Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                 

Həbsdəki jurnalistin anası Prezidentdən ƏFV DİLƏDİ - MÜRACİƏT
Tarix: 27-04-2023, 12:58 | Çap et
Həbsdəki jurnalistin anası Prezidentdən ƏFV DİLƏDİ
"Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var. Sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır. Mənim üçün xoşbəxtlik həm də oğlumun çiynində qəbir evinə getməkdir. 70 Yaşlı ana kimi gözəl bilirəm ki, siz azadlıqlarını itirmiş insanlara da xoşbəxtlik nəsib etmək gücündəsiniz".

Bu sözləri hal-hazırda həbsdə olan 5 il 6 ay azadlıqdan məhrum edilən jurnalist Sənan Həsənoğlunun anası ölkə başçısına ünvaladığı müraciətində yazıb. Ana ölkə başçısından oğlunun əfv edilməsin xahış edib, müraciətin bir nüsxəsini "Azərbaycan Reallığı"na göndərərək ictmayiləşdirilməsin istəyib.

Sözü gedən müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə

Yevlax Şəhəri Salatın Əsgərova küç. Ev-38 yaşayan Kazımova Solmaz Məhər qızı tərəfindən

MURACİƏT

Möhtərəm prezident!

Sizlərə təkcə ölkəmizin rəhbərləri kimi yox, həm də Milli adət-ənənələrimizə sadiq və qayğıkeş azərbaycanlı ailəsinin başçıları kimi müraciət edirəm. Mən həbsdə olan jurnalist Sənan Abdullayevin anası, 70 yaşlı Solmaz Kazımova olaraq sizdən övladımın əfv edilməsini xaiş edirəm.

Oğlum 30 ilə yaxındır ki, ölkəmizin müxtəlif KİV-lərində çalışıb və hər zaman dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna sadiq olubdur. Sənan 1993-cü ildən 2003-cü ilədək "Ədalət", "Odlar yurdu", "Soydaş" və başqa kütləvi informasiya vasitələrində repartyor olaraq, 2003-cü ildən 2020-ci ilədək isə "SPACE" , "ATV" və "AZTV"-nin Qarabağda bölgə müxbiri kimi fəaliyyət göstərərək mərkəzçi mövqeyini sərgiləyərək dövlətçiliyə xidmət edibdir.

Çünki onun atası Həsən Abdullayev də dövlətə və dövlətçiliyə sadiq, Heydər Əliyev ideyalarına dərin inamı olan şəxsiyyət olaraq tanınıbdır. Elə ona görə də rəhmətlik atası kimi, Sənan da ölkəmizin qurucusu Heyder Əliyevin və Sizin daxili və xarici siyasətinizə daim dəstək olduğunu öz peşə fəaliyyəti ilə sübut ediblər. 2016-cı ilin aprel döyüşləri zamanı "AZTV"nin Qarabağ bölgə muxbiri kimi, onun peşəkarlığı ali hərbi komandanlıq tərəfindən fəxri diplomla qiymətləndirilib.

44 günlük Zəfər müharibəsi zamanı isə Sənan Abdullayev rəsmi olaraq ölkəmizdə fəaliyyət göstərən internet televiziyalarının savaş müxbiri kimi Müzəffər Ordumuzun Ali baş komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli qələbə xəbərlərini yaymaqla öz peşə borcunu layiqincə yerinə yetirib. Onun anası kimi mən də ömrümün 40 ilini əmək fəaliyyəti ilə məşğul olmaqla övladlarımı zəhmətlə və qayğıkeşliklə böyütmüşəm.

Cənab prezident!

Əksər insanlar kimi mənim övladım Sənan Abdullayevin də bir insan kimi günahı var və biz bunu inkar edə bilmərik. Amma onun günahları ucbatından həbsdə yatması bu gün – sabah öləcək ananın tabutunu oğulsuz qoymamalıdır. Yuxarıda da qeyd etdiyim kimi mənim 70 yaşım var. Necə deyərlər bir ayağım burda bir ayağım gordadır. Yaşımdan irəli gələn ağır xəstəliklərim var.

Sənanın 3 övladı və 2 nəvəsi var. Demək olar ki, ailəsinin maddi durumu acınacaqlıdır. Sənan 2-ci tip kardioloji xəstədir, ikinci qrup gözdən əlildir, ürəyində 7 stenti var və ağır şəkər xəstəsidir. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.Sənan Abdullayev, Gəncə Ağir Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və artıq 18 aydır ki, həbsdədir.

Cənab Prezident!

Siz Ümummilli lider Heydər Əliyevin davamçısı kimi artıq 20 ilə yaxındır ki Azərbaycan Respublikasının Prezidentisiniz. Dahi liderin dahi də davamçısı olur. Dahi davamçılar isə ölkənin vətandaşları liderin həqiqətən onların maraqlarını düşündüyünü hiss etdikdə yaranır. Unutmayaq ki, insanlar yalnız etibar etdiklərinə inanırlar. Məhz Siz, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev olaraq, 10 millyondan artıq Azərbaycan xalqının inamını qazanmağı bacarmısınız.

Razılaşaq ki, liderlik məşhurluq deyil-səmimiyyətdir; o, hakimiyyət deyil-məqsəddir; liderlik vəzifə deyil - istedaddır. Yəni təkcə biz deyil, bütün Azərbaycan anaları Sizin kimi səmimi, məqsədli, humanist prezidentimizin olması ilə fəxr edir və edəcəkdir. Ən əsası da Siz bütün vətandaşlarımızın, elecə də məhkumluq həyatı yaşayan şəxslərin hüquqlarının təminatına daim xüsusi önəm vermisiniz.

Sizin hakimiyətiniz dörvründə 36 əfv sərancam ilə 6 mindən cox məhkumu bağışlamaqla onları ailələrinə qovuşdurmusunuz. Məhkum edilmiş şəxslərin əfv olunması hümanist addım olmaqla yanaşı insan və vətandaş hüquq və azadlıqlarına hörmət və ehtiramın bariz nümunəsidir. Elə ona görədə düz deyirlər ki, müdrik liderlər həmişə qayğıkeş olurlar.

Cənab prezident!

Sizdən ağbirçək ana kimi xahiş edirəm ki, Sənan Abdullayevin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, ilk məhkumluğunu, törətdiyi əməldən səmimi peşman olmasını, islah olunmasını, zərərçəkənlərlə barışıq əldə etməsini nəzərə alaraq, Prezident kimi müstəsna səlahiyyətlərinizdən istifadə edərək onu əfv edəsiniz.

Cənab Prezident!

Ağbirçək ana kimi gözəl bilirəm ki, Siz təkcə hazırda azadlıqda xoşbəxt yaşayanlara deyil, həmçinin azadlıqlarını itirmiş insanlara da xoşbəxtlik nəsib etmək gücündəsiniz. Mənim üçün xoşbəxtlik həm də oğlanlarımın çiynində qəbir evinə getməkdir. Siz təkcə Sənanı bağışlamaqla ona azadlığı bəxş etməyəcəksiniz, bizi, ailəsini,övladlarını sevindirməyəcəksiniz, Siz həm də onu bir ömür “anamı hamı kimi qəbir evinə yola salmadım” kimi vicdan əzabından qurtaracaqsınız.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru