Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir .....                     "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" .....                     "Atamın bir əli işləmir" .....                     Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi .....                     Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... .....                     Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? .....                     Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib .....                     Türkiyə şirkəti Azərbaycan bazarından gedir .....                     Azərbaycanda şirkət nizamnamə kapitalını .....                     Zəngəzur dəhlizində “Sülh kəsişməsi” .....                     Azərbaycanın iradəsi olmadan... .....                     Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, .....                     Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                     Ermənistan hərbi ritorikanı artırdı .....                     Tramp prezidentliyinin doqquz günü ərzində .....                     Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi .....                     Onlar erməni xalqını aldadırlar .....                     AZAL-ın 6 təyyarəsi girov qoyulub .....                     Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi .....                     Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: .....                     "Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" .....                     “Paşinyan “Pandoranın qutusu”nu açıb” .....                     Azərbaycan 4 günlük iş rejiminə keçir? .....                     İran polisi milli azlığı güllələyib öldürdü .....                     Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, .....                     "Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" .....                     Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? .....                     ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır .....                     Müharibə veteranlarına verilən 80 manat artacaq? .....                     Niyam Salaminin 500 minlik qalmaqalı: .....                     "Rusiya əzilməli, məhv edilməlidir" .....                     "Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır .....                     Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək .....                     “MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” .....                     Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA .....                     Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? .....                     Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     Fərid Qayıbovun müavini də .....                     KAPTAL BANK-ın hər türü problemlidir... .....                 

Əməliyyatdan sonra bədənimdən çirk axmağa başladı - AÇIQLAMA
Tarix: 28-01-2025, 15:13 | Çap et
Əməliyyatdan sonra bədənimdən çirk axmağa başladı
Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Bu “cərrahların” tələsinə düşənlər də az deyil. Sizə burun əməliyyatı olmaq üçün gedib dünyasını dəyişənlərdənmi, yoxsa bədənşəkilləndirmək üçün əməliyyat masasına uzanıb infeksiyaya yoluxmuş şəkildə oyananlardanmı danışım? Bu qədər hadisə yaşanır, amma yenə də saxtakarlar insanların həyatı ilə oynamağa davam edir.

Lent.az-ın müsahibi saxta cərrah qurbanı olan aktrisa Mila Bekovadır. O da savadsız bir fırıldaqçının hiyləsinə düşüb. Bədənşəkilləndirmə proseduru üçün “həkim” Ülviyyə İlyasovanın qəbulunda olduqdan sonra infeksiyaya yoluxan aktrisa 1 ilə yaxındır ki, bunun əziyyətini çəkir.

- Mila xanım, bədənşəkilləndirmə əməliyyatı olmağa necə qərar verdiniz?

- Ötən il fevralın əvvəlində mənə çox yaxşı bir layihədən baş rol təklifi gəldi və təcili 5-6 kq çəki atmağım xahiş olundu. Bir müddət sonra gördüm ki, özüm bu çəkini ata bilmirəm, eyni zamanda çəkiliş gününə çox az qalırdı. Bu ərəfədə İnstaqramda Ülviyyə İlyasovanın prosedurlarının reklamları qabağıma çıxırdı. Mən də maraqlanmaq üçün səhifəsinə baxdım və gördüm ki, sadəcə kosmetoloji prosedur olaraq qeyd olunub. Düşündüm ki, əməliyyat deyilsə, reabilitasiya dönəmi də olmaz və tez bir zamanda işə başlaya bilərəm. Qərar verdim ki, onun yanına gedəcəm və həmin səhifə ilə əlaqə saxladım. Mənə Nəriman Nərimanov rayonunda yerləşən Mira Dent klinikanın xəritədəki yerini göndərdilər. Bu klinikanın qapısı ilə üzbəüz yerləşən və üzərinə heç bir ad yazılmayan kabinetə daxil olduqda foyedə nəsə söz-söhbət olduğunu gördüm. Deməli, bir ana öz qızını ikinci dəfə əməliyyat olunmağa gətirib, hansı ki, Ülviyyə İlyasova onu birinci dəfə əməliyyat etdikdən sonra bədənində çirk yığılıb. Xanım pasiyentin anasını inandırmağa çalışır ki, sizin qızınızda qıl dönməsi var idi deyə belə hal baş verib. Bütün bunlara baxmayaraq, özümü işimə çox fokuslaşdırmışdım. Beləliklə, özümü müəyyən fikirlərlə aldadaraq qərarımdan dönmədim və prosedura razı oldum.

- İlkin prosedur necə keçdi? Bunun üçün sizdən nə qədər ödəniş tələb edildi?

- Əvvəlcə “həkim” məndən 1800 manat istədi. Mən o qədər imkanım olmadığını dedikdən sonra qiyməti biraz aşağı salaraq 1500 manata razılaşdı və qan təhlilləri istədi. 3 günə dediyi təhlillərin nəticəsini göndərdim və mənə əməliyyat günü təyin etdi. Əməliyyat otağı sanki mətbəxə oxşayırdı. Allah göstərməsin prosedur zamanı təzyiqində problem olsa və s. sənə kömək edəcək heç bir şey yoxdur. Mənə keyidici verməyə hazırlaşdıqları vaxt soruşdum ki, bəs axı siz sosial şəbəkədə paylaşdığınız videolarda xəstələr ayıq vəziyyətdə olarkən bu prosedurları edirsiniz. Bildirdi ki, ağrıya dözə bilməyəcəyin üçün keyidici vuracağıq. Mən ayılanda üstündən neçə saat keçmişdi deyə bilmərəm. Dedilər ki, evə gedə bilərəm. Şoka düşdüm. Çünki klinikada qalacağımı düşünürdüm. Lakin mənə orada qalmağa yer olmadığını bildirdilər. Evə getdikdən 2 saat sonra vəziyyətim dəyişdi. Hallüsinasiyalar görürdüm, elə bilirdim evdə boynunda zınqırov olan inəklər gəzir. Həmçinin, məndən qan gedirdi, qızdırmam da düşmürdü. Əməliyyat edən xanıma zəng elədim və vəziyyətim barədə məlumat verdim. Mənə qorxmamalı olduğumu, bütün xəstələrin bu halı yaşadıqlarını dedi və xeyli ağır dərmanlar, antibiotiklər yazdı. Sistemləri edəndə yaxşı olurdum, dayandıran kimi halım pisləşirdi. Bu dəfə həmin klinikaya getdim. Ülviyyə məni görəndə qorxdu. Çünki 65 kq çəki ilə əməliyyata girən mən 4-5 gündə 85 kq-a çatmışdım. O mənə dedi ki, səni yarmalıyam. Güc-bəla ilə yarmamağa razı saldım. Yenidən antibiotiklərin istifadəsinə davam elədim. Amma elə bir günüm yoxdur ki, qızdırmam olmasın. Günü-gündən də şişirdim. İki həftə sonra yenə onunla əlaqə saxladım, bu dəfə məni Yasamalda AS-EL klinikasına çağırdı. Gördü ki, vəziyyətim daha da pisləşib, məni yardı. Aldatdı ki, bədənimə guya su toplanıb, hər gün məni sıxması üçün klinikaya gedib-gəlməliyəm.

- Heç nədənsə şübhələnmədiniz?

- Xanım insanı o qədər gözəl ovsunlayır ki, heç nədən şübhələnmirsən. Amma rəfiqəm mənə dedi ki, başqa bir həkimə yoxlanım, görək bu nə məsələdir. Yoxlanmağa getdiyim cərrah mənə dedi ki, sizin bədəninizdən axan su yox, çirkdir. Sən demə, əməliyyat zamanı mənə infeksiya keçirib. O cərrah məsuliyyəti üzərinə götürməmək üçün məni qəbul etmədi. Dedi ki, antibiotikləri 3 gün dayandırsam, zəhərlənmə qanıma keçəcək.

- Bunu bildikdən sonra nə etdiniz?

