci ildə Rusiya bir dövlət kimi tam çökmüş bir duruma gəlsə də, Qərb onun dağılmasından qorxdu. Rusiya Qərbin maliyyə dəstəyindən sonra özünə gəlib ayaq üstə dura bildi. Bu gün Rusiya bütün dünyanı, Avropa Birliyini təhdid edir, Sovet İttifaqını bərpa etməyin yolları üzərində çalışır. Ətrafında olan bütün xalqlara yuxarıdan aşağı, “ağa” təfəkkürü ilə baxan Rusiya bu gün türk dövlətləri üçün də təhlükədir. Bu təhlükədən xilas olmağın yeganə yolu isə türk dövlətlərinin bir araya gəlməsindən və müxtəlif platformalarda bir müstəvidən çıxış etməsindən keçir.

Bu gün Rusiyanın daxilində muxtariyyət formasında çoxsaylı türk respublikaları və vilayətləri mövcuddur. Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycan və Türkiyə kimi dövlətlərin bir araya gəlməsi, Rusiya Federasiyasına daxil olan türk muxtar dövlətlərinin və vilayətlərinin gələcəkdə bir arada olmaq şansları Rusiya hökumətini ciddi əndişələndirir".

Deputat Azər Badamov hesab edir ki, türkdilli ölkələr arasında hərbi əməkdaşlığın yeni bir formasının yaradılmasının zamanı yetişib: “Rusiyada hər hansı ölkəyə qarşı informasiya kampaniyasının başlanması ilə bağlı bir tapşırıq gələrsə, bu dərhal genişlənir və kütləvi hal alır. Təbii ki, münasibətlərin gərgiləşməsi və dərinləşməsində maraqlı dairələr var. Bu da Türk dünyasında əməkdaşlıq formatlarının dərinləşdirilməsi ilə bağlı yeni platformaları aktuallaşdırır. Bu gün Türk Dövlətləri Təşkilatı siyasi, iqtisadi, mədəni, humanitar əməkdaşlığı genişləndirir. Amma hərbi əməkdaşlığın yeni bir formasının da yaradılmasının zamanı yetişib. Dövlət başçımızın qeyd etdiyi kimi, bizim ailəmiz Türk dünyasıdır. Başqa bir yerdə bizi gözləmirlər. Əgər biz vahid bir hərbi gücə çevrilə bilsək, ölkələrimizə ayrı-ayrılıqda baş verən təhdidlər də azalacaq”.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, Rusiya son dövrlər təkcə Azərbaycana qarşı yox, bütün Türk dünyasına qarşı kin püskürür: “Qazaxıstana və Azərbaycana qarşı şimal qonşumuzun kəskin mövqeyi başadüşüləndir. Çünki həm Astana, həm də Bakı müstəqil və balanslı siyasət yürüdür. Kremldəki imperialist düşüncə məhkumları isə bunu həzm edə bilmirlər. Bu baxımdan, düşünürəm ki, Azərbaycan da daxil olmaqla, bütün türk dövlətləri TDT-ni üçüncü qütbə çevirmək üçün daha da genişmiqyaslı addımlar atmalıdırlar ki, Rusiya, İran kimi anti-türk düşərgələr öz hədlərini bilsinlər. Bunun üçün hərbi və iqtisadi birliklərin yaxınlaşması daha da intensivləşdirilməli və birgə təhlükəsizlik konsepsiyaları işlənilməlidir. Mövcud baza əsasında hərbi gücümüz daha da şaxələndirilməlidir. Bu istiqamətdə son illərdə çox böyük işlər görülür və bu türk dövlət başçılarının liderlik keyfiyyətlərinin əyani təzahürüdür. İmperiya təfəkkürü daha da aqressiv hal aldıqca, Rusiya Orta Asiya və Cənubi Qafqazı itirəcək. Regionda daha da təklənəcək. Bu, birmənalıdır. Fikrimcə, indi bütün türk dövlətləri Rusiyadan uzaqlaşma yolunda çoxşaxəli addımlar silsiləsini yaxın aylarda daha da sürətləndirəcəklər və bu KTMT-nin, Avrasiya Gömrük İttifaqının süqutu ilə nəticələnəcək”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru