Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK... - NARAZILIQ VAR!
Tarix: 15-05-2023, 08:40 | Çap et
Gah saymazlıqdan cana doymuş qazinin üsyanı, gah səlahiyyətli şəxslərinin yaşıllıqlarına qənim çıxması, gah sakinlərinin susuzluq gileyi və sair ilə "gündəmdəki yerini qoruyub saxlayan" Cəlilabaddan bu dəfə də narazılıq var.
Belə ki, Cəlilabad rayon sakini Xəlil Həsənov "DogruXeber.az"a müraciət edərək, Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərovdan və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdan xeyli narazılıq bildirib.
Xəlil Həsənov müraciətində bildirir ki, "Adlarını qeyd etdiyimiz bu iki şəxs (Rafiq Cəlilov və Mədət Nəzərov) Qarağac kəndində hektarlarla örüş sahəsini mənimsəyib, hissələrə bölüb, həyətyanı və yaşayış sahəsi kimi satıblar. Hazırda örüş sahəsinin müəyyən hissəsi Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpər alınıb. Kənd camaatının mal-qaranı otarması üçün otlaq sahəsi yoxdur."
Xəlil Həsənovun müraciəti ilə bağlı Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərov ilə telefon əlaqəsi saxlayıb, məsələyə münasibət bildirməsini istədik.
Sən demə bu istəyimizlə Mədət bəyin dərdini təzələdik. O, "barənizdə şikayət daxil olub" demişdik ki, sözümüzü ağzımızda kəsib, başladı danışmağa ki, "bu barədə başqa saytlar da yazıb, amma heç biri mənim mövqeyimi soruşmayıb. Çox sağ olun ki, məsələyə obyektiv yanaşır, mənim də fikrimi dinləyirsiniz. Qardaş, vallah bu mənim əlimdə olan məsələ deyil. Əmlak əsələləri üzrə Dövlət Xidməti qazi atası Ağacanov Pərviz Adış oğluna pay torpaq sahəsi verib, bir də həyətyanı torpaq. Kənd təsərrüfatı təyinatlı torpağı örüş sahəsinin düz ortasından onun adına həyətyanı kimi sənədləşdirib, həyətyanı torpaq sahəsini də pay torpaq kimi. Ona görə də Pərviz Ağacanov örüş sahəsinin müəyyən hissəsini şəxsi həyəti olduğu üçün çəpərə alıb.
Bu məsələ tamamilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti əməkdaşlarının yanlışlığıdır. Mənim öz torpağımı da qonşumun adına, qonşumun torpağını da başqa bir qonşunun adına sənədləşdiriblər. Dəfələrlə bu barədə mən özüm də müraciət etmişəm, amma, hələ də bu yanlışlığı aradan qaldıran yoxdur ".
Mədət Nəzərovun söylədikləri nə qədər təəccüb doğuran məsələ olsa da biz qətiyyən təəccüblənmədik. Çünki, xatırlayırsınızsa, bir neçə ay əvvəl Şamaxı rayon Böyük Xınıslı kəndində də örüş sahəsinin keçmiş bələdiyyə sədrinin oğlu tərəfindən özəlləşdirilməsi barəsində də "DogruXeber.az" informasiya portalında və "Kanal14" YouTube kanalımızda məlumatlar yayımlamışdıq. Orada da örüş sahəsinin müəyyən hissəsində yaşayış evləri tikilmiş, bir hissəsi keçmiş bələdiyyə sədrinin oğlunun adına sənədləşdirilmişdi. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı Ağa adlı şəxs əvvəl bizə araşdırmalar aparıldığı, sözügedən torpaq sahəsinin örüş sahəsi olduğu, verilən çıxarışın saxta olduğunu desə də, sonradan orada aparılan yeni əsaslı tikintiyə də göz yumdu və zənglərimizə belə cavab verməkdən çəkindi.
Biz bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova rəsmi müraciət göndərsək də müraciətimizə şablon cavab verməklə, işi yenidən qurumun ərazi üzrə nümayəndəliyinə yönləndirdilər.
Biz eyni zamanda məsələ barəsində ərazi üzrə Bələdiyyə sədri Rövşən Yolçuyevə də məsələyə münasibət bildirməsi üçün müraciət etmişdik. Lakin, Rövşən Yolçuyev isə hər dəfə bizə dilucu "cavablar verir, "araşdırma" adı altında bizi günlərlə - həftələrlə gözlədir, müxtəlif bəhanələrlə suallarımızdan yayınmağa çalışırdı. Bu isə bələdiyyə sədrinin məsələdən ən başından bəri xəbərdar olduğu və hətta, bu işdə özünün də əlinin olduğu anlamına gəlir.
Elə, Cəlilabad rayon Qarağac kəndində də eyni proseslər davam etdirilir. Belə ki, örüş sahəsi üçün müraciət edən kənd sakinlərinin müraciətinə hələ yanvar ayında da cavab məktubu ünvanlayıblar ki, "Cəlilabad rayonunun Qarağac kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş sahəsinin kənd inzibati dairə üzrə nümayəndəsi Mədət Nəzərov tərəfindən zəbt edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (daxilolma qeydiyyatı: IN-D/O- KOL-580/2022, 30.12.2022-ci il) daxil olmuş kollektiv müraciətinizə Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.
Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Xidmətin Cəlilabad ərazi şöbəsinin aməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hektar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir. Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügeden çəpərin qısa müddət ərzində sökülərək, ərazinin zəbtdan azad ediləcəyi bildirilmişdir. Həmçinin, tərəfimizdən qeyd edilən hal barədə səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülmesi məqsədilə Cəlilabad Rayon Icra Hakimiyyətinə məktub ünvanlanmışdır."
Qeyd edək ki, məsələnin həllini tapmadığı üçün təkrar müraciət edən kənd sakinlərinə mart ayında da Xidmət tərəfindən eyni məzmunlu məktub göndərilib. Lakin, hələ də problem olduğu kimi qalır.
Görünür Əmlak Məsələləri Dövlət Xidməti bütün ölkə ərazisində yalnız şəxsi maraqlarına xidmət edir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59 |
|
|
|
• Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56 |
|
|
|
• Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44 |
|
|
|
• Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33 |
|
|
|
• Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27 |
|
|
|
• Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10 |
|
|
|
• Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08 |
|
|
|
• Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08 |
|
|
|
• Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04 |
|
|
|
• 2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57 |
|
|
|
• Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53 |
|
|
|
• Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51 |
|
|
|
• Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48 |
|
|
|
• Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45 |
|
|
|
• "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42 |
|
|
|
• Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40 |
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
|