- Ülviyyə İlyasovanın yanına getdim və onu prokurorluğa şikayət edəcəyimi dedim. Yalvardı, and-aman etdi ki, həm əməliyyatın, həm də ondan sonra çəkdiyim xərclərin hamısını geri ödəyəcək, həmçinin yenidən sağlamlığıma qovuşmaq üçün cərrah tapacaq, o vaxta kimi də əvvəlki çəkimə qayıtmaq üçün hər gün bədənimi sıxacaq. Fikirləşdim ki, “həkim” bunu bilərəkdən etməyib, o cümlədən, pulumu da özümə qaytaracaq. Bir neçə gün klinikaya gedib-gəldim. Bir gün gedəndə gördüm ki, klinikada sakitçilikdir. Dedilər ki, Ülviyyə xanımın bacısı dünyasını dəyişib və işdə olmayacaq. Bu müddət ərzində mən həm qızdırma, həm qaşınma, həm də şişkinlik içindəydim. Sonra başqa bir cərrah tapdım. Ülviyyə də dedi ki, pulu mənlikdir. Cərrah dedi ki, təcili əməliyyat olunmalısan. 2 ay sonra həkimin dediyinə görə, 3 saat 40 dəqiqəlik əməliyyat keçirdim. Bir gün sonra öyrəndim ki, Ülviyyə İlyasovanın diplomu yox imiş, ümumiyyətlə, 9-cu sinifdən sonra məktəbdən çıxıb və hətta əməliyyat etdiyi eltisi elə masada vəfat edib. Şok üstünə şok yaşayırdım. Əməliyyatın üçüncü həftəsi yenə halım pisləşdi. Yenidən həkimin yanına getdim və iynə vasitəsilə bədənimdən çirk çıxartmağa başladı. Səbəbini soruşanda bunun normal olduğunu dedi. 7 ay həmin həkimin yanına ayaq döydüm. Bütün iş təkliflərini əlimdən buraxırdım. Hər problemimə bir bəhanə gətirirdi. Artıq dözmədim, klinikanın direktoru ilə görüşdüm və çəkdiyim xərcləri geri ödəmələrini tələb etdim ki, başqa bir yerdə əməliyyat olunum.

- İkinci dəfə başınıza belə bir hadisə gəldikdən sonra da şikayət etmədiniz?

- Bir neçə vaxtdan sonra Ülviyyənin köməkçisinə zəng etdim və onlardan geri alacağım pulumla maraqlanım. Köməkçisi mənə onun tutulduğunu dedi. Sonra bir tanışım Ülviyyə İlyasovanın başqa bir klinikada işə başladığını dedi. Dəqiqləşdirmək üçün həmin klinikaya getdim və Ülviyyənin əməliyyatda olduğunu dedilər. Köməkçisinə dedim ki, ona zəng etsin. Aldım telefonu əlindən və səsimi eşidən kimi üstə çıxmağa çalışdı. Dedi ki, mən məsələni kökündən həll etmişəm, heç kim mənə heç nə edə bilməz. Bu söhbətdən sonra bir neçə dəfə hüquq mühafizə orqanlarına şikayət etdim. Lakin onlar hər dəfəsində işimə xitam verdilər. Bu xanımın tibb üzrə heç bir diplomunun olmadığını, saxtakarlıqla məşğul olduğunu dedikdə isə mənə qanunda boşluqlar olduğunu bildirirlər. Necə olursa, məsələ bircə bu Ülviyyə xanım olanda qanunda boşluqlar yaranır və cəza tətbiq etmirlər. Elə bilirlər ki, biz çörəyi qulağımıza yeyirik. Mən bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında işə xitam verilməsinin səbəbini anlaya bilmirəm.

- Ülviyyə İlyasovanın bu saxtakarlığının başqa qurbanlarını tanıyırsınız?

- Bəli. Vəfa adlı bir xanım var, hansı ki o da güc strukturlarına şikayət ərizəsi verib. Lakin hələ izahat üçün çağırılmayıb. Bundan başqa, biraz əvvəl də qeyd etdiyim kimi Ülviyyə İlyasovanın öz eltisi də onun qurbanı olub. Mən həmin mərhumun anası ilə əlaqə saxlayıram. Onun da işini gah təxirə salırlar, gah “həkim səhlənkarlığı” adlandırırlar. Sadəcə mənim anlamadığım odur ki, bu şəxsin həkim olmadığını necə qulaq ardına vura bilirlər.

- Belə başa düşürəm ki, siz nəinki fiziki və maddi, o cümlədən, kifayət qədər mənəvi zərər də görmüsünüz. Düzdü, digər məsələlərdə işinizə xitam verilir, bəs həmin xanıma qarşı mənəvi təzminat açmağı düşünmüsünüzmü?

- Əlbəttə ki. Bilirsiniz necəyəm? Elə bil bütün dünya bir yanadır, mən bir yana. Bilirəm ki, doğru deyil, lakin bəzən özümdən asılı olmur. Yaşadıqlarımı düşündükcə nəfəs ala bilmirəm, boğuluram. Məsələ ilə bağlı çox yerə müraciət etdim. Mənə psixoloji dəstək təklif etdilər. Onların sayəsində Psixi Sağlamlıq Mərkəzinin baş həkimi mənimlə əlaqə saxladı, seanslarımız oldu. Həkim bildirdi ki, məndə heç bir psixi pozğunluq və ya dəlilik yoxdur, amma güclü psixoloji travma almışam. Bu da çox normaldır, çünki kimin üstündə bu qədər eksperiment aparılsa, belə vəziyyətə düşə bilər. Sakitləşdiricilər yazdı, hələ də onları qəbul edirəm.

Mənəvi təzminata gəldikdə isə onu deyim ki, bizim ölkədə kiməsə bu sözü deyəndə adama gülürlər. Maddi təzminatı isə əlimdə rəsmi şəkildə çek olmadığı üçün tələb edə bilmirəm. Bundan əlavə, mənim digər işlərimə baxmırlar, qaldı ki mənəvi zərərlə bağlı müraciətimə.

- Qeyd etdiniz ki, sizə çek verməyiblər. Bəs siz tələb etməmişdiniz?

- Adamın üstündə Allah var, mən xüsusi olaraq çeki tələb etmədim. Amma əməliyyat üçün uzananda məndən ödənişi istədilər. Mən pulu ona uzadanda götürmədi, şkafın üstünə qoymağımı istədi. Mən də gözümün qabağında saymasını xahiş etdim və soruşdum ki, bəs çek vermirsiniz? Cavabında mənə dedi ki, çek nəyinizə lazımdır, onsuzda bizdə ƏDV yoxdur.

- Hazırda sağlıq vəziyyətiniz necədir?

- Şükür indi vəziyyətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Yenə də reabilistasiyam davam edir. Eyni zamanda, psixoloji travma ilə əlaqədar dərmanları qəbul edirəm.

- Bu yaşadıqlarınızdan dolayı peşmançılıq yaşamısınız?

- Təbii ki, indiki ağlım olsaydı, ilk dəfə o klinikaya gedəndə qarşılaşdığım söz-söhbəti, yolu çətinliklə tapmağımı və s. nəzərə alıb geri qayıdardım. Bəzən Allah bizə işarələr göndərir, amma biz onları görməzlikdən gəlirik. Ülviyyə İlyasovanın əməliyyat zamanı bədənimə infeksiya keçirdiyini öyrənəndən sonra klinikaya gedəndə orada oturub əməliyyat sırasını gözləyən bir xanım var idi, hansı ki, tək qız övladını gətirmişdi. Mən onlara başıma gələnləri danışdım və təcili şəkildə oradan getmələrini tövsiyə etdim. Çünki mənim yaşadıqlarımın başqalarının başına gəlməsini istəmirəm. Bütün bunları danışmaqda digər bir məqsədim də odur ki, insanlar bundan dərs götürsün və belə qərarlar verərkən çox diqqətli olsunlar. Çünki belə saxtakarlar öz həyatlarına davam edir, olan zərərçəkənə olur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
"Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36
Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33
Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30
Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50
Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43
Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05
Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02
Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00
Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58
Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07
Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05
Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04
Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02
Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01
Onlar erməni xalqını aldadırlar - Overçuk
Dünən, 18:00
AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
Dünən, 17:57
Penitensiar Xidmətin sabiq vəzifəli şəxsi cərimələndi - Dustağa telefon aparıb
Dünən, 17:56
Suriyanın yeni lideri Rusiyaya ŞƏRT QOYDU: - "Bəşər Əsədi ver"
Dünən, 17:54
"Avropa Şurası beynəlxalq qurum kimi yox ola bilər" - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:53
“Paşinyan “Pandoranın qutusu”nu açıb” - Marukyan
Dünən, 17:51
Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
Dünən, 17:14
İran polisi milli azlığı güllələyib öldürdü - ŞOK GÖRÜNTÜLƏR
Dünən, 17:13
Bəlkə Paşinyan həmin separatçıları “kurort zona”da görmək istəyir, biz bilmirik
Dünən, 17:07
"Ermənistanda olacaq Avropa çempionatı siyasi məsələdən asılıdır" - deputat
Dünən, 17:01
Ermənistan Belarusla diplomatik münasibətləri kəsir? - GƏLİŞMƏ
Dünən, 16:58
ABŞ 709 azərbaycanlını ölkədən deportasiya etməyə hazırlaşır - KİV
Dünən, 16:55
Müharibə veteranlarına verilən 80 manat artacaq? - AÇIQLAMA
Dünən, 16:54
Niyam Salaminin 500 minlik qalmaqalı: - Müğənni saxta sənədlərlə aldadıldığını iddia edir
Dünən, 16:51
"Rusiya əzilməli, məhv edilməlidir" - Simonyandan NET MÖVQE
Dünən, 16:50
"Grand Kredit" vətəndaşın 480 min manatını qaytarmır - MƏHKƏMƏ İŞİ
Dünən, 16:48
Gürcüstan Baş naziri sabah Ermənistana səfər edəcək - "ArmenPress"
Dünən, 16:42
“MƏNƏ BORCLU OLDUĞU 58 MİN MANATI VERMİR” - “Uğur İnşaat”ın rəhbəri rektordan şikayətçidir
Dünən, 16:40
Səfir tərəfindən döyüldüyü iddia olunan Rəhman Şahhüseynlidöən AÇIQLAMA - “Keçmiş qohumlar işimi hədəf alırdılar”
Dünən, 16:34
Suraxanı rayon İcra Hakimiyyəti hara baxır? - NARAZILIQ VAR...
Dünən, 16:31
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib
Dünən, 16:06
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Dünən, 16:03
Fərid Qayıbovun müavini də Komitədən UZAQLAŞDIRILDI
Dünən, 15:58
KAPTAL BANK-ın hər türü problemlidir... - AXI NİYƏ?..
Dünən, 15:54
AZƏRBAYANIN ŞİMAL QAPILARI YAVAŞ-YAVAŞ DÖYÜLÜR... - Rusiyadan gələcək böyük köçə hazırıqmı?
Dünən, 15:42
Trampın fərmanı azərbaycanlılardan da yan keçməyib
Dünən, 15:39
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Dünən, 15:31
Naxçıvanda torpaq sahələrini suvarmaq üçün 28 milyon manatlıq su xətti çəkilir - QALİB ŞİRKƏT
Dünən, 15:24
Karslon düşünüb ki, Donald Tramp... - AKTUAL
Dünən, 15:15
Balaəli məşhur geyim markasının adını səhv dedi, LAĞA QOYULDU - VİDEO
Dünən, 15:12
Dalana dirənmiş “MTN işi” davam etdiriləcək – zərərçəkənin şikayəti
Dünən, 15:11
Paşinyan “at gedişi” etmək istədi, lakin özünü elə bir çuxura saldı ki... - GƏLİŞMƏ
Dünən, 14:02
Kartlardan oğurluğa son qoyulacaq?! - ARAŞDIRMA
Dünən, 14:00
Cavanşir Feyziyevin dərman firmasına daha bir cərimə - DETALLAR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru