Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" .....                     Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                 

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR
Tarix: 30-04-2024, 12:10 | Çap et
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR
Ötən ilin oktyabrında Respublika Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlanması ilə bağlı məlumat yaydı. Məlumatda auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan bir çox qurumlarda yol verilən qanunsuzluqlara toxunulub. Burada diqqət çəkən məqam dövlət satınalmaları ilə bağlıdır.

Məlumatda qeyd edilir ki, nazirliyin qurumlarında satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5 % miqdarında və ya 1 milyon 379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib.

Bunlar Hesablama Palatasının Gənclər və İdman Nazirliyinin və onun tabeliyindəki bilavastə tikinti layihələrinə cavadeh olan qurumların auditi zamanı aşkarlanıb. Maraqlıdır, Gənclər və İdman Nazirliyinin regional idarələrində bu tip yoxlamalar aparılsa nə kimi qanunsuzluqlar ortaya çıxa bilər? Düzdü son dövrlər sözügedən nazirliyin regional idarələrinin bəzi rəhbərlərinin adı rüşvətxorluqda hallanıb və bununla bağlı qanun çərçivəsində lazımı tədbirlər həyata keçirilib. Amma Gənclər və İdman Nazirliyinin regional idarələrində dövlət vəsaitlərindən səmərəli istifadə olunmaması, korrupsiya əməllərinə yol verilməsi, iş fəaliyyətində kifayət qədər çatışmamazlıqlar, nöqsanlar, maliyyə və kadr saxtakarlıqları, vəzifədən sui- istifadə halları, vəzifəli şəxslərin özbaşınalığı kimi xoşagəlməz hallar hələ də mövcuddur. Necə ki, nazirliyin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində də bu kimi hallara yol verilir.

Rəsmi məlumatlrda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi Prezident İlham Əliyevin Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında 10 dekabr 2022-ci il tarixli Sərəncamından sonra Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon gənclər və idman idarələrinin əsasında yaradıldığı bildirilir. Ötən ilin iyulunda Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən idarə Nəcəf Novruzova həvalə edilib. Qeyd edək ki, Nəcəf Novruzov daha əvvəl Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.

Nəcəf Novruzovun rəhbərliyi ilə şimal bölgəsinin rayonlarında gənclər və idman siyasəti hansı səviyyədə həyata keçirilir? Elektron mediada bölgədə təşkil olunan bir neçə turnirdən başqa məlumat yoxdu. Amma rəsmi mənbələrdə geniş məlumatlar var.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığı araşdırmada məlum oldu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalmaların təşkili qanunla müəyyən olunmuş qaydada həyata keçirilməyib. Araşdırma zamanı müəyyən olundu ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası tərəfindən 31.10.2023-cü il tarixində dövlət satınalmalarının vahid internet portalında 2023-cü ilin alınması nəzərdə tutulan satınalma planları açıqlanmışdır. Satınalma planlarına 2 kotirovka sorğusu daxil edilmişdir.

Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay müddətində

Qusar rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalması – Kotirovka sorğusu (e-kotirovka), Oktyabr, 2 ay ərzində

Qeyd edək ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən 2023-cü ildə yuxarıda göstərilən kotirovka sorğularından dövlət satınalmalarının vahid internet portalında iddiaçılara yalnız 1 lot üzrə (e-kotirovka) elektron dəvət elanı vermişdir. Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – 01.11.2023-cü il tarixdə. Kotirovka sorğusunun şərtlər toplusunda zərflərin açılış tarixi və vaxtı 17.11.2023-cü il tarixə müəyyən edilmişdir. Buna baxmayaraq sözügedən kotirovka sorğusunun nəticəsi barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirilməmişdir.

Amma Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası dövlət satınalmalarının vahid internet portalında 2023-cü ildə bir kotirovka sorğusunun nəticəsini açıqlamışdır. Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması – “KASKAD-DEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 19.270 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat 01.12.2023-cü il tarixdə açıqlanmışdır. Amma bu kotirovka sorğusu üzrə iddiaçılara heç bir elektron dəvət elanı verilməmişdir.

Buradan suallar yaranır: Qusar rayonu üzrə bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilməmişsə bu kotirovka sorğularının qalibi necə müəyyən edilib? Xaçmaz rayonu üzrə Bədən tərbiyəsi, idmanın təşkilində və gənclər sahəsində alınacaq malların satınalınması üzrə iddiaçılara (e-kotirovka) elektron dəvət elanı verilmişsə, müəyyən olunmuş vaxtda satınalması keçirilibsə, nəticələri barədə qanunla müəyyən edilmiş qaydada ictimaiyyətə nə üçün acıqlama verilməmiş, dövlət satınalmalarının vahid internet portalına nə üçün məlumatlar yerləşdirililməmişdir?

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Satınalma Komissiyası 2023-cü ildə keçirilməsi nəzərdə tutulmuş kotirovka sorğularının təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət (e-kotirovka) elanı verməmiş, bağlanılan müqavilələr barədə məlumatlar yerləşdirməmişdir. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Xüsusilə bildirmək istərdik ki, Nəcəf Novruzov Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olduğu dövrdə də satınalmaların təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlər üzrə keçirilmiş kotirovka sorğularının nəticələrini ictimaiyyətə açıqlamamışdır. İdarə tərəfindən 2022-ci ildə idman malları, əyani vəsait, hədiyyələr və s. xidmətlərin satınalması üzrə qalib seçilmiş “BONNET AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.550 manat məbləğində satınalma müqviləsi bağlanılmışdır. Adıçəkilən MMC bundan başqa heç bir satınalmada iştirkçı olmamış, hazırda isə riskli vergi ödəyicilərinin siyahısına daxil edilib və 6098.16 manat vaxtında ödənilməyən vergi borcu var. Bu da Nəcəf Novruzovun rəhbərliyi dövründə Nərimanov rayon Gənclər və İdman İdarəsinin şübhəli MMC ilə işbirliyində olduğunu deməyə əsaslar verir.

Qeyd edək ki, Nəcəf Novruzov deputat Siyavuş Novruzovun qardaşı oğludur. O, uzun müddət Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi olmaqla bərabər, həm də Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru