DİA-AZ-da TEXNİKİ FASİLƏ... .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                 

Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar - PROBLEM
Tarix: 9-04-2014, 14:59 | Çap et
Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar
«Arçın» kiçik müəssisəsinin İrandan gətirdiyi kafel 2 aydır Astara gömrüyündə saxlanır. Müəssisəsinin direktoru Yunus Orucovun iddia edir ki, malın bütün sənədləri qaydasındadır. Lakin Astara Gömrük İdarəsi malı buraxmır:

«Fevralın 1-dən qanuni müqavilə əsasında İran İslam Respublikasından öz firmamın adına keramika məhsulu olan yük gətirmişəm. Bu günkü günə kimi də Astara gömrüyü heç bir əsas olmadan malı buraxmır. Bu barədə fevralın 4-də Astara Gömrük İdarəsinin rəisinə müraciət etmişəm. Heç bir nəticəsi olmayıb».

YUXARILARA ŞİKAYƏTLƏR…

Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar

Sahibkarın dediyinə görə, əlacsızlıqdan yuxarı orqanlara üz tutmalı olub. O, dəfələrlə gömrük komitəsinə və digər cavabdeh təşkilatlara müraciət etdiyini söyləyir:

«Respublika Gömrük Komitəsinə, onun internet saytına, şəxsən Aydın Əliyeva dəfələrlə müraciət etmişəm. Onların Qaynar xətti olan 192 ilə hər gün danışıram. Həmçinin Respublikanın Baş prokuroruna dəfələrlə müraciət eləmişəm».

Sahibkarın fikrincə, monopoliyaya şərait yaratmaq elə korrupsiyaya şərait yaratmaq deməkdir. O hesab edir ki, ölkədə yaradılmış korrupsiya idarəsi də belə hallara qarşı mübarizə aparmalıdır:

«İKİ AYDAN ÇOXDUR MAL ORDA QALIB»

«Mən yuxarıda Allah, aşağıda prezidentə inanıram. O, dəfələrlə korrupsiyaya qarşı, rüşvətxorluğa qarşı mübarizədən danışıb. Mən də inanıram ki, bu adam bununla mübarizə aparır. Çünki biz zəhmətlə böyümüşük. Bizim böyüklərimiz bizi belə tərbiyə edib. Ancaq indiyə kimi heç bir nəticəsi olmayıb. İki aydan çoxdur mal orda qalıb».

Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar

Sahibkarın sözlərinə görə, kafelin gömrükdə saxlanması nəticəsində hər gün ona 50 manatdan çox ziyan dəyir. Sürücü ilə bağladığı müqaviləyə görə, ona pul ödəyir. Yunus Orucov hesab edir ki, bu məbləğ kiçik sahibkarlığı məhv etməyə kifayət edir:

«HƏR GÜN 50 MANAT CƏRİMƏ ÖDƏMƏLİ OLURAM»

«Uzun yazışmalardan sonra Astara Gömrük İdarəsindən mənə bir məktub gəlib ki, guya «invoice»un əsli olmadığına görə gömrük rəsmiləşdirilməsi mümkün olmayıb. Sonradan təzədən «invoice»un əslini onlara göndərmişəm. Bu günə kimi nəticəsi olmayıb. Sürücü ilə bağladığım müqaviləyə əsasən hər gün 50 manat cərimə ödəməli oluram. Dəfələrlə müraciət etmişəm, heç bir nəticəsi olmayıb».

SAHİBKAR MƏHKƏMƏYƏ ÜZ TUTUB...

Yunus Orucov deyir ki, əvvəllər də Astara gömrüyündə belə qanunsuzluqlar olub. Lakin uzun yazışmadan sonra məsələ həllini tapıb. Lakin bu dəfə malı buraxmaq istəmirlər. Sahibkar Astara gömrüyünü Şirvan İqtisad Məhkəməsinə verdiyini deyir. Onun sözlərinə görə, birinci məhkəmə baxışında Astara gömrüyündən nümayəndə iştirak etməyib. Növbəti məhkəmə baxışı gözlənilir.

Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar

Bu deyilənlərə münasibət öyrənmək üçün Astara Gömrük İdarəsi ilə əlaqə saxladıq. İdarənin növbətçi hissəsindən suallarımızı dinləsələr də cavab vermək istəmədilər. Astara Gömrük İdarəsinin yük şöbəsinin rəisi Aydın Babayevlə də danışmaq istəyimiz alınmadı.

GÖMRÜKDƏN CAVAB...

Astara Gömrük İdarəsinin rəis müavini Abbas İsmayılovdan sahibkar Yunus Orucovun ünvanına gələn məktubda isə oxuyuruq: «Sizin Dövlət Gömrük Komitəsinə ünvanladığınız müraciətlə əlaqədar bildiririk ki, təqdim etdiyiniz kafel yükünə dair sənədlərdə «invoice»un əsli olmadığından yükün rəsmiləşdirilməsi mümkün olmamışdır».

Halbuki, sahibkar deyilən sənədin əslini idarəyə 1 aydır göndərdiyini bildirir.

Sabiq gömrük işçisi Elman Hüseynov deyir ki, «invoice» malın qiymətini dəyərləndirən sənəddir. Bu sənəd səhvdirsə və ya yoxdursa gömrük idarəsi malı özü dəyərləndirə bilər. Elman Hüseynovun sözlərinə görə, Astara gömrüyü ilə bağlı belə şikayətlər tez-tez eşidilir. O bu barədə ötən ilin avqustunda Astara rayonunda vətəndaşların qəbulunu keçirən Gömrük Komitəsinin sədri Aydın Əliyevə də şikayət etdiyini deyir:

«AZAD SAHİBKARLIQ BELƏ OLMUR»

«Mənim özümə qarşı qanun pozuntusu olub. Bununla əlaqədar ona sənədlər təqdim elədim. Ondan sonra komitə sədri söz verdi ki, mənim ərizəmə bir daha baxılacaq. Ondan sonra 20 dəfə ona müraciət eləmişəm. Heç cavab da vermirlər. Bunlar elə bilir ki, ayrı zümrədirlər. Amma bizdə hüquqi dövlətdir, hamı bərabərdir. Həmin məsələlər həm avtobus şöbəsində, həm də yük şöbəsində hökm sürür. Özbaşınalıqdır. Bunlar müəyyən adamlara hüquq verirlər. Həmin adamların üstünə göndərirlər ki, gedin onlarla razılaşın. Axı azad sahibkarlıq belə olmur».

Astara gömrükxanasında vətəndaşın başına necə oyun açırlar

İqtisadçı Vidadi Mirzəyev isə deyir ki, korrupsiyaya qarşı mübarizə gömrükdən başlamalıdır:

«Korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gömrükdən başlamaq əvəzinə taksi sürücülərindən başladılar».

SÜNİ QİYMƏT ARTIMI NECƏ YARANIR?

İqtisadçının dediyinə görə, İrandan kvadratı 2-3 manata gələn kafel, gömrükdən keçəndən sonra 11-12 manata qalxır. Halbuki, gömrük rüsumları ilə birlikdə kafelin bir kvadratı 5 manatdan çox olmamalıdır. Onun dediyinə görə, bütün idxal məsullarında süni qiymət artımı belə yaranır.

Ötən il «Xəzər» MMC-yə məxsus kafel dolu 6 yük maşını da Astara gömrüyündə 4 aya yaxın saxlanmışdı. Sahibkar məhkəmə çəkişməsindən sonra öz hüquqlarını qismən təmin edə bildi. Hərçənd sahibkara külli miqdarda ziyan dəydi. Elman Hüseynov da belə problemlərlə üzləşən sahibkarlara məhkəmələrə müraciət etməyi məsləhət görür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DİA-AZ-da TEXNİKİ FASİLƏ... - DİQQƏT!
Bu gün, 11:02
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru