""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Tarix: 6-02-2025, 08:55 | Çap et
 Bakıda “Rus evi”nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) verilən səlahiyyətlər çərçivəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək. Bu barədə ADRA məlumat yayıb. “Reklam haqqında” Qanunun 4.7-ci və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1-1-ci maddələrinə görə, reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Reklam qurğularında yerləşdirilən reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.
Minval.az saytı yazıb ki, Bakıda fəaliyyət göstərən “Rus evi” (“Rossotrudniçestvo”) Azərbaycan hüquq-mühafizə orqanlarının gücləndirilmiş nəzarətinə alınıb. Binanın giriş-çıxışlarına xüsusi nəzarət tətbiq edilib, əraziyə müşahidə kameraları quraşdırılıb. Eyni zamanda operativ nəzarətin də həyata keçirildiyi ehtimal olunur. Saytın apardığı araşdırmalar nəticəsində məlum olub ki, “Rus evi”nin Azərbaycanda rəsmi dövlət qeydiyyatı mövcud deyil. Bu fakt indiyə qədər müvafiq qurumların diqqətindən yayınsa da, belə bir mərkəzin hüquqi əsaslar olmadan fəaliyyət göstərməsi, qanunvericiliyə uyğun olaraq onun bağlanmasını tələb edir. Yəni “Rus evi”nin fəaliyyəti ilə bağlı ciddi suallar yaranır. USAİD-in fəaliyyəti kimi, bu təşkilatın da formal olaraq “humanitar layihələr” və “yumşaq güc” prinsipləri adı altında başqa məqsədlər güddüyü ehtimal edilir.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakovdur. O, 1990-cı il 20 Yanvar hadisələrinin əsas təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsidir. Məhz Primakovun rəhbərliyi ilə sovet qoşunları Bakıda dinc əhaliyə qarşı qanlı qırğın törədib. Azərbaycan ictimaiyyəti və ekspertləri hesab edirlər ki, Bakıda qeyri-qanuni fəaliyyət göstərən təşkilatlarla bağlı addımların atılması və onların əsl məqsədlərinin araşdırılması vacibdir.
Mərkəzin bağlanması gözlənilirmi və o halda, Bakı-Moskva əlaqələrinə necə təsir göstərə bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Bakıdakı “Rus evi”nin bağlanması hazırkı mərhələdə məqsədəuyğun deyil: ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var. Oranı göstərib “bura kəşfiyyat yuvasıdır” demək doğru deyil. Əksinə, kəşfiyyat o evi yerləşdirib ki, Bakıda belə bir yer olsun. Çünki kəşfiyyat açıq yuva qurmur! Kimsə deməz ki, mən burada oturub kəşfiyyatla məşğul olacağam. Sadəcə olaraq, Bakıda “Rus evi”nin fəaliyyəti Rusiyanın təsir gücünü göstərməsinin elementlərindən biridir. Belə evlər postsovet məkanında, digər ölkələrdə də var. Ümumiyyətlə isə Bakıda “İngilis evi” açılsa da, problem yoxdur. Sadəcə, belə mərkəzlərin fəaliyyəti qanuni olmalı, nəzarət altında saxlanmalıdır. Bakıdakı “Rus evi” rus mədəniyyətini hansısa bir şəkildə təbliğ edən humanitar obyekt olmalıdır".
İlham İsmayıl deyib ki, Bakıda “Rus evi”nin bağlanması Rusiya-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirə bilər. Ekspert bildirib ki, normal münasibətləri saxlamaq üçün “Rus evi”nin fəaliyyətini qanuniləşdirmək lazımdır. Bundan əvvəl bağlanan Bakıdakı İran Mədəniyyət Mərkəzinin fəaliyyətinin qanunsuz olduğundan danışan İlham İsmayıl deyib: “Həmin mərkəzin məqsədi Azərbaycanda şəriət dövləti qurulmasına xidmət etmək idi. "Rus evi"nə nəzarət etməklə humanitar məqsədlərlə fəaliyyətinə icazə vermək lazımdır. Sadəcə, qanundankənar fəaliyyətə imkan verilməməlidir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49 |
|
|
|
• "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47 |
|
|
|
• Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43 |
|
|
|
• Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
• Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38 |
|
|
|
• Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35 |
|
|
|
• Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31 |
|
|
|
• “Danışığında problemlər var”
Bu gün, 12:27 |
|
|
|
• “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24 |
|
|
|
• “Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21 |
|
|
|
• Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17 |
|
|
|
• Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12 |
|
|
|
• Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04 |
|
|
|
• Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00 |
|
|
|
• Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50 |
|
|
|
• “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47 |
|
|
|
• Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42 |
|
|
|
• İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28 |
|
|
|
• Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13 |
|
|
|
• Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12 |
|
|
|
• Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07 |
|
|
|
• 151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06 |
|
|
|
• Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04 |
|
|
|
• "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00 |
|
|
|
• Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55 |
|
|
|
• Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53 |
|
|
|
• ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49 |
|
|
|
• Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46 |
|
|
|
• Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40 |
|
|
|
• Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33 |
|
|
|
• 17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30 |
|
|
|
• Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28 |
|
|
|
• Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22 |
|
|
|
• Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21 |
|
|
|
• “Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06 |
|
|
|
• Ermənistan müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb - KİV
Bu gün, 10:02 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları” QSC-də NƏ BAŞ VERİR? - Maaşları qəsdən yubadırlar?
Bu gün, 09:56 |
|
|
|
• Nazim İmanovun oğlu yeni vəzifədə işə başladı - BUNDAN SONRA...
Bu gün, 09:50 |
|
|
|
• Polşa Rusiyanı yanğında ittiham edir - VİDEO
Bu gün, 09:47 |
|
|
|
• Bu Türk ölkəsinin lideri ilə bağlı məhkəmə qərar verəcək - TASS
Bu gün, 09:42 |
|
|
|
• Yevlaxda təmir və tikinti şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:39 |
|
|
|
• Həbsdəki qazi Respublika Psixiatriya Xəstəxanasına aparılıb - AÇIQLAMA
Bu gün, 09:31 |
|
|
|
• Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır - SAYLARI ÇOXDUR...
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir - MƏQALƏ
Bu gün, 09:20 |
|
|
|
• Zaur Nəbioğluna ağır itki üz verib
Bu gün, 09:19 |
|
|
|
• Deputatın qardaşları ilə bağlı ŞOK İDDİA - İşçiləri işlədiblər, amma...
Bu gün, 09:16 |
|
|
|
• “Olivia” mağazası tələbələri ALDADIR? – RƏSMİ AÇIQLAMA
Bu gün, 09:07 |
|
|
|
• Həkimi çılpaq şəkillərinə görə şantaj edən şəxslərlə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:02 |
|
|
|
• Kredit kartı olanların NƏZƏRİNƏ: Bu səhvi etməyin, günlük hesablanacaq - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
|