İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                     "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" .....                     “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” .....                     Göygöldə məktəblilər arasında mübahisə .....                     “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir .....                     İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? .....                     Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir .....                     Bacısını bıçaqlayan qardaş hakim qarşısında .....                 

Gömrükdə BAĞIROVŞİNA... - Mehdiyevə niyə toxundular ki?..
Tarix: 5-12-2022, 10:21 | Çap et
Gömrükdə BAĞIROVŞİNA...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Dövlət Gömrük Komitəsində ardıcıl əməliyyatlardan və ikisi general olmaqla bir qrup vəzifəli şəxsin həbs olunmasından sonra, 23 aprel 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədri olan Səfər Mehdiyev 16 iyulda vəzifəsindən azad edildi. İki gün sonra, yəni 2022-ci il iyul ayının 18-də Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edildi. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci müavin Şahin Bağırova həvalə edildi.

Qeyd edək ki, Şahin Bağırov gömrük orqanlarında 1992-ci ildən xidmət göstərir və inspektor vəzifəsindən DGK sədrinin birinci müavini vəzifəsinədək yüksəlib. Səfər Mehdiyev DGK-nın sədri təyin ediləndən qısa zaman sonra Ş.Bağırov sədr müavini vəzifəsindən azad edilərək, istefaya göndərilmişdi.
Səfər Mehdiyev tərəfindən gömrük sistemindən çıxarılan Şahin Bağırov daha sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, S.Mehdiyev DGK-nın sədr vəzifəsindən azad edildikdən sonra Ş.Bağırov yenidən Gömrük Komitəsinə, üsttəlik bu dəfə sədrin birinci müavini vəzifəsinə təyin edildi.
Bütün bu məqamları ona görə qeyd edirik ki, Şahin Bağırov bu vəzifəyə təyin edilərkən, istər hökumət rəhbərliyində, istər də vətəndaşlarda peşəkar bir gömrükçü kimi ona böyük ümid yaranmışdı. Belə ki, hər kəs Şahin Bağırovun gəlişi ilə sələfi Səfər Mehdiyevin rüşvət və korrupsiya bataqlığına saldığı Dövlət Gömrük Komitəsində bir çox problemlərin həll ediləcəyini gözləyirdi. Lakin qarşılaşdığımız problemlər və apardığımız araşdırmalar onu deməyə əsas verir ki, Ş.Bağırov ona bəslənən ümidləri heç də doğrultmaq iqtidarında deyil. Üstəlik, gömrükdə çoxsaylı qanunsuzluqlarla üzləşən sahibkarlar, eləcə də əksər vətəndaşlar Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da yeni bir əməliyyat keçirməsinə ehtiyac olduğu qənaətindədir…
Məlumat üçün dəyərli oxucularımıza bildirək ki, “Yeni Sözçü” qəzetinin Baş redaktoru Arzuman Nəbiyev müvəqqəti istifadəsində olan və KK-903-EE dövlət nömrə nişanlı (Gürcüstan) Mercedes-Benz markalı avtomobilin koronavirus pandemiyası ilə əlaqədar, əksər soydaşlarımız kimi, 2020-ci ilin martından bu ölkəyə göndərə bilməyib və avtomobil Azərbaycanda qalıb. Avtomobilin məxsus olduğu Gürcüstan vətəndaşının təxrəsalınmaz ehtiyacları yarandığı üçün, Baş redaktoru bu günlərdə həmin maşını Gürcüstana göndərmək zərurəti ilə qarşılaşıb. O, avtomobili Gürcüstana göndərmək üçün Azərbaycanda qaldığı hər günə görə “torpaq basdı” və s. rüsumlar adı altında nə qədər pul ödəməli olduğu ilə bağlı məlumatlara aydınlıq gətirmək istəyib. Bu məqsədlə 05.10.2022-ci il tarixdə və 11. 10.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinə və şəxsən sədrin səlahiyyətlərini icra edən birinci müavin Şahin Bağırova müraciət edib. Bir neçə gün sonra Arzuman Nəbiyevin müraciətinə DGK-nin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisi müavini Mübariz Mustafayevin imzası ilə cavab verilib. Həmin cavabda idarə rəisinin müavini yazır ki, sərhədkeçmə ilə bağlı tətbiq olunan məhdudiyyətlər 01 noyabr 2022-ci ilə kimi uzadıldığı üçün, bu məhdudiyyətlər aradan qaldırılandan sonra xarici dövlətlərdə qeydiyyatda olan və müvəqqəti istifadə məqsədilə gətirilmiş avtomobillər ölkədən çxarıla bilər.
Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəis müavini Mübariz Mustafayevin imzası ilə verilən cavabda daha sonra qeyd edilir ki, bu zaman koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyət nəzərə alınacaq. Fors-major vəziyyətin nəzərə alınması bütün dünyada hüquqi əsaslardan biridir. Azərbaycanda da koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyətin nəzərə alınacağı çox təbii hal olardı. Ancaq belə görünür ki, Dövlət Gömrük Komitəsi koronavirus pandemiyasının yaratdığı fors-major vəziyyəti nəzərə almaq niyyətində deyil.
Belə ki, Arzuman Nəbiyev istifadəsində olan avtomobili Gürcüstana göndərən zaman 60 ABŞ dolları məbləğində “yol vergisi”ndən əlavə, avtomobilin Azərbaycanda qaldığı hər günə görə 0.60 cent cərimə hesablayıblar. Nəticədə Baş redaktordan 828 manat pul alqdıqadan sonra, avtomobilin Gürcüstana keçirilməsinə izn veriblər.
Çox maraqlıdır ki, “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin rəsmi şəxsləri Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəis müavini Mübariz Mustafayevin imzası olan cavabı nəzərə almaqdan imtina ediblər. Belə çıxır ki, Covid-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin uzadılması və quru sərhədlərini bağlanılması ilə bağlı rəsmi qərarlara görə vətəndaşlar cəzalandırılır. Gömrük orqanlarında baş verən hadsə məhz bu cür qiymətləndirməyə imkan verir.
Çox maraqlıdır ki, Mercedes-Benz markalı avtomobilin Gürcüstana keçidinə icazə verilməsi üçün alınan 828 manatla bağlı verilən “sənəd”in rəsmiliyini təsdiq edən heç bir möhür və imza da yoxdur. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində isə, məhz bu möhürsüz, imzasız “sənəd”lər əsasında insanlardan hər ay milyonlarla manat həcmində pul toplanılır.
Xatırladaq ki, Şahin Bağırovun Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini və sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının ona həvalə edilməsindən 4 aydan artıq vaxt keçir. Amma bu müddət ərzində Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi irəlilyiş hiss edilmir. Hətta gömrük orqanlarında xidmətin səviyyəsinin pisləşməsi, korrupsiyanın artması ilə bağlı söz-söhbətlər də artıb. Belə görünür ki, sahibkarların və vətəndaşların istəyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin DGK-da yeni, ancaq daha geniş əməliyyat keçirməsi qaçılmaz olacaq.
Adının çəkilməsini istəməyən gömrük eksperti isə hesab edir ki, Şahin Bağırov savadlı kadrlardan biri olmasına baxmayaraq, DGK-dakı vəziyyəti nəzarət altına ala bilməyib. Ekspert bunun səbəbini DGK-da Kəmaləddin Heydərov və Səfər Mehdiyevə yaxınlığı ilə tanınan kadrların Şahin Bağırovun uğur qazanmasını əngəl olmalarıdır. Hətta Dövlət Gömrük Komitəsi sədrinin birinci müavinin fəaliyyətinin “sabotaj” olunduğu ilə bağlı da iddialar var.
Bütün bu məlumatlara aydınlıq gətirilməsi üçün yaxın günlərda daha geniş araşdırma aparacağıq. DGK-da qanunsuzluqla üzləşən sahibkarların və vətəndaşların, eləcə də komitə rəhəbrliyinin mövqeyini dərc etməyə hazırıq.
//“Yeni Sözçü”//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04
Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01
Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59
Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55
Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48
Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44
Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru