Problemlər məngənəsində sıxılan 8 medallı qazi Prezidentdən kömək istəyir: - “Əlillik dərəcəsi almamışam, heç yerdə işləmirəm...”
Tarix: 28-10-2023, 12:14 | Çap et
Aprel döyüşləri, İkinci Vətən Müharibəsi və “Qisas” əməliyyatının iştirakçısı, 8 medallı keçmiş xüsusi təyinatlı Pərvin Hüseynov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
DİA.AZ Etikxeber.az-a istinadən xəbər verir ki, Bərdə rayonu Muğanlı kəndindən olan və hazırda Binəqədi rayonunda yaşayan keçmiş xüsusi təyinatlı gizir, 8 medallı Pərvin Möhübbət oğlu Hüseynov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Qazinin müraciətində deyilir:
“Cənab Prezident!
Hörmətli Mehriban xanım!Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-Pərvin Möhübbət oğlu Hüseynov 1995-ci ilin iyun ayının 15-də Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşam. Ailənin dörd oğlan övladından biriyəm. 2021-ci ildə atamı itirmişəm. 2001-2012-ci illərdə Elzamin Mirzəyev adına Muğanlı kənd tam orta məktəbində oxumuşam. Orta məktəbi bitirdikdən bir il sonra-2013-cü ilin 4 iyul tarixində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanmışam. Əvvəlcə Bakı şəhərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qulluq etmişəm, sonra isə Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə Əsgərliyimi davam etdirmişəm. Əsgərliyimin bir ilinin tamamında-2014-cü ilin yayında Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil olmuşam və 6 aylıq kursu bitirdikdən sonra, 2014-cü ilin sonlarından Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə-xidmətə başlamışam.
Elə bu yerdəcə qeyd edim ki, qardaşımın biri də hərbçidir, 12 ilə yaxındır Azərbaycan Ordusunda xidmət edir. İkinci Vətən Müharibəsinin və son əməliyyatların iştirakçısı olub. Xüsusi Təyitanlı Qüvvələrin “N” saylı hərbi hissəsində Kiçik gizir kimi xidmətə başladıqdan az sonra, yəni, 2016-cı ilin tarixi uğurlu Aprel döyüşlərinə kimi iki dəfə döyüş tapşırığında iştirak etmişəm. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılan, tarixi Qələbə və Zəfərimizə gedən yolun başlanğıcı, cığırı olan Aprel döyüşlərində Vətənin keşiyində dayanmışam, döyüşlərdə iştirak etmişəm. Həmçinin, ABŞ Xüsusi Təyinatlıları ilə bir yerdə 6 həftəlik kurs keçmişəm.
Dünya hərb tarixinə yazılan 44 günlük İkinci Vətən Müharibəsində isə Xüsusi Təyinatlı Qüvvələrin Giziri kimi iştirak etmişəm. Füzulidən Şuşayacan döyüşlərdə olmuşam. Şuşada qanlı döyüşlər zamanı yaralanmışam. Yaralanmağıma baxmayaraq, döyüşü davam etdirmişəm, müharibə bitənə, tarixi Qələbə və Zəfərimizə kimi döyüşlərdə olmuşam. İkinci Vətən Müharibəsindən az sonra isə Kəlbəcər rayonunun təhvil-təslimində iştirak etmişəm. Müharibə zamanı yaralanmağıma rəğmən Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. 2022-ci ildə qardaş və dost Türkiyədə iki dəfə-Türkiyə Özəl Kuvvetleri ilə dörd həftəlik bir kursda, iki aylıq isə bir kursda olmuşam, sularda əməliyyat kursunu keçmişəm. Bununla yanaşı, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak etmişəm, yaralanmışam, qapalı (ağır) kəllə-beyin travması almışam.
Yaralanmağıma baxmayaraq, yenə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətimi davam etdirmişəm. Eyni zamanda, səhhətimin pisləşməsi ilə bağlı 2023-cü ilin yanvarından əvvəlcə Hərbi hospitalda, sonra isə müxtəlif xəstəxanalarda müalicə almışam, müayinələrdən keçmişəm. 2023-cü ilin sentyabr ayının 14-dən isə Ordudan təxris olunmuşam. Hələ də müalicə-müayinələrimi davam etdirirəm. Hələ də səhhətimdə ciddi problemlər var.
Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, o cümlədən “Şücaətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun (1918-2018) 100 illiyi”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.
Bunlara görə Sizə-Müzəffər Ali Baş Komandanımıza, Qalib Sərkərdəmizə, xalqımızın Xilaskar oğluna, Qalib Dövlətimizə öz dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm”.
Müraciətdə sonra qeyd olunur:
“Cənab Ali Baş Komandan!
Çox dəyərli Mehriban xanım!
Sizlərin-hər ikinizin Azərbaycan naminə fədakarlıqları, tarixi xidmətləri misilsiz, saysız-hesabsızdır. Saymaqla bitirmək, qurtarmaq olmaq. Hər ikiniz də qoşa qanad kimi Azərbaycan dövlətinin güclü, qüdrətli, firavan olması, öz imzasını imzalar içində əbədi həkk etdirməsi üçün gecə-gündüz demədən çalışırsınız. Bu gün məhz Sizlərin sayəsində Azərbaycan dünyanın ən güclü, ən qüdrətli dövlətləri sırasındadır. Azərbaycan bu gün dünyanın sabitlik və təhlükəsizlik adasıdır. Azərbaycan keçmiş post-sovet, MDB məkanında separatçılığa, separatizmə son qoymuş, öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş ilk və yeganə dövlətdir.
Bəli, Rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi məhz Sizin dəmir iradəniz, cəsarətiniz sayəsində Azərbaycan 1988-ci ildən başlayan qanlı Qarabağ fitnəkarlığına, Qarabağ münaqişəsinə son qoydu, torpaqlarını yağı-murdar erməni tapdağından, işğalından azad etdi. Həm tarixi 44 günlük İkinci Vətən Müharibəsi, həm 2022-ci ilin “Qisas” əməliyyatı, həm də 2023-cü ilin 19-20 sentyabr tarixli 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı nəticəsində işğalçı və təcavüzkar Ermənistan diz çökdürüldü, öz əli ilə öz əbədi məğlubiyyətinə imza atdı, qanlı Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.
Bu gün üçrəngli bayrağımız Azərbaycanımızın hər bir guşəsində-o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Laçında, Şuşaşda və digər bölgələrimizdə dalğalanmaqdadır. Bu gün Azərbaycan dövləti Qalib Dövlət, Azərbaycan xalqı Qalib Xalqdır. Bütün bunların memarı isə Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə kimi Sizsiniz. Məhz Sizin və ən sadiq, ən etibarlı silahdaşınız Mehriban xanımın birgə fəaliyyəti, Xalq-Dövlət-İqtidar birgəliyi, həmrəyliyi nəticəsində bunlar baş verib, Qalib Xalqa, Qalib Dövlətə çevrilmişik.
Allah Sizləri, Qalib Azərbaycanımızı qorusun!”
Müraciətdə daha sonra bildirilir:
“Hörmətli İlham Heydər oğlu!
Əziz və dəyərlimiz Mehriban xanım!
Bu müraciəti ünvanlamaqla, Sizlərdən həm də yaşadığım problemlərin həllində mənə, ailəmə dəstək olmağınızı xahiş və rica edirəm. Bir neçə il öncə ailə həyatı qurmuşam. Hazırda iki övlad-Məryəm və Zümra adlı iki azyaşlı qız atasıyam.
Hazırda heç bir yerdə işləmirəm. Heç bir yerdən gəlirim yoxdur. İkinci Vətən Müharibəsində və “Qisas” əməliyyatında yaralanmağımla əlaqədar səhhətimdə çox ciddi problemlər var.
Hələ də müalicələrimi davam etdirirəm. Əlillik dərəcəsi də almamışam. Hazırda Bakı şəhərində, Binəqədi rayonunda yaşayıram ailəmlə. Həm ipoteka krediti, həm də iki banka kredit ödəyirəm.
Qeyd etdiyim kimi, hazırda da heç bir yerdə işləmirəm, maddim durumum çox ağırdır və kreditlərimi ödəyə bilmirəm. Bunlar isə yaxşı olmayan səhhətimi bir az da korlayır, pisləşdirir. Böyük qızım uşaq bağçasına getməlidir, amma pul ödəyə bilmədiyim üçün gedə bilmir. Bu da bir ata kimi mənə çox pis-ağır təsir, qürurumu incidir.
Ona görə hər bir kəsə, hər bir Azərbaycan vətəndaşına dəstək olan Sizlərdən problemlərimin həllinə dəstək olmağnızı, kreditlərimin bağlanması, bağışlanması ilə bağlı aidiyyatı qurumlara göstəriş və tapşırıqlar verməyinizi xahiş və rica edirəm.
Çox xahiş və rica edirəm ki, bu məsələlərin həllində dəstəyinizi əsirgəməyəsiniz. Əminəm və inanıram ki, belə də olacaq, müraciətim nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Öncədən də Sizlərə-hər ikinizə öz dərin minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|