3 evi olduğunu deyən AYSUN: .....                     Hüseynbala Mirələmovun oğlu da namizəd oldu .....                     Başqasının maşınına girib, özünü yandırdı .....                     “Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” .....                     Bəxtiyar Hacıyevə hökm oxunub .....                     Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı .....                     "Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə .....                     Samir Şərifov niyə işdən çıxarıldı? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR .....                     Nazir Kəpəzə polis rəisi təyin etdi .....                     Paşinyan Ermənistan "Titanik"ini batırır .....                     Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır .....                     Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? .....                     Zəngəzura Ermənistan nəzarət edəcək .....                     2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə .....                     Naxçıvanda “dədə-baba” qaydası təyinatlar .....                     Naxçıvan Ali Məclisində yeni təyinat .....                     Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub .....                     Naxçıvanda təhsilin evini elə yıxıblar ki... .....                     "Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" .....                     Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... .....                     "Bu münasibətlər zamanın sınağından keçib" .....                     Palata UNEC-də yoxlama apardı .....                     İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... .....                     KAPİTAL BANK-dan total narazılıq olsa da... .....                     Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub .....                     Prokuror gənc sevgilisini öldürən qadına .....                     Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... .....                     “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi .....                     Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb .....                     Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. .....                     ADNSU ilə bağlı qalmaqal davam edir .....                     İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi .....                     Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib .....                     Azərbaycanlı Ukraynada itkin düşdü .....                     Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” .....                     Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi .....                     Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" .....                     Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı .....                 

Naxçıvanda nə baş verir? – Təcili iclas çağırılmasının detalları
Tarix: 13-05-2023, 12:21 | Çap et
Naxçıvanda nə baş verir?
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası çağırılıb. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzalayıb.

DİA.AZ TNS.az-a istinadla xəbər verir ki, həmin qərarda ciddi qanun pozuntusu var. Yol verilən nöqsanı təhlil etməzdən əvvəl qərarı olduğu kimi təqdim edirik:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2023-ci il may ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin:

1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi;

2. “Toxumçuluq haqqında” və “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi;

3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi;

4. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavininin seçilməsi;

5. Cari məsələ.

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Ali Məclisin sessiyalarının çağırılması Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsi ilə tənzimlənir. Konstitusiyanın 18-ci maddəsinin birinci bəndində yazılıb: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır”.

Muxtar respublikanın Əsas Qanununun 2-ci və 3-cü bəndlərində isə növbədənkənar sessiyanın çağırılması qaydaları öz əksini tapıb: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir”.

Ali Məclisin sessiyaları adətən payız və yaz sessiyaları kimi, ilin əvvəlində və sonunda çağırılır. Zərurət yarandıqda isə Ali Məclis Konstitusiyaya uyğun olaraq, növbədənkənar sessiyalar çağıra bilər.

Ali Məclisin sonuncu sessiyası bu il yanvarın 10-da keçirilib. Elə həmin gün də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb. Növbəti sessiya isə ya bu ilin üçüncü rübündə, ya da ilin sonunda keçirilməlidir. 2023-cü ilin ortalarında muxtar respublikanın büdcəsinə yenidən baxılması zərurəti yaranacağı ehtimalını nəzərə alsaq, deməli, bu ilin ikinci yarısında Ali Məclisin növbəti sessiyası çağırılacaq. Əvvəldə qeyd etdiyimiz kimi, Konstitusiyada il ərzində iki dəfə sessiyanın çağırılması öz əksini tapıb. Bu məntiqlə götürsək, bu gün çağırılan növbədənkənar sessiyadır. Ona görə də Ali Məclisin sessiyasının deyil, növbədənkənar sessiyasının çağırılması haqqında qərar qəbul edilməli idi. Konstitusiyaya görə, növbədənkənar sessiyalarda cari məsələlər müzakirə olunmur. Bu gün imzalanan qərarda isə mayın 16-da keçiriləcək sessiyada cari məsələlərin müzakirə olunacağı bildirilir.

Göründüyü kimi, bu qərarı hazırlayan Ali Məclisin aparatı, qərarı imzalayan Ali Məclis sədrinin birinci müavini ya ciddi qüsura və qanun pozuntusuna yol verib, ya da Ali Məclisi çox çətin vəziyyətə salıb. Çünki əgər bu normal sessiya kimi keçirilərsə, Ali Məclisin növbəti sessiyası 2024-cü ildə çağırılmalıdır. Bu zaman isə bir sıra sual ortaya çıxır. Hələ ilin heç 5 ayını başa vurmamışıq. İlin sonuna qədər təsdiqlənməli qanun və qərarlar olarsa, Ali Məclis nə edəcək? Azərbaycan Respublikasının dövlət büdcəsinə yenidən baxılacağı ilə bağlı məlumatlar var. Bu da o deməkdir ki, iyun-iyul aylarında Naxçıvan Muxtar Respublikasının da büdcəsinə yenidən baxılması zərurəti yaranacaq. Belə olan təqdirdə Ali Məclisin növbədənkənar sessiyası çağırılacaq?

Görünən odur ki, Ali Məclisin aparatı ya bu suallar barədə düşünməyib, ya da aparatda bu suallar barədə düşünəcək təfəkkürdə əməkdaş yoxdur. Bəs “muxtar respublikanı mən idarə edirəm” deyib lovğalanan Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli hara baxır? Əgər onun Naxçıvanın Konstitusiyasından, qanunlardan xəbəri yoxdursa, o vəzifədə niyə saxlanılır?

Bir qərarı belə düzgün hazırlaya bilməyən, Naxçıvanı çətin vəziyyətə salan Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov və Ali Məclis aparatının rəhbəri Ülvi Hüseynli istefa verməlidir.

Bu fikri bir neçə dəfə sələndirmişik, yenə təkrar edirik. Azər Zeynalov da, Ülvi Hüseynli də yerində olan kadr deyil. Ali Məclisin aparat rəhbəri jurnalist yox, hüquqşünas olmalıdır.

Ümid edirik ki, yeni seçiləcək müavin bütün bu məsələlərə ciddi diqqət yetirəcək, əvvəlki dövrlərdə baş verən qanunsuzluqlar aradan qaldırılacaq. Ali Məclisin aparatına savadlı kadrlar gətiriləcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3 evi olduğunu deyən AYSUN: - “Buna görə kirayədə qalırıq”
Bu gün, 13:12
Hüseynbala Mirələmovun oğlu da namizəd oldu - FOTO
Bu gün, 13:06
Başqasının maşınına girib, özünü yandırdı - YENİ DETALLAR AÇIQLANDI
Bu gün, 13:04
“Müharibə başlasa, ermənilər yenə məğlub olacaqlar” - Rusiyalı politoloq
Bu gün, 12:59
Bəxtiyar Hacıyevə hökm oxunub - 10 İL...
Bu gün, 12:56
Ərini doğrayıb kanala atdığı deyilən qadın sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
"Əbdülkərim Abedi Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirlərə görə məsuliyyət daşıyır və üzr istəməlidir"
Bu gün, 12:44
Samir Şərifov niyə işdən çıxarıldı? - Yeni nazirdən GÖZLƏNTİLƏR
Bu gün, 12:39
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:36
Gəncə sakinləri marşrut avtobusların sınıq-salxaq olmasından ŞİKAYƏTÇİDİR - "...burda vəziyyət ürəkaçan deyil"
Bu gün, 12:33
Nazir Kəpəzə polis rəisi təyin etdi - ƏMR
Bu gün, 12:27
Paşinyan Ermənistan "Titanik"ini batırır - FAKT BUDUR!
Bu gün, 12:10
Ermənistan Aİİ-dən çıxmağı planlaşdırmır -Papoyan
Bu gün, 12:08
Hansı “ağıllı” düşünür ki, Bakı bunu qəbul edəcək? – Abramyan
Bu gün, 12:08
Zəngəzura Ermənistan nəzarət edəcək - Çaxoyan BELƏ DEYİR...
Bu gün, 12:04
2 məşhurun yaxını dələduzluq ittihamı ilə üz-üzə - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:57
Naxçıvanda “dədə-baba” qaydası təyinatlar - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:53
Naxçıvan Ali Məclisində yeni təyinat - SƏRƏNCAM
Bu gün, 11:51
Qazaxda icra başçısı yeni asfalt örtüyü vurulmuş küçələrdə görülmüş işlərlə tanış olub
Bu gün, 11:48
Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Bu gün, 11:45
"Musiqini zina, tərbiyəsizlik, əxlaqsızlıqla əlaqələndirməyin heç bir dini əsası yoxdur" - deputat
Bu gün, 11:42
Sakinlər Nərimanov icra hakimiyyətinə QARŞI... - DETALLAR
Bu gün, 11:40
"Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33
İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30
KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26
Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09
Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04
Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00
“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56
Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54
Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50
ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45
Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41
Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39
Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37
Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34
Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32
Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15
Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11
Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09
DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04
Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56
İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50
Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45
`GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38
Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22
Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru