Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                 

“Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara” - Göygöl Milli Parkından şikayət var...
Tarix: 1-07-2023, 09:43 | Çap et
“Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara”
14 il Göygöl Milli Parkında çalışmış Müşfiq Atayev deyir ki, onu qoruqda baş verən qanunsuzluqlara göz yummadığına görə cəzalandırıblar. O, hələ işlədiyi vaxtlarda qoruqda baş verənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayətlər edib. Şikayəti əsasında əraziyə yoxlama göndərilib, nöqsanlar aşkarlanıb.

“Müxtəlif fermerlərin mal-qarası Göygöl Mərkəzi Parkının ərazisinə buraxılır”

Müşfiq Atayev Göygöl Milli Parkında təsərrüfat müdiri olub. O iddia edir ki, çalışdığı müddətdə işinə həmişə məsuliyyətlə yanaşıb, nəticədə bir sıra mükafatlara layiq görülüb. Onun sözlərinə görə, bu quruma 2020-ci ildə İlham Məmmədov rəhbər təyin olunandan sonra vəziyyət dəyişib:

“O, əvvəl balıq zavodunun müdiri olmuşdu. Gələndən o əhval-ruhiyyədə idi ki, qoruqdakı işçiləri təmizləsin, öz adamlarını gətirsin. Deyirdi ki, “ərizənizi yazın, gedin”. Gah anbarı yoxlatdırdı, gah komissiya təşkil elətdirdi, heç nə tapmadı. Mənim vəzifəmi dəyişib, bələdçi elədilər. Yenə işimin öhdəsindən gəlirdim…”.

Müşfiq Atayevin sözlərinə görə, Göygöl Milli Parkının ərazisi 12 min 755 hektardır. Bunun da 6 min 755 hektarı qoruq hesab olunur.

Şikayətçi deyir ki, parkın ərazisində bir tərəfdə turistlər gəzdiyi halda, digər tərəfdə də tez-tez mal-qaraya rast gəlmək olur. Həmin mal-qara isə əraziyə özbaşına gedib çıxmır:

“İşlədiyim vaxtlarda bununla əlaqədar dəfələrlə şikayət elədim ki, tədbir görülsün, ayıbdır. Bir tərəfdə turistlər, o biri tərəfdə mal-qara… Elə həmin şikayətlər də axırda işimin itirilməsi hesabına başa gəldi. Araşdırmalar zamanı məlum oldu ki, müxtəlif fermerlərin mal-qarasıdır, razılaşdırılmış qaydada ora buraxılır. Bu problemi İlham Məmmədovun da nəzərinə çatdırmışdım. Mənə deyirdilər ki, guya nazirliklə razılaşdırılıb”.

“Nazirə də problemi dedim, üç gün sonra özümü nazirliyə çağırdılar…”

Müşfiq Atayevin sözlərinə görə, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Göygölə səfəri zamanı onunla görüşüb, parkın ərazisinə mal-qara buraxılması problemini onun da nəzərinə çatdırıb. Nazir ətrafda olan şəxslərdən birinə göstəriş verib ki, məsələ qeyd olunsun və araşdırılsın:

“Üç gün sonra məni Bakıya – nazirliyə çağırdılar. Orada sorğu-sual elədilər. Rayona qayıdandan sonra dedilər ki, nazirlikdə İlham Məmmədovun dostu var. Amma nazir mənim dediklərimin araşdırılması üçün göstəriş vermişdi, onun əsasında 10 saylı Regional İdarənin işçiləri gəlib Göygöl Milli Parkında yoxlama aparmışdı. Nəticədə xeyli qanunsuzluqlar aşkarlanmışdı”.

“Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?”

Müşfiq Atayev bir müddət öncə Əmək Məcəlləsinin 68.2 (b) maddəsilə (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunub. Lakin o hesab edir ki, qanunsuzluqlara göz yummadığına, korrupsiyanı dilə gətirdiyinə görə onunla müqaviləni uzatmayıblar. Deyiblər ki, işçiyə ehtiyac yoxdur, ixtisar gedir: “Necə ixtisar gedir ki, məndən sonra 7 nəfəri işə götürüblər?”

Göygöl Milli Parkının rəhbərliyi isə Müşfiq Atayevin onlara böhtan atdığını iddia edir. Parkın işçiləri bu barədə akt da tərtib edib və imzalayıblar. Orada göstəriblər ki, Müşfiq Atayev böhtan atır, bu üzdən onunla birlikdə işləmək istəmirlər.

Müşfiq Atayev isə düşünür ki, keçmiş iş yoldaşları onun əleyhinə akta təzyiq altında imza atıblar.

O, Prezident Administrasiyası, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Ombudsman da daxil olmaqla, müxtəlif dövlət strukturlarına şikayətlər göndərib. Gileylənir ki, dövlət orqanları şikayətlərini araşdırmaq əvəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönləndirir.

Bir neçə il öncə qoruqda ona xəsarət yetirmişdilər…

2016-cı ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının nəzarət-buraxılış məntəqəsində bir neçə şəxsin parkın işçisinə ağır xəsarət yetirməsi haqda rəsmi açıqlama yaymışdı. Həmin açıqlamada söhbət Müşfiq Atayevdən gedirdi.

Hadisə 2016-cı il iyulun 21-də səhər saat 07:30 radələrində baş verib. Bir neçə nəfər qoruğa girmək üçün nəzarət-buraxılış məntəqəsinə daxil olub. Növbədə olan Müşfiq Atayev parka turistlərin buraxılış saatının 9:00-dan başlandığını izah etməyə çalışıb. Lakin həmin şəxslər razılaşmayıb. Nəticədə ona ağır xəsarət yetiriblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru