Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                 

“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 12-02-2025, 10:36 | Çap et
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...”
Bakıdakı “Rus evi” məsələsindən sonra “KQB” arxivlərinin açılması problemi yenə gündəmə atılıb. Bəs görəsən, AXC hakimiyyəti dövründə keçmiş DTK arxivlərinin açılması mümkün olardımı? Mümkün olmazdısa, səbəblər nə idi? Eks-prezident Əbülfəz Əliyev deyirdi ki, onları açsaq, vətəndaş müharibəsi olar. Bəs Baltikyanı, və bir sıra postsosialist Şərqi Avropa ölkələrində Rusiya-sovet imperiyasına həmin arxivlər açılanda niyə heç bir problem olmadı?

Arxivlər açılsaydı, doğrudanmı sonrakı illərdə bir çox faciələr başımıza gəlməzdi? Bəlkə heç torpaqlarımızın da işğalı o miqyasda baş tutmazdı? Ölkədə korrupsiya şəbəkəsi də bu qədər şaxələnməzdi? Yəqin, ölkədə heç “Rus evi” problemi də olmazdı... Və kimlərsə bir-birini əsassız şəkildə “KQB” agenti olmaqda ittiham edə bilməzdi. Və bu gün Rusiyaya casusluq etmələrindən şübhələndiyimiz keçmiş yüksək vəzifəli kimsələr vaxtında heç həmin vəzifələrə buraxılmazdı...

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AXC hakimiyyəti dövründə o vaxtkı yeni fəaliyyətə başlamış Milli Təhlükəsizlik Nazirliyində çalışmış Ərəstun Oruclu bunları söyləyib:

Həmsöhbətimiz “Ötən açıqlamanızda eks-prezident Heydər Əliyevin “KQB” arxivlərinin qanunsuz açılmasıyla bağlı qurduğu məhkəmə prosesindən və o istintaqa 1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin müavini olmuş Sülhəddin Əkbəri də cəlb etməsindən danışdınız. Həmin proses təxminən neçənci ildə keçirilmişdi və nə ilə nəticələndi?” sualını belə cavablandırıb:

“Həmin məhkəmə prosesi, səhv etmirəmsə, Bakı Ağır Cinayətlər Məhkəməsində 1993-cü ilin sonunda başlamış və 1994-cü ildə davam etmişdi. Amma heç bir nəticə vermədi. Ona görə ki, Heydər Əliyev bir peşəkar kimi, bir “KQB” generalı kimi gözəl başa düşürdü ki, arxivlər hər hansı formada kimlər tərəfindənsə açılıbsa, deməli, məlumatlar sızıb. Və bu məsələni qabartmaq da həmin məlumatların ictimailəşməsinə, yayılmasına səbəb ola bilərdi. Ona görə də məhkəmə sadəcə görüntü xarakteri daşıyırdı. Əslində isə pərdə arxasında xüsusi xidmət orqanları, konkret olaraq ovaxtkı MTN arxivlərdən sızmış məlumatların kimlərdə olması ehtimalları üzərində işləyir və müvafiq axtarışlar aparırdı. Ancaq dediyim kimi, həmin məhkəmədə qaldırılmış ittihamla bağlı heç bir nəticə olmadı. Çünki Heydər Əliyev onu da bilirdi ki, o məsələ ilə bağlı kimlərəsə qarşı cinayət işləri qaldırıb onları həbs etmək sızmış məlumatlarla əlaqəsi olmuş digər şəxsləri də qorxuda bilər və onlar həmin məlumatları yayarlar. Və bu məlumatların yayılması hakimiyyətdə və onun tərəfdarlarında çox ciddi təlaş yarada bilər...

Onu da deyim ki, əslində Elçibəy hakimiyyəti arxivləri möhürləməklə faktiki özünə fətva vermiş oldu. Bir çoxları bu günədək bunu anlamır. Çünki mən bir sıra partiya sədrləri ilə söhbətimdə də şahidi olmuşam ki, onlar agentin fəaliyyətinin nə olduğunu, onun işinin nələrə səbəb ola biləcəyini başa düşmürlər. Məsələn, primitiv suallar verirlər: “Bir nəfər nə edə bilər ki?.. Tutaq ki, partiya və ya dövlət rəhbərliyindəki bir nəfər nə edə bilər ki?” Bəli, məntiqlə bir adam böyük bir iş görə bilməz. Amma nəzərə almaq lazımdır ki, agent olan bir nəfərin arxasında saat mexanizmi kimi işləyən bir sistem dayanır və o bir adam həmin sistemin işini görür. Bax, bunu anlamırdılar. Və anlamırdılar ki, arxivləri bağlamaqla və sonra açmamaqla həm də öz hakimiyyətlərini bitirmiş oldular. Necə? Çox sadə. Söhbət yalnız kiminsə agent olmasından, kimlərinsə kritik məqamda hansısa təlimat əsasında hərəkət etməsindən getmir. Söhbət ondan gedir ki, ölkənin dayağı olan və həmin dövrdə fəaliyyəti son dərəcə vacib olan təhlükəsizlik orqanları iflic vəziyyətinə düşmüşdü. Məsələn, mən kiminsə haqda məlumat öyrənmək istəyəndə məcbur olub təcrübəli əməkdaşlara müraciət edirdim. Onlardan bəziləri, əlbəttə, məsləhətlər verirdilər, bəzi məlumatları bölüşürdülər, amma digərləri heç bir məlumat vermək istəmirdilər. Ona görə yox ki, pis niyyətə xidmət edirdilər. Ona görə ki, onlar başa düşürdülər ki, bu məsuliyyət deməkdir, əməliyyat məlumatını, dövlət sirrini bölüşmək deməkdir. Onlar elə sirlərdir ki, hətta öz xidmət yoldaşınla da bölüşməməlisən. Bax, belə bir problem yaranmışdı. Və həmin problem də, dediyim kimi, təhlükəsizlik orqanlarının fəaliyyətini iflic etmişdi...

Başqa bir faktı da deyim. Bir dəfə MTN əməkdaşlarıyla görüşdə mərhum Əbülfəz Elçibəy çox yanlış bir addıma yol verdi. O bildirdi ki, bu orqanda çalışanlar “KQB” məktəbi keçiblər, odur ki, imperiyaya xidmət ediblər və deməli, müstəqil dövlətə xidmət edə bilməzlər. Ona görə də tədricən bu orqanın tərkibini dəyişəcəyik. Bu, olduqca yanlış bəyanat idi. Prezident tərəfindən yolverilnməz bir addım idi. Və həmin bəyanatdan sonra MTN-nin özündə də əhval dəyişdi. Halbuki, mən bunu tam məsuliyyətlə deyirəm, o dövrdə həmin qurumun əksər əməkdaşları vicdanla Azərbaycan dövlətinə xidmət edirdilər. Nə olsun ki, onlar keçmişdə “KQB” əməkdaşı olublar. Və mənə belə görünürdü ki, həmin o “KQB” əməkdaşı olmuş şəxslər Azərbaycan dövlətinin əhəmiyyətini, onun müstəqilliyinin qorunmasının vacibliyini bəzi siyasi hakimiyyət nümayəndələrindən daha yaxşı anlayırdılar..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru