Qəzanın ilkin hesabatı niyə gecikir? .....                     Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər .....                     Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? .....                     Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                     Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... .....                     Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? .....                     Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib .....                     Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                     Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi .....                     Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: .....                     "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" .....                     “Paşinyan “Pandoranın qutusu”nu açıb” .....                     Azərbaycan 4 günlük iş rejiminə keçir? .....                     İran polisi milli azlığı güllələyib öldürdü .....                     Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, .....                     "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" .....                     Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? .....                     ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır .....                     Müharibə veteranlarına verilən 80 manat artacaq? .....                     Niyam Salaminin 500 minlik qalmaqalı: .....                     "Rusiya əzilməli, məhv edilməlidir" .....                     "Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır .....                     Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək .....                     “MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” .....                     Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA .....                     Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? .....                     Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib .....                 

Tramp nefti ucuzlaşdırarsa: - Dünyanı, Azərbaycanı və manatı nə gözləyir?
Tarix: 28-01-2025, 16:03 | Çap et
Tramp nefti ucuzlaşdırarsa:
Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti Donal Tramp vəzifəsinin icrasına başlay-başlamaz dünyada neft qiymətlərini ucuzlaşdıracağı ilə bağlı müxtəlif fikirlər səsləndirdi.

Artıq dünya birjaları Trampın bu bəyanatına reaksiya verməyə başlayıb. Bu günlərdə neftin dünya bazarındakı qiymətlərində cuzi də olsa, ucuzlaşmalar müşahidə olunur.

Bəs Tramp bunu edərsə, yəni neft ucuzlaşarsa, neft ixrac edən ölkələrə bu necə təsir edəcək? Dünya bazarında nefti nələr gözləyir?

Bu və digər suallarla bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) sədri Natiq Cəfərli “Cebheinfo.az”a danışıb.

- Natiq bəy, Trampın nefti ucuzlaşdıracağı ilə bağlı bəyanatlarının qlobal neft bazarına təsiri necə olacaq?

- Əslinində Trampın bəyanatları neft bazarına artıq təsir edib. Trampın inaqurasiyasından sonra neftin qiyməti təxminən 5 dollar aşağı düşüb. Ona qədər 82 dollardan yuxarı olan neft qiymətləri ötən gündən 78 dollara enib.

Yəni Trampın dedikləri bazara təsir edəcək, amma bu o demək deyil ki, qısa müddətdə ciddi ucuzlaşma olacaq. Amma bazarda bir gözlənti formalaşdı ki, neft qiymətləri ucuzlaşacaq. Trampın bazara əsas təsiri də məhz bundan ibarətdir.

- Neftin ucuzlaşmasının neft ixrac edən ölkələrə nə kimi təsiri olacaq?

- Bu təsirlər ölkədən ölkəyə dəyişir. Amma istənilən halda neftdən asılı ölkələrin valyuta gəlirlərinə ciddi mənfi təsir edəcək. Məsələn, Səudiyyə Ərəbistanında neftin maya dəyəri 9 dollardır, Kanadada isə bu rəqəm 45 dollardan yuxarıdır. Neftin ucuzlaşmasının bu iki ölkəyə təsiri də fərqlidir. Amma neftin ucuzlaşması təbii olaraq neft istehsal edən ölkələrin valyuta gəlirinə təsir edəcək.

- Belə bir fikir səslənir ki, ABŞ neftin 45 dollar olmasının tərəfdarıdır. Amma beynəlxalq institutların 2025-ci il proqnozuna görə, neft qiymətləri 70-80 dollar olacaq. Sizcə Trampa rəğmən bu proqnozlar özünü doğruldacaqmı?

- Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi təşkilatların bir özəlliyi var ki, 2-3 aydan bir proqnozlarını yeniləyir. Elə proqnozu hamımız verə bilərik, çünki tez-tez dəyişirlər. Düşünürəm ki, martadək hesabatda həmin beynəlxalq qurumlar artıq proqnozlarında dəyişikliklərə gedəcəklər. Biz bunu ötən dövrlərdə də görümüşük.

- Neft kəskin ucuzlaşarsa, bunun Azərbaycana hansı təsirləri ola bilər?

- Bu, Azərbaycana ən çox toxunan məsələlərdən biri olacaq. Azərbaycan o ölkələr sırasındadır ki, neftdən böyük ölçüdə asılıdır. 2024-cü ilin son məlumatlarına baxsaq, görərik ki, ixracatımızın 88 faizini neft və neft məhsulları təşkil edib. Bu da kifayət qədər yüksək göstəricidir.

Bu baxmdan neftin ucuzlaşmasının təbii ki, Azərbaycana təsiri olacaq. Hələlik gündəlik neft qiymətlərinin dəyişikliyi yox, orta aylıq, orta rüblük, orta yarımillik və orta illik qiymətlərə fikir vermək lazım gələcək. Ötən ayın orta qiyməti 83 dollar olub, yanvar ayında isə orta qiymət 80 dollar olub.

Hələlik qiymətlər yüksəkdir. Bu nə vaxta qədər davam edəcək, ona baxmaq lazımdır. Neftin dövlət büdcəsində qiyməti 70 dolla götürülüb. Bu bizim üçün strateji səviyyədir. Əgər qiymət 70 dollardan aşağı düşərsə, uzun zaman da aşağı qiymətdə qalarsa, bu, Azərbaycana əlavə problemlər yaradacaq.

- Bəs manatın taleyi necə olacaq?

- Manatın taleyi inzibati tənzimləmədən daha çox asılıdır. Neft qiymətlərinin manata dolayı təsirləri var, amma bizdə əsas inzibati tənzimləmə mexanizmidir. Ona görə də manatın taleyi hökumətin və Mərkəzi Bankın verəcəyi qərardan daha çox asılı olacaq.

- Neftin ucuzlaşmasının təsirindən yayınmaq üçün hansı addımları atmağa ehtiyac var?

- Neftdən asılılıq Azərbaycanda təəssüf ki, yüksək olduğundan uzun illər öncədən bununla bağlı ciddi proqramlara ehtiyac vardı. İndi də sehirli çubuq yoxdur ki, bir-iki ilə vəziyyəti kökündən dəyişmək mümkün olsun. Amma ən azından çalışmalıyıq ki, qeyri-neft sektoru, kiçik və orta sahibkarlıq inkişaf etsin. Eyni zamanda, yeni qazanc mənbələri yaradılması lazımdır ki, bu logistika, neft emalı, kənd təsərrüfatı sahələri ola bilər. Bütün bunlar görüləməli işlərdir.

Əsas məsələ odur ki, Azərbaycan hökuməti bu illərə qədər olan konfort zonadan çıxmalıdır və qaçılmaz olan yeni vergi və gömrük qanunu hazırlayıb qəbul etməlidir. Azərbaycanda iqtisadiyyatı yenidən canlandırmaq üçün yeni vergi və gömrük strategiyasına ehtiyac var. Ona görə də Azərbaycan hökuməti konfort zonadan çıxıb daha ciddi işləməyi öyrənməlidir.

- Natiq bəy, bəs ABŞ niyə ucuz neftdə maraqlıdır?

- ABŞ-nin ucuz neftdə maraqlı olmasının bir neçə səbəbi var. Birincisi, Tramp administrasiyası düşünür ki, ucuz neft Rusiyaya ciddi təsir göstərəcək. Bu əslində Trampın deyil, ABŞ-nin 40-cı prezidenti olmuş Ronald Reyqanın icadıdır. 1980-ci illərin əvvəlində Reyqan eyni üsulla SSRİ iqtisadiyyatının xeyli dərəcədə zəifləməsinə təkan verdi. Nəticə etibarı ilə SSRİ-nin dağılma səbəblərindən biri məhz ucuz neft qiymətləri oldu. Bunu da unutmaq lazım deyil.

İkincisi, Tramp söz verib ki, ABŞ-də inflyasiyanı aşağı salacaq. Amerika avtomobil, benzin ölkəsidir. Ona görə də neftin ucuzlaşması yanacağa da təsir göstərir. Yanacağın ucuzlaşması isə inflyasiyanı xeyli dərəcədə aşağı salır. Hesab edirəm ki, Trampın bu addımları həm də seçki kampaniyasında verdiyi vədlərin həyata keçməsinə xidmət edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02
Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54
Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51
"Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50
"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48
Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək - "ArmenPress"
Dünən, 16:42
“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
Dünən, 16:40
Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA - “Keçmiş qohumlar işimi hədəf alırdılar”
Dünən, 16:34
Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
Dünən, 16:31
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Dünən, 16:06
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Dünən, 16:03
Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Dünən, 15:58
KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Dünən, 15:54
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Dünən, 15:42
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Dünən, 15:39
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Dünən, 15:31
Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Dünən, 15:24
Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Dünən, 15:15
Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Dünən, 15:12
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Dünən, 15:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru