Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                     Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb .....                     “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? .....                     Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı .....                     Polşa Rusiyanı yanğında ittiham edir .....                     Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək .....                     Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını .....                     Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb .....                     Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır .....                     Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir .....                     Zaur Nəbioğluna ağır itki üz verib .....                     Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA .....                     “Olivia” mağazası tələbələri ALDADIR? .....                     Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR .....                     Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq .....                 

O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Tarix: 9-02-2025, 11:34 | Çap et
O vaxt KQB arxivləri açılsaydı...
İndi belə anlaşılır ki, Elçibəy iqtidarının əsas səhvi elə 1992-ci ildəcə DTK (KQB) arxivlərini açmaması və ölkədə lüstrasiya (əvvəlki hakimiyyətin siyasi elitası üçün tətbiq edilən qanunvericilik məhdudiyyətləri) prosesi aparmaması olub.

Arxivlərin açılması və lüstrasiya bir-birinə bağlı məsələlərdir. Lüstrasiya aparmayacaqsansa, arxivləri açmağın mənası yoxdur, arxivləri açacaqsansa lüstrasiya aparmalısan.

O vaxt belə bir riskli addıma qol qoyulsaydı, nə olardı, nə olmazdı, bu mövzuda uzun mübahisə aparmaq olar, amma ən azı bu gün “filankəslər DTK-nın agentləri olublar” demaqogiyası olmazdı. Birdəfəlik bilinərdi ki, kim agent olub, kim olmayıb.

33 ildir bu söhbət millətin zəhləsini töküb. Düzdür, artıq bu mövzu bir çoxlarına, xüsusilə də müstəqillik dövründə doğulmuş gənclərə bir elə də maraqlı deyil, amma bu mövzu da “Səməd Vurğunun şairliyi”, “rus dili bölməsinin lazımlılığı”, “rayonlu-bakılı ixtilafı” mövzuları kimi vaxtaşırı qabarır, günlərlə dartışılır.

Ən pisi odur ki, mübahisə bitmir, uzun-uzadı gedən polemika rəyləri daha da dolaşdırır, şübhələri bir az da artırır, heç nəyə aydınlıq gətirmir və ən əsası söhbət mənasızlığa, absurda gedir.

Ancaq o andıra qalmış arxivlər açılsaydı, ortalığa çıxarılan sənədlərin ən mühümləri dərc olunsaydı, birinicsi, kimin kim olduğunu bilərdik, ikincisi, əsassız yerə adı hallandırılan bir sıra şəxslər əbədi şübhə hədəfi olmaqdan qurtulardı, üçüncüsü, bu mövzuda qırğın-qiyamət bitərdi, vaxtaşırı su bulandıranlar yerlərində oturardılar.

Nə yazıq ki, o vaxt belə bir addım atılmayıb. Əslində Elçibəy iqtidarı DTK arxivlərini açsaydı, daha çox tənqidə məruz qalardı, deyərdilər, Qarabağda müharibə getdiyi bir vaxtda milləti içindən parçalayan bu addım düşmən dəyirmanına su tökməkdir.

Bəlkə də Elçibəyin hakimiyyəti 1 ilini tamam edib, ikinci, üçüncü ilinə adlasaydı, arxivlər də açılardı, ölkədə lüstrasiya prosesi başlanar, vaxtilə qırmızı imperiyanın cəza-nəzarət orqanlarıyla əməkdaşlıq edənlərin dövlət vəzifəsi tutması yasaqlanardı.

Buna vaxt lazım idi. 71 ildən sonra müstəqilliyini bərpa etmiş dövlətin başqa qayğıları, dərd-səri vardı.

Bununla belə, qətiyyətlə demək olar ki, “arxivləri açsaq, vətəndaş qarşıdurması yaranardı” fikri əsassızdır. Heç bir qarşıdurma yaranmazdı. Onsuz da əyalətlərdə kimin babasının kimin babası tərəfindən donosla, üzədurma ilə güdaza verildiyini hamı bilirdi. O nəsillər çoxdan düşmən olmuşdular və məxməri intriqanın içindəydilər. Arxiv açılsa, ortaya rəsmi sənədlər çıxsa, bu, sadəcə, təfərrüatların açılması demək olacaqdı.

İri şəhərlərdə də aşağı-yuxarı eyni şey olacaqdı. Çünki üstündən çox vaxt keçmişdi. Babalar çoxdan sıradan çımışdı, meydan nəvələrdəydi və onların da öz yeni qayğıları vardı, durub “əcdad davası” edən deyildilər.

Bundan başqa, əslində kənd-kəsəklərdə, təşkilat və müəssisələrdə kimin “orqanlarla işlədiyini” çox adam bilirdi və heç kəs belələrini söyüb-döyüb yanından qovmurdu. Hamı çalışırdı ki, öz ehtiyatsız sözü ilə o adamlara iş verməsinlər.

Sadəcə, bu işin o ziyanı olardı ki, illərlə formalaşmış köhnə casus şəbəkəsindən bir neçə günün içində imtina olunardı, yenisini formalaşdırmaq üçün illər tələb olunardı. Həm də adamlar bu “peşə”nin etibarsızlığını və kütləvi qınanıldığını görərək, dövlətə informasiya ötürmək işindən imtina edərdilər.

Heç bir dövlət informatorlar şəbəkəsi olmadan idarə oluna bilməz. Ölkəni idarə edənlər cəmiyyətin ovqatından, qənaətlərindən, meyllərindən xəbərdar olmalıdırlar – əlbəttə ki, sırf dövlətin mənafeyi üçün.

1989-91-ci ildə Moskvanın asılılığından qurtulan bir sıra Avropa ölkələrində arxivlər açılıb və keçmişdə sovet hakimiyyətinə, o cümlədən cəza-nəzarət orqanlarına işləyən adamlara lüstrasiya tətbiq ediliib.

Vətəndaş cəmiyyətinin kommunist rejiminə ən şiddətli müqavimət göstərdiyi ölkələrdə, məsələn, Çexiya və Polşada lüstrasiya həlledici formada olub. Ancaq maraqlıdır ki, 1-2 il əvvəl Çexiya ilə eyni ittifaqda olmuş Slovakiyada, eləcə də Macarıstan və Bolqarıstanda belə addım atmayıblar. Ümumiyyətlə, hansı ölkədə keçmiş kommunistlər güclərini qoruyub saxlayıblarsa, orada nə arxivlər açılıb, nə lüstrasiya olub. Ona görə də bu gün bu ölkələri idarə edənlərin hələ də Moskvanın təsir dairəsində olması təəccüblü deyil.

Baltikyanı ölkələr (Latviya, Estoniya, Litva) bu məsələyə prinsipial yanaşıblar. Litva və Latviya parlamentləri çex modelinə əsasən, lüstrasiyaya məruz qalan şəxslərin dairəsini dövlət və özəl sektorun bütün yüksək vəzifələrinə qədər genişləndirməyə, habelə keçmiş kəşfiyyat agentləri və informatorların səsvermə hüquqlarını məhdudlaşdırmağa çalışıblar. Estoniya isə Polşanın lüstrasiya modelini qəbul edib.

Maraqlıdır ki, Şərqi Almaniya ilə Qərbi Almaniya birləşdikdən sonra ADR-də sovet DTK-sının filialı kimi fəaliyyət göstərmiş “Ştazi”yə işləyənlərə dair siyahılar mətbuatda yer alıb və ictimai təzyiqlərə səbəb olub. Almaniya hakimiyyəti Şərqi Almaniya siyasətçilərini - məsələn, Demokratik Sosializm Partiyasının lideri Qreqor Qisini gözdən salmaq üçün “Ştazi” arxivindən istifadə edib.

Bu xüsusda qəbul edilən qanunun yeni variantı məşhur alman siyasətçiləri ilə bağlı “Stazi” fayllarına çıxış imkanı verir, ancaq bu hüquq “Stazi” tarixini öyrənən tədqiqatçılar üçündür. Eyni zamanda, belə çıxış əldə etmiş tədqiqatçılar siyasilərin şəxsi həyatları və faəliyyətləri haqqında aldıqları məlumatları dərc etməyəcəklərinə və ya üçüncü şəxslərə ötürməyəcəklərinə zəmanət verməyə borcludurlar. (Bu halda aparılan tədqiqatların mənası nədir, görəsən?).

Hər halda bu məsələdə müxtəlif təcrübələr var. Hansı ölkələr arxivləri açmayıbsa, “agentləri” ifşa etməyibsə, həmin ölkələrin mətbuatında vaxtaşırı olaraq hansısa bir məşhur adam haqqında “DTK-ya informatorluq edib” və “Moskvaya işləyib” kimi iddialar dərc olunur. Arxivləri açmış ölkələrdə belə iddialar ya olmur, ya da irəli sürülən bənzər iddialar təsirsiz olur.

P.S. Belə bir informasiya da var ki, SSRİ DTK-sı Azərbaycandakı arxivini hələ 1991-ci ildə Bakıdan çıxarıb aparıbmış.

Xalid KAZIMLI - Müsavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16
“Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07
Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54
“Sumqayıt Kompressorları” ASC səhmdarlarına - DİVİDEND VERƏCƏK
Bu gün, 08:46
Kağız üzərində problem həll olunub, amma... - "Nə vaxta qədər belə davam edəcək?"
Bu gün, 08:35
Trampın hansı reaksiya verəcəyi maraqlıdır... - ŞƏRH
Bu gün, 08:23
Müxalif jurnalistdən İlham Əliyevə dəstək - "Xalq hər şeyi görür..."
Bu gün, 08:20
Əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:17
Putin Zelenski ilə görüşə gedəcəkmi? - AKTUAL
Bu gün, 07:09
PKK-nın buraxılması: mübhəm gələcəyə açılan qapılar - GƏLİŞMƏ
Bu gün, 07:02
"Yorğunluğum yoldaşımın nəvazişi, qayğısı ilə bitir" - Xalq artisti
Bu gün, 06:56
"AYNA oradan hər gün cəriməliyir, banklar burdan pul qoparır" - ETİRAZ
Bu gün, 06:49
Daha bir 'əmlakçı' Cəlilabadda vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru