"İran Ermənistana qoşun yeritmək barədə xəbərdarlıq etsə də, inandırıcı deyil".
Bunu TNS-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
O bildirib ki, İran Qərbin təzyiqlərinə görə bu addımı ata bilməz: “Hesab edirəm ki, İranın Ermənistana qoşun yeritməsi real deyil. Məlumdur ki, Ermənistanı Qərb müdafiə edir. Qərblə də İranın münasibətləri gərgindir. Qərb daim İrana qarşı sanksiyalar tətbiq edir. Belə bir proses baş verəcəyi təqdirdə Qərbin İrana təzyiqləri daha da güclənə və kəskin xarakter ala bilər.
Digər tərəfdən, İran Suriyada məğlub oldu və ölkənin daxilində də gərginlik var. Üzdə olan sakitlik heç də İranda stabilliyin olması demək deyil. Bütün bunlar onu göstərir ki, İranın Ermənistana qoşun yeritməsi real deyil. İran sadəcə olaraq, bəzi çox ölkələrin reaksiyasını bilmək üçün nəbz yoxlamaq istəyir”.