Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                     ABB-də yeni təyinat .....                     Maşın var, təmir edən yox .....                     Nəzarət Zaur Mikayılova keçəndən sonra... .....                     Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar .....                     17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü .....                     Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? .....                     Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər .....                     İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb .....                     Naxçıvanda durum daha da gərginləşib... .....                     “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” .....                 

"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Tarix: 7-02-2025, 10:00 | Çap et
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..."
Avropa İttifaqı Bakının və digər region ölkələrinin razılığı alınmadan Ermənistan sərhədində müşahidə missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmaq barədə qərar verdi. Aİ missiyasının ilkin 40 nəfərlik heyəti 2023-cü ilin 20 fevralında 138 nəfərlik heyətlə uzunmüddətli fəaliyyətə başlayıb, daha sonra həmin ilin dekabrında missiya üzvlərinin sayı 209 nəfərə çatdırılıb.

Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri də müşahidə missiyasına qoşulub. Beləliklə, rəsmi Brüssel missiyanın mahiyyətinin Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə aparmaq, hesabat hazırlamaq və Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə səylərinə öz töhfəsini vermək olduğunu elan etsə də, missiyadan faktiki olaraq Azərbaycan əleyhinə geniş şəkildə sui-istifadə olunur, Azərbaycana, qonşu İran və Rusiyaya qarşı casus və kəşfiyyat şəbəkəsi kimi fəaliyyət göstərməsi ehtimalı yüksəkdir. Missiyanın tərkibinə mülki şəxs qismində NATO-nun və ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərinin, xüsusi xidmət orqanlarının əməkdaşlarının yerləşdirilməsi bu ehtimalı qüvvətləndirir.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qro erməni mətbuatına müsahibə verib. Müsahibə zamanı erməni jurnalist nümayəndəyə bir sıra təhrikedici xarakterli suallar verib. M.Qro müsahibəsində vurğulayıb ki, Aİ müşahidə missiyasını casusluq fəaliyyətində günahlandırmaq doğru deyil və bununla bağlı Azərbaycanda deyilənlər guya həqiqəti əks etdirmir: “Bakıda həmsöhbətlərim də Aİ-nin Ermənistandakı missiyası ilə bağlı Azərbaycanın mövqeyini səsləndirdilər. Biz həmişə hər hansı tənqidi və ya digər fikirləri diqqətlə dinləyirik və iddiaların nə ola biləcəyini və onların arxasında nələrin dayandığını anlamağa çalışırıq. Biz mümkün anlaşılmazlıqları aydınlaşdırmağa çalışırıq, lakin dezinformasiyanı təkzib etməkdə eyni dərəcədə ardıcılıq. Qavrayışlar baxımından mən görüşlər zamanı açıq şəkildə bildirdim ki, Aİ regionda yeni ayırıcı xətlər yaratmaq, "sıfır məbləğli oyunlara" girmək və ya “gizli gündəmi” təbliğ etmək niyyətində deyil. Aİ missiyası Ermənistan hakimiyyətinin suveren tələbi ilə yerləşdirilib. Aİ prosesin bütün mərhələlərində: yerləşdirmədən əvvəl, yerləşdirmə zamanı və sonra Azərbaycan hakimiyyətini məlumatlandırıb. Mən bütün həmsöhbətləri əmin etdim ki, biz öz rolumuza böyük məsuliyyətlə yanaşırıq. Buna görə də biz bir daha bildiririk ki, “casusluq fəaliyyəti” və ya “sabitliyi pozma məqsədləri” ilə bağlı bütün iddialar dezinformasiyadır".

Ermənistan Aİ-nin mülki missiyasını Azərbaycanla sərhədin delimitasiya olunmuş hissələrinə yerləşdirməməyə hazırdır. TASS xəbər verir ki, bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda deyib. “Azərbaycan açıq şəkildə Aİ-nin mülki missiyasına eyham vuraraq üçüncü ölkənin qoşunlarının Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməməli olduğunu deyir. Biz bunu nəzərə alırıq və sərhədin delimitasiya olunmuş hissələrində onların yerləşdirilməməsini təklif edirik”. Göründüyü kimi, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi “casusluq fəaliyyəti” və “sabitliyi pozma məqsədləri”ni israrla təkzib edir. Həqiqətənmi Aİ rəsmi Bakını missiyanın fəaliyyəti barədə məlumatlandırır?

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, onların “casus” fəaliyyəti ilə məşğul olduğu haqda səslənən fikirlər düzgün yanaşmadır: “Əvvəla, Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər. İlkin anlaşmaya əsasən 40 nəfərlik missiya olmalıydı. Sonrakı dövrdə sayları da artırıldı, qalma müddəti də. Biz buna razılıq verməmişik. Ona görə də müsahibədə Qro yalan danışıb. Eyni zamanda bu heyətin tərkibində ermənipərəst Fransa, Kanada iştirak edir. Bu ölkələr balansı qorumurlar. Onların sərhədi "binokl"la müşahidə etmələri isə bizi qətiyyən qane etmir. Bu xidmətləri kəşfiyyat xarakteri daşımırsa, bəs nədir? Əksinə, sərhəddə döyüş mövqeyində dayanıb bizim ərazilərə baxmaları regionda stabilliyə necə müsbət edə bilər? Əksinə, tərəf saxlayırlar və Ermənistandan dayanıb bizi müşahidə etməklə, regionda sülhə töhfə vermirlər".

A.Əlizadə qeyd etdi ki, bu səbəbdən Brüsseldən verilən bəyanatlar reallığa uyğun gəlmir: “Azərbaycanın mövqeyi dəyişməzdir. Amma göründüyü kimi, onların qalma müddətinin mandatı 2 il uzadılıb. Ermənistan bu qüvvələri sərhədə düzməklə fon yaradıb ki, guya Azərbaycan sərhədi poza, hərbi üstünlüyündən istifadə edərək sərhədləri dəyişə bilər. Yəni missiya sipər rolunu oynamaq üçün cəlb olunub”. O ki qaldı Paşinyanın təklifinə, deputat əlavə etdi ki, erməni baş nazirin delimitasiya olunmuş ərazilərdən bu missiyanın gedəcəyi haqda fikirləri səmimi deyil: “Belə çıxır ki, sərhədin dəqiqləşməsi uzandıqca, Aİ missiyası bölgədə uzun illər qalacaq. Prezident İlham Əliyev isə dedi ki, biz bu vəziyyətə sona qədər dözməyəcəyik. Bununla demək istədi ki, əgər İrəvan silahlanırsa və regiona silahlı "mülki" missiya gətiribsə, Aİ ilə Ermənistan gələcəkdə münaqişəyə rəvac verə bilər. Bunu da Azərbaycan cavabsız qoymayacaq. Ona görə də proses belə davam edəcəksə, məsələlərə radikal müdaxiləmiz olmayacaqsa, Ermənistan hazırkı vəziyyəti uzatmağa çalışacaq".

Siyasi ekspert Fuad Əliyev isə bildirdi ki, Azərbaycan Aİ qarşısında məsələ qaldırmalıdır: “Brüssel bu kəşfiyyatçı dəstənin 1500-ə qədər olacağını deməmişdi. Onu da bildirməmişdilər ki, 2 il də qalacaqlar. Ona görə də tələb etməliyik ki, Avropa İttifaqı "binokl"la ərazilərimizi izləmək təlimatlarını yığışdırsın. Onlar hesabat verməlidirlər ki, bizim mövqelərdə nəyə baxırlar? Nələri görürlər və qeydə alırlar? Guya sərhəddə nəzarət edirlər ki, atəşkəs pozulanda qeyd etsinlər. Ermənistanla uzun bir şərti sərhədimiz var, 1500 nəfərlə hər yerə kontrol etmək mümkün deyil. Üstəgəl, Aİ əməkdaşları ərazidə olduğu dövrdə dəfələrlə erməni hərbçiləri atəş açıblar. Bunun hesabatını verməlidirlər. Ancaq biz görürük ki, gah Gorus, gah digər istiqamətlərdə Laçın, Qazax tərəfdən mövqelərimizə “binokl”la baxılır. Deməli, kəşfiyyat xarakterli hərəkətlərdir".

F.Əliyev yada saldı ki, Azərbaycan Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşdır, enerji tələbatının ödənilməsində pay sahibidir və bu reallıqda Qərbin davranışları nankorluqdur: “Xüsusən də Polşa kimi strateji tərəfdaş olduğumuz dövlətin başçısı Arazdəyənə gələrək Naxçıvan istiqamətini "binokl"la izləməklə böyük yanlışlığa yol verdi. Azərbaycan bu addımları nəzərə alır və Ermənistan bilməlidir ki, bölgədə dayanıqlı sülh üçün kənar güclər getməlidirlər. Sərhədin delimitasiyası isə hətta 5 il də uzana bilər, o deməkdir ki, Aİ-nin jandarmaları bölgədə qalacaqlar. Bundan əlavə, Kanadanın orada iştirakı qəbuledilməzdir. Çünki Avropa Birliyinin üzvü deyil. Deməli, Brüssel regiona NATO-nu yerləşdirib. Əfsus ki, buna Bakı və Moskva qədər Tehran sərt cavab vermir. Görünür, onların burada yerləşməsi Zəngəzur dəhlizinin açılmasını yubatmaq cəhətdən İrana sərfəlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02
“Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56
Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50
Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47
Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42
Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39
Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31
Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25
Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20
Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru