Cümə, 24 yanvar 2025, 08:36:39  
   Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                 

Qəzənfər Ağayev Astara şəhərini kimlərin əli ilə “abadlaşdırır” - ARAŞDIRMA
Tarix: 24-05-2022, 12:21 | Çap et
Qəzənfər Ağayev Astara şəhərini kimlərin əli ilə “abadlaşdırır”
Qəzənfər Ağayevin Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsinin 10 ili aprel ayında tamam olub. Ona qədər o, 6 il Masallı rayonunun İcra Hakimiyyətinə başçılıq edib. Bu rayonlarda Qəzənfər Ağayev gördüyü hansı işlərlə yadda qalıb, deyə bilmərik. Amma “Azərbaycan Respublikası regionlarının 2008-2014 və 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində sözügedən rayonlara ayrılan dövlət vəsaitlərinin talan edilməsində Qəzənfər Ağayev bu rayonların sakinlərinin yaddaşında daim qalacaq.

Qəzənfər Ağayev Masallıda kəsdirdiyi ağaclarla, sökdürdüyü bazarla, bərbad yollarla və daha bir çox əməlləri ilə bir iz qoyub Astaraya gedib. Astarada isə cənub zonasında ən gözəl istirahət yerlərindən birinə çevrilən dənizkənarı bulvar yaratdığını deyirlər. Bir də rayonun dağ kəndlərinin bərbad yollarını çəkdirdiyini, Astara şəhərini abadlaşdırdığını yazırlar. Biz də elə sonuncudan, Astara şəhərini abadlaşdırılmasından başladıq.

Aktualinfo.org Astara rayon İcra Hakimiyyəti başçısısının Astara şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilmiş tender və kotirovka sorğusu prosedurları ətrafında araşdırmalar apardıq. Məlum oldu ki, Astara şəhəri üzrə İcra Nümayəndəliyinin Tender Komissiyası tərəfindən keçirilmiş tender prosedurlarında ciddi qanun pozuntularına yol verilib,“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyib.

Belə ki, Qəzənfər Ağayevin Astara şəhəri üzrə Nümayəndəliyinin Tender Komissiyası tərəfindən keçirilmiş tender və kotirovka sorğularının nətcələri barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Elə bu məsələyə aydınlıq gətirmək məqsədi ilə Astara şəhəri üzrə Nümayəndəliyinin Tender Komissiyasına ünvanladığımız sorğuya cavab olaraq bildirilir ki, Nümayəndəlik tender və kotirovkaların keçirilməsində “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmişdir.

Amma necə əməl ediblərsə son iki il ərzində keçirilmiş tender və kotirovkalar haqqında dövlət satınalmalarının vahid internet portalında bazasına heç bir məlumat yoxdu. Halbuki “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumat 5 bank günü ərzində tender haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilir və rəsmi internet saytında yerləşdirilir.

Bəs Astara rayon İcra Hakimiyyəti başçısısının Astara şəhəri üzrə Nümayəndəliyi qanunun bu tələbinə niyə əməl etməyib. Redaksiyamızın sorğusuna cavab məktubunda isə yalnız satınalma müqavilələri bağlanılan MMC-lərin adları açıqlanıb, amma görülmüş xidmətlərin müqabilində ayrılmış məbləğ açıqlanmayıb. Bu isə bir sıra şübhələrə yol açır. Öncə Astara şəhəri üzrə Nümayəndəliyinin keçirmiş olduğu kotirovka sorğularını diqqətinizə çatdırırıq.

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi elektrik mallarının alınması və quraşdarılmasının satınalınması üzrə 14.10.2021 tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “NN Təmir Tikinti İnşaat” MMC olaraq qeydə alınmış və 23.11.2021-ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 13.08.2021-ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “NN Təmir Tikinti İnşaat”MMC olaraq qeydə alınmış 28.10.2021-ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NN TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.11.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ASTARA RAYONU, VAQO, qanuni təmsilçisi kimi isə Vahabov Alim Xanoğlan oğlu qeyd olunub.

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərzi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 30.03.2021-ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “M- Təmir Tikinti İnşaat” MMC olaraq qeydə alınmış və 05.05.2021-ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 25.08.2020-ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “İnşaatçılar-Astara” MMC olaraq qeydə alınmış və 02.10.2020 -ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 06.07.2020 -ci il tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “İnşaatçılar-Astara” MMC olaraq qeydə alınmış və 02.10.2020 -ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İNŞAATÇILAR-ASTARA” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.05.2013-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ASTARA RAYONU, ASTARA ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV, ev 263, qanuni təmsilçisi kimi isə Hacıyev İkrət Yədulla oğlu qeyd olunub.

Qeyd edək ki, Hacıyev İkrət Yədulla oğlu həm də “TƏMİR-2013” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Onun adı 2016-ci ildə vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin siyahısında yer alıb.

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi elektrik mallarının alınması və quraşdarılmasının satınalınması üzrə 04.02.2020 tarixdə elan etdiyi kotirovka sorğusunun qalibi “M Təmir Tikinti İnşaat” MMC olaraq qeydə alınmış və 02.04.2020 -ci il tarixdə satınalınması müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “M-TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.03.2016-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ASTARA RAYONU, KİJƏBƏ ŞTQ, qanuni təmsilçisi kimi isə Muradov Amal Əbülhəsən oğlu qeyd olunub.

Qeyd edək ki, bu MMC-lər təkcə Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin deyil, həm də Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan, Kijəbə və Suparibağ inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin də keçirdikləri kotirovka sorğularının qalibləri olublar. Məsələn, “İNŞAATÇILAR-ASTARA” Məhdud Məsuliyyətli Cəmiyyəti Suparıbağ kənd Uşaq baxçasında əsaslı təmir işlərinin aparılması üzrə keçirilmiş kotirovka sorğusunda 20000 manat məbləğində satınalma müqaviləsini 30.05.2019-cu ildə bağlayıb. O cümlədən Ərçivan qəsəbəsi ərazisində abadlıq işlərinin görülməsi üzrə 39 000 manat məbləğində satınalma müqaviləsini 29.05.2019-cu ildə bağlayıb.

“NN TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Kijəbə qəsəbəsi ərazisində abadlıq işlərinin görülməsi üzrə 78 623 manat məbləğində satınalma müqaviləsini 27.08.2021-ci ildə bağlayıb.

Bu MMC-nin qanuni təmsilçisi olan Vahabov Alim Xanoğlan oğlu həm də Astara şəhəri ərazisində ictimai yaşayış binalarının əsaslı təmiri üzrə keçirilmiş tenderin qalibi olmuş “QOŞQAR M” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçidir. MMC ilə Astara rayon İcra Hakimiyyəti arasında sözügedən xidmət üçün 98 519.82 manat məbləğində satınalma müqaviləsi 09.06.2020-ci il tarixdə bağlanılıb.

“M-TƏMİR TİKİNTİ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Astara rayon İcra Hakimiyyətinin inzibati binasının cari təmiri üzrə keçirilmiş kotirovka sorğusunda qalib olub və 5 144.7 manat məbləğində satınalma müqaviləsini 07.12.2020-ci ildə bağlayıb. MMC-nin qalibi olduğu digər kotirovka isə Astara şəhərində abadlıq işlərinin satınalınması ilə bağlıdır. Bu kotirovkada isə MMC ilə 18.05.2020-ci il tarixində 69 002 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bu MMC-nin qanuni təmsilçisi olan həm də Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmiri üzrə keçirilmiş tenderin qalibi olmuş “AMALLI TƏMİR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçidir. MMC ilə Astara rayon İcra Hakimiyyəti arasında sözügedən xidmət üçün 88 691.4 manat məbləğində satınalma müqaviləsi 08.06.2021-ci il tarixdə bağlanılıb.

Muradov Amal Əbülhəsən oğlu həm də “RUHİN-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçidir. MMC ilə Astara rayon İcra Hakimiyyəti arasında mənzil fondunun əsaslı təmiri işləri üzrə 152 742 manat məbləğində satınalma müqaviləsi 19.03.2018-ci il tarixdə bağlanılıb.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 3 saylı körpələr evi- uşaq bağçasını əsaslı təmir işləri görülməsi üzrə 2020-2021-ci illərdə 4 kotirovka sorğusu keçirib.Bu məqsədlə nə qədər vəsaitin ayrıldığı bəlli deyil. Həmçinin Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2 və 4 saylı körpələr evi- uşaq bağçalarında təmir işlərinin görülməsinə nə qədər vəsait ayırdığı da bəlli olmur. Halbuki bu məqsədlə kotirovka sorğusu elanı verilib, lakin nəticələri qanunun tələb etdiyi qaydad açıqlanmayıb.

Göründüyü kimi Qəzənfər Ağayev 14 aprel 2012-ci ildən üzü bu yana Astara şəhərində ictimai yaşayış binalarının əsaslı təmiri, uşaq bağçalarının təmiri, mənzil fondunun əsaslı təmiri kimi bir çox işlərin başında durub. Burada Astara şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi formal xarakter daşıyır. İşlərin görülməsini rəsmilədirmək üçün sənədlərdə adı gedir Astara şəhər İcra Nümayəndəliyinin. Amma bütün işlərin başında Qəzənfər Ağayevin özü durur. Eyni adamların adına, müxtəlif adlarla yaradılmış MMC-lərin hamısı hesabatı birbaşa İcra başçısının özünə verirlər. Qəzənfər Ağayev isə bağlanmış müqavilələrdə görüləcək işlərin qiymətlərinin süni şəkildə şişirdərək Astaran şəhərini güya abadlaşdırır. Talanan dövlət vəsaitlərinin məbləği indi açıqlanmasa da, Hacıyev İkrət Yədulla oğlu da, Vahabov Alim Xanoğlan oğlu da, Muradov Amal Əbülhəsən oğlu da məhkəmələrin birində bu işlərin müqabilində Qəzənfər Ağayevə nə qədər pul qaytardıqlarını deyəndə məlum olacaq.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